Azərbaycanda böyük əfv GÖZLƏNİLİR
Uzun müddətdən sonra Əfv Komissiyasının iclaslarını bərpa etməsi və hər həftə iclaslarını onlayn qaydada keçirməsi bu istiqamətdəki müzakirələri daha da artırıb. Bu il əfv II Qarabağ savaşındakı qələbəmizdən sonraya təsadüf etdiyi üçün daha geniş olacağı və çoxlu sayda tanınmış məhbusun azad olunacağı deyilir.
Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev Musavat.com-a açıqlamasında artıq Komissiyanın iclaslarına start verildiyini bildirib:
“Əfv institutu Azərbaycanda ən inanılmış institutlardan biridir. O yerdə ki, ölkə başçısının adı keçir, həmin institutlara inam və etibar daha yüksək olur. Bu baxımdan komissiyanın hər bir iclasına ictimai maraq həddindən artıq böyük olur. İndi bu daha çox onunla bağlıdır ki, II Qarabağ savaşında Azərbaycan böyük qalibiyyət əldə etdi. Erməni işğalçıları ərazimizdən qovuldu. Ölkə üzrə suverenlik təmin olundu. Bunlar Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz tərəfindən həyata keçirildi. Belə möhtəşəm qələbəmiz cəmiyyət daxilində əfvin daha geniş olacağı barədə müzakirələrə gətirib çıxarıb.
Əfv Komissiyasına xeyli müraciətlər var. Artıq komissiyanın üçüncü iclası olub. İclas çox işgüzar şəraitdə keçir. Komissiyanın sədri, Prezident Administrasiyanın rəhbəri, hörmətli Samir müəllim tərəfindən iclaslarda müzakirələr üçün hərtərəfli şərait yaradılıb. Eyni zamanda, qeyd etməliyəm ki, Əfv Komissiyası unikal bir dizayna malikdir. Dövlət orqanlarının rəhbərlərinin, parlament üzvlərinin, vətəndaş cəmiyyətinin nümayəndələrinin olması buna misaldır. Cənab prezident komissiya üzvlərini təyin edərkən onların çalışdığı sahələrə xüsusi önəm verir. Burda hüquqşünaslar, pedaqoqlar, həkimlər, psixoloqlar, siyasətçilər, politoloqlar var. Cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edəcək şəxslər burada təmsil olunur. İclaslar onlayn şəkildə keçirilir və ciddi tədbirlər görülüb ki, informasiyalar kənara sızmasın. Bu da çox vacib bir məsələdir. İclasın iştirakçıları ilə bağlı da məsələdə dəyişiklik olunub. Artıq iclaslarımızda Ombudsman da iştirak edir. Hesab edirəm ki, bu da çox mühüm yenilikdir. Onun iştirakı düşünülmüşdür".
Komissiya üzvü indiyə qədər üç yüzdən çox müraciətə baxıldığını qeyd etdi: “Müraciətlərə xüsusi həssaslıqla baxılır. Hər bir müraciət çox diqqətlə araşdırılır. Hər kəsin öz fikrini ifadə etmək imkanı tanınır. Komissiyanın əsasnaməsinə uyğun olaraq müzakirələr aparılır və qiymətləndirmə həyata keçirilir. Əsasnaməyə görə müraciətə baxılarkən kriteriyalar nəzərə alınmalıdır. Edilən cinayətin təhlükəli və ağırlıq dərəcəsinə diqqət yetirilir. Digər tərəfdən cinayətə yol vermiş şəxsin şəxsiyyətinə də diqqət ayrılır. İlk növbədə səhhəti, sağlamlığı, ailə vəziyyəti, yaşı, öz əməlindən peşmançılıq çəkməsi, məhbus olduğu müddətdə özünü necə aparması, ziyan varsa, bu ziyanı nə dərəcədə ödəməsi, cəzanın nə qədər müddətinin qalması kimi hallar nəzərə alınır. Eyni zamanda, zərərçəkmişin mövqeyi də burada əsas götürülən amillərdən biridir. Dövlətin və cəmiyyətin maraqları, həmin şəxsin azad edilməsinin dövlət və cəmiyyətin maraqlarına nə dərəcədə təsiri filan da mühüm amillərdən sayılır. Yekunda bunlar nəzərə alınıb qərar qəbul olunur.
Əlbəttə, bunlar tövsiyə xarakterli qərarlardır. Son qərar ölkə prezidentinə məxsusdur. Yalnız cənab prezident kimi əfv etmək qərarını verə bilər. İclaslarımız bundan sonra da davam edəcək. Ümid edirəm ki, Novruz bayramına qədər iclaslarımızı başa çatdırmaq imkanlarına malik olacağıq. Hər halda çox intensiv, bəzən saatlarla müzakirələr gedir. Baxmayaraq ki, komissiyada çox mühüm dövlət vəzifələri tutan şəxslər təmsil olunur, amma bunlar çox məsuliyyətli məsələlər olduğu üçün burada vaxt amili mühüm rol oynamır. Müzakirələr nə qədər lazımdırsa, o qədər də gedəcək. Düşünürəm ki, cənab prezident hər il olduğu kimi, bu il də xeyli ailəyə sevinc bəxş edəcək. Bir qrup məhkuma yeni bir şans yaranacaq. Onlara imkan verilir ki, azad olsunlar, cəmiyyətdə yaxşılığa doğru özlərini təsdiq etsinlər, ailələrinə kömək edə bilsinlər, cəmiyyətə, dövlətə töhfə vermək imkanı qazansınlar. Cənab prezidentin dövründə 35 əfv sərəncamı imzalanıb və bu sərəncamlarla beş mindən artıq şəxs azad olunub. Bu böyük humanizmin nümunəsidir. Ölkə prezidentinin fəaliyyətində biz hər zaman bunu görürük. İnanıram ki, Novruza qədər Əfv Komissiyası işlərinin öhdəsindən uğurla gələcək".
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb
28 fevral 2026 15:41
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Sabah Su çərşənbəsidir
23 fevral 2026 20:08
- Ukraynadan böyük ƏKS-HÜCUM: 8 məntəqə AZAD EDİLDİ
22 fevral 2026 19:01
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 2026 11:11
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
