Heydərovun xas adamı Cəbrayıl Xanlarov
'İngiltərədə nəşr olunan rusdilli "Англия" qəzeti (https://www.google.com/.../young-business-club-nazim.../amp/) onu öz oxucularına "gənc biznesmen" kimi tanıdıb: "Valideynlərim məni 15 yaşımda İngiltərəyə göndərdilər". 15 yaşlı Nazim Londondakı illik təhsil haqqı 15 funt-sterlinq və ya 33 min manat olan Mander Portman Woodward yatılı kollecində 2 il oxuyub. Daha sonra o, Londondakı Regents Universitetində təhsil alıb. Burada illik təhsil haqqı (bura yaşam və digər xərclər aid deyil) 21 min funt sterlinq, yaxud 47 min manat təşkil edir'.
NUH.az bildirir ki, bu məlumatları avropada yaşayan jurnalist Cavanşir Həsənli özünün sosial hesabında yayıb.
Jurnalist bildirir ki, təbii ki, Londonda təkcə təhsil haqları ümumilikdə 250 min manata çatan tələbə sıradan biri deyil və qəzetin onun atasının kimliyi barədə məlumatsız olan oxucuları üçün Nazimin "uğur tarixçəsi" qibtə doğura bilər.
Nazimin atası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəsi Cəbrayıl Xanlarovdur. Cəbrayıl Xanlarovun babasının adını daşıyan Nazim 20 yaşında tələbə ikən Londondakı digər məmur balalarından geri qalmırdı və şirkətləri vardı. 2014-cü ilin aprelində o, Slovakiyadan olan tələbə dostu David SKIRKANIC-i özünə ortaq seçərək İngiltərədə SHARK&SHARK LTD-ni təsis edib.
Elə həmin ilin dekabrında Nazim Azərbaycandan olan digər dostu Javlonbek YULDASHEV ilə birlikdə Londonda FRIENDS AND BROTHERS LIMITED-i qeydiyyatdan keçirib.
Şirkət Londonun zəngin məhəllələrindən olan Somali Road 34b ünvanındakı təmtəraqlı villada hüququ qeydiyyatdadır.
2015-ci ilin əvvəlində Nazım Əli adlı dostu və Britaniya vətəndaşı Zorab Əfəndi ilə birlikdə Britaniyada üçüncü şirkətini qeydiyyatdan keçirir. O bu dəfə özünü xalça ticarətində sınayır. ALNAZO LİMİTED ortaqların adlarının (ALiNAzimZOrab) birləşməsini ifadə edir.
Nazimin Londondakı 4-cü şirkəti - SYNTAXIS GROUP LIMITED 2016-cı ildə təsis olunub. Bu şirkət meyvə şirələrinin, mineral suların və sərinləşdirici içkilərin topdan satışı ilə məşğul olub, FHN şefi Kəmaləddin Heydərova aid "Jalə" biznesinin Londondakı bir qoludur.
ALNAZO LİMİTED-in qeydiyyatda olduğu London, Spenlow Apartments 24, Wenlock Road ünvanı Britaniya mənbələrində Nazim Xanlarovun qeydiyyat ünvanı kimi də göstərilir. Bu mənzil 2014-cü ildə 642 funt-sterlinqə alınıb, 2017-ci ildə kirayəyə verilib, ötən ilin iyulundan 825 min funt-sterlinqə yenidən satışa çıxarılıb.
Əlbəttə, Londonda kolluğa baş vurmaq hər oğulun işi deyil, Nazim atasının tikintidə təhlükəsizliyə görə cavabdehlik daşıdığı vəzifəsinin hesabına Britaniyada qurduğu şirkətlərlə tezliklə vidalaşmalı oldu.
Cəbrayıl Xanlarov vaxtilə Gömrük Komitəsinin “Azərterminlakompleksdə” işləyib. Gömrük Xidməti mayoru olduğu bildirilir. FHN yaranandan sonra, 2005-ci ildən bu nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində rəisi vəzifəsinə təyin edilib. 2015-ci ildə dövlət başçısının göstərişi ilə Cəbrayıl Xanlarovun Bilgəhdəki 3 mərtəbəli nəhəng villası sökülmüşdü. Amma agentlik rəhbəri həyat yoldaşının adına olan imarəti (564 kv.metr) sonradan yenidən tikdirdi.
Qəbələnin Bum kəndində 1 hektarlıq ərazidə sahəsinə görə, sökülən imarətindən geri qalmayan daha bir villa (541.22 kv.m.) Nazimin adına ucaldıldı. Nazim Xanlarovun 18 yaşında Bakıda qurduğu animasiya şirkəti - PROSPER CARTON STUDİO (https://www.prosper.az/) isə İngiltərə, Hollandiya və Belçikaya kimi fəaliyyətini genişləndirib. Ən maraqlısı reklam və multiplikasiya biznesində Nazimin şirkətinin 3 milyon funt-sterlinqlik (!) büdcəyə sahib olmasıdır.
Cəbrayıl Xanlarov sürtgü yağlarının, filtrlərin və soyuducu mayelərin Azərbaycana əsas idxalçılarından biridir, ölkədə onun övladlarına məxsus biznesin əsas özəyini servis və yağlama mərkəzləri təşkil edir. Bakıdakı MAYSON CAR CLUB avto-servis şəbəkəsi (http://mayson.az) Cəbrayıl Xanlarovun oğluna məxsusdur, avtoklubun Bakı şəhərində 4 servis mərkəzi var.
Nobel prospekti, (Köhnə Volvo servis)
Yasamal ray, M.A.Şərifzadə 196 (Günəş petrolun yanı)
Nəsimi ray, Xəqani 49 (Landmarkın arxası)
Bakıxanov qəs, M.Fətəliyev (Arzu Şadlıq evinin yanı)
Digər avto-servis şəbəkəsi PYM Castrol (Peşəkər Yağlama Mərkəzi) adı altında fəaliyyət göstərir. Paytaxtın müxtəlif yerlərində 5 servis mərkəzi var.
PYM-1 Bakı şəhəri, M.Qaşqay 44 (inqilab).
PYM-2 Bakı şəhəri Şərifzadə 196 (Yasamal).
PYM-3 Gəncə şəhəri Ə.Mehmandarov 104/4.
PYM-4 Bakı şəhəri Z.Bünyadov 38 (Dərnəgül).
PYM -5. Bakı şəhəri, Ə Haqverdiyev 13 (İncəsənət Un-nin arxasi).
Cəbrayıl Xanlarovun oğlunun ingilis mətbuatına ağızdolusu danışdığı daha bir tamamilə fərqli biznes sahəsi xalçaçılıqla bağlıdır. Söhbət Cəbrayıl Xanlarovun ailə biznesinə daxil olan "ZİLİ ART" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (https://www.ziliart.az/view.php?lang=en) eyniadlı xalça fabrikinin fəaliyyətini tənzimləyir. 4 il əvvəl təsis edilmiş MMC-nin qanuni təmsilçisi LAÇIN AĞAYEV ŞİRVAN OĞLU olsa da, şirkət Xanlarovlar ailəsinin üzvü olan Aydan Xanlarovaya məxsusdur.
Dövlət Agentliyinin rəhbəri özü isə hələ 2004-cü ildə təsis edilmiş "POLİ-TRANS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin qanuni təmsilçisidir. Şirkət BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ƏLİ NƏZMİ, ev 62, m. 6 ünvanında hüquqi qeydiyyatdadır. Bu ünvanda Fövqəladə nallar naziri Kəmaləddin Heydərova məxsus "AZƏRİ STANDART" və "AZƏR KARQO" şirkətləri də hüquqi qeydiyyatdadır.
Cəbrayıl Xanlarovun oğlunun daha bir şirkəti - ANKER CREATIVE SOLUTIONS" Məhdud Masuliyyətli Cəmiyyətidir, şirkət marketinq və reklam bazarında fəaliyyət göstərir.










- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 2026 18:23
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 2026 16:33
- -Əvəzsiz podoloq mifi- yaradan Sevda Alibekovnanın keçmişini və bu gününü qaranlıq məcraya sürükləyən səbəblər — Digah sakinlərinin dedikləri
23 aprel 2026 11:34
- Şahdağa 87 sm qar yağdı
21 aprel 2026 12:32
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 2026 15:44
- General Bərxudarov 50-yə çatdı !
20 aprel 2026 11:40
- Kəmaləddin Heydərova iki müavin təyin edildi
14 aprel 2026 19:10
- İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? /DOSYE
12 aprel 2026 00:02
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 2026 19:19
- Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
11 aprel 2026 13:44
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
