Dilavər Əzimlinin həyat yoldaşı: "Ölüm xəbərini mənə sürücü..."
Region5 mart 2021 10:51
Koronavirusdan vəfat edən tarixçi alim Dilavər Əzimlinin həyat yoldaşı Arzu Qazıyeva ərinin ölümü ilə bağlı yazıb.
Qaynarinfo Arzu Qazıyevanın yazısını təqdim edir:
63 gün həyəcan, qorxu, təlaş, nigaranlıqlar, qeyri-müəyyənlik… Düşünürdüm, xeyli vaxtdan sonra yaxşı bir xəbərlə bura ayaq basaram, 63 günün sarsıntılarının əvəzi kimi. Lakin belə olmadı. Olmadı! Pis xəbər özündən əvvəl ayaq açır.
Dilavər Əzimli… Sadəcə bizim 63 günümüzdən danışmaq istəyirəm.
Özünü yaxşı hiss eləmirdi. Qızdırması vardı. Dava-dərman edirdim, düşürdü, sonra yenidən qalxırdı. İki gün beləcə əlləşdik. Üçüncü gün KT etdirdi, qan testi verdi. Testi təmiz çıxdı, KT isə viral pnevmoniya göstərdi. Bir ciyəri 20%-dək, digəri 5% zədələnmişdi - buzlu cam. Elə orda da bizə xəstəxanaya getməyi tövsiyə etdilər, özü də modul tiplilərə: "Siz özünüz təkbaşına öhdəsindən gələ bilməzsiz. O məkrli xəstəlikdir, əlinizdə tibbi resurslar kifayət qədər deyil. Amma orda hər anın nəzarəti və tədbiri var”.
Xəbərdarlığa baxmayaraq, həkim müalicə kursunu da yazdı, hər ehtimala qarşı. Elə həmin gün dava-dərmana başladıq. Səhəri günsə… Fikri dəyişdi, çox həyəcanlanmışdı, xəstəxanaya getməyini istədi. Dostlardan orda - "Fövqəladə"nin Zığdakı modulunda yatıb sağalanlar vardı. Riskə getmədim. Sonra özümə bağışlaya bilməzdim. Elə indi də bağışlamıram, amma indi məhz ora getməyimizi. Təcili Tibb Yardım maşınını çağırdıq. Əvvəl aparmaq istəmədilər, dedilər ki, yüngüldür, bəlkə evdə müalicə edəsiz. Dedim, bəs sonra ağırlaşsa və mən öhdəsindən gələ bilməsəm? Onda gec olmazmı? Və beləcə, Zığa yola düşdük.
19-cu korpus, 1-ci mərtəbə, 1-ci palata. Dilavərin taleyilə qəddarcasına oynamış məkrli məkan. Tam qapalı, tam təcrid olunmuş, vərdiş etdiyi həyat tərzindən uzaqlaşmış, əlaqə yalnız telefonladır. Ağır psixoloji təsir istənilən sağlam adamı belə xəstələndirər. Məncə, COVİD-lə bağlı informasiya və təbliğat texnologiyası kökündən dəyişilməlidir. Bu barədə ayrıca yazacam.
Birbaşa əlaqələrimiz dörd gün davam etdi. Öz ayağı ilə xəstəxanaya getmiş adamın artıq elə bu dörd gündə vəziyyəti ağırlaşmağa başladı. Beşinci gün saat 3-dən sonra əlaqələrimiz tamam kəsildi. Onu müalicə edən cavan Orxan adlı həkimlə bir neçə dəfə danışdıqdan sonra öyrəndik ki, reanimasiyaya köçürüblər. Niyə? Müalicə düzgün getməmişdi, ya yüngül görüb yüngül də yanaşmışdılar?? Elə bilirsiz ki, sizə həqiqəti söyləyəcəklər? Qətiyyən. Onların növbətçi cavabları həmişə hazırdır.

Bəs biz indi ondan necə xəbər tutmalıydıq, bunu bizə həkimi söyləmədi, "bilmirəm” dedi.
Sonra orda yatan dostlardan öyrəndik ki, xəstəxananın "Call sentre” adlı bir məlumat mərkəzi var. Şəhər nömrəsi ilə ora zəng edib reanimasiyada yatan xəstələr haqqında məlumat əldə etmək olar. Gün ərzində 3-4 dəfə məlumatlar sistemə yerləşdirilir, operator ad-soyadla həmin məlumatları xəstənin sahibinə ötürür. Amma… Ora düşmək üçün elə xətdə növbəyə durmaq lazımdır. Məsələn, sizin növbəniz 22-dir. Və 1-ci olmaq üçün mütləq xətdə gözləmək lazımdır. Buna da 1-3 saat vaxt gedir. Məlumatlarsa bunlardır: saturasiya (qanda oksigenin göstəricisi), təzyiq, nəbz və vəziyyətinin qiymətləndirilməsi - orta-ağır, ağır və kritik. Başqa hansısa məlumat ala bilməzsiz, əgər reanimasiya həkiminin əlaqə nömrəsi sizdə yoxdursa.
Sonra kritik vəziyyət, ictimaiyyətin çağırışları, yüksək səviyyədə nəzarətin gücləndirilməsi və gecəylə təcili EKMO aparatına qoşulma. SNA (İVL) aparatından sağ çıxmama səviyyəsi 80%-dirsə, EKMO aparatında sağ qalma şansı 90%-dir. Bu qısa müddətdə tamamilə sıradan çıxmış (bunun təqsirinin həkimlərdə olması fikrindən heç zaman vaz keçməyəcəm) ciyərlərin bərpasına yeni ümidlər yarandı. Ən azı on gün aparatda olacağı dəqiq idi. Ən çoxu isə iki həftə. Ondan da o yanasısa bizi narahat etməməli idi. Bir ay da, iki ay da, üç ay da ola bilərdi, hətta dörd-beş ay yatan insanların təcrübəsi vardı. Həkim belə söyləmişdi. Vəziyyəti getdikcə yaxşılaşırdı. Həkimi o qədər nikbin idi ki, bizimlə sevincək danışırdı. Lakin gen-bol iki həftəni gözləməyə səbr çatmadı. Səkkizinci gün həkimi dedi ki, Dilavəri aparatdan ayırmaq qərarına gəlinib. Belə qərarlar adətən kollektiv qəbul edilir. Buna səbəb birinci dəfə yoxlanılan sınağın uğurlu alınması idi. Lakin nə sonrakı gün, nə də sonrakı iki gündə sınaq özünü doğrultmadı. Ciyərlər bərpa olunma mərhələsində olsa da, aparatdan ayrılmağın şərtlərinə və tələblərinə cavab verməyə hazır idimi? Həkimlər sadəcə tələskənliyə yol vermişdilər. Mənə verilən izahlardan belə anlaşılırdı. Daha sonra isə məlum oldu ki, ortaya sepsis deyilən infeksiya düşüb. Sepsis xəstəxanadaxili infeksiyadır, adətən aparatlardan keçir, qanla bütün orqanlara yayılır və vaxtında müəyyələşdirilib düzgün müalicə olunmadığı halda ölümlə nəticələnir. Onun EKMO aparatından keçməsi 26%-dir. Dilavər təəssüf ki, bu 26%-in içində oldu. İki həftə sərasər həmin infeksiya ilə döyüşdü və onu adladı. Elə bildik hər şey yoluna qoyuldu. Ancaq sepsis özü ilə fəsadlar da gətirdi, ciyərlərin fibrozlaşması. İndi onlar aradan qaldırılmalıydı. Bunasa zaman lazım idi. Beləcə, Dilavər EKMO-da uzunmüddətli yatma mərhələsinə keçirildi. Sonrakı bir ayda əldə olunan cüzi irəliləyişləri qane edəcək sayılmırdı. Mənim üçünsə misqal da ümid idi. Həkimi sonadək gedəcəklərini söylədi: "Ondan da ağır xəstələri ayağa qaldırmışıq”.
Martın 3-ü. O məşum gün… Mobil telefonumdan gələn o səs qulağımdan heç zaman çəkilməyəcək:
- Bura Dilavər Əzimlinin yaşadığı yerdir?
- Bəli.
- Siz onun nəyisiz?
- Həyat yoldaşı.
- Dilavər Əzimli rəhmətə gedib. Mən onu Semaşkoya aparıram. Zəhmət olmasa ora gəlib təhvil alın.
- Siz kimsiz?
- Sürücü.
Xəstəxana ən yüksək - Prezident səviyyəsində nəzarətə alınan ALİMİ, PEDAQOQU, ZİYALINI, VƏTƏN AŞİQİNİ "öz adına layiq yola saldı”. Onun ölüm xəbərini mənə çatdırmağı morqun sürücüsünə tapşırmışdılar.
…Mən sonuncu dəfə Dilavəri orda gördüm - Semaşkoda. O, artıq mənə baxmırdı.
63 gün belə bitdi: ümidlərin, gözləntilərin qəfil məhvi ilə…
Məni çox adam qınayırdı ki, gərək xəstəxanaya qoymayaydın, evdə müalicə edəydin. Axı bunun hansı halda düzgün addım olduğunu əvvəlcədən necə müəyyən edəsən ki? Necə edəsən ki, sonrakı peşmançılıq baş verməsin? Xəstəxanalar məgər elə müalicə üçün deyilmi? Sadə vətəndaşlar nə etsinlər ki, ölkənin səhiyyə sisteminin özünün bərbad vəziyyəti onlarda nə həkimlərə, nə də xəstəxanalara etibar, inam saxlamayıb.
Yox, əzizlərim, məni qınamayın, sağ qalmaq, sağalmaq lotereya kimidir. Kimsə udur, kimsə uduzur. Orqanizmi ölümdən qayıtmaqla, bir dəfə yaxşılaşmaqla, sepsisi belə adlamaqla sağalmaq, yaşamaq istəyini ifadə edən Dilavərin lotereyası "uduşlu olmadı”. EKMO aparatı 90% yaşamağa şans tanısa da, qalan 10% sağ çıxmamağın payına düşdü. "Septik şok” həkimin verdiyi son hökm idi…
Bu sarsıntılı günlərdə mənəvi dəstəyilə daim bizə yardımçı olan hər kəsə ayrı-ayrılıqda dərin minnətdarlığımı bildirirəm. Xüsusilə də mənim müraciətlərimi hər zaman anında cavablandıran, nazımızla oynayan, əlindən gələni əsirgəməyən millət vəkili Qənirə Paşayevaya! Dilavərdən ötrü hər dəqiqə haray çəkmiş DOSTLARINA! Onun sağalması üçün ölkə rəhbərliyinə qədər müraciət etmiş insanlara! Əfsuslar olsun ki, bütün bu çabalar gözlədiyimiz nəticəni vermədi. Mən HƏYAT YOLDAŞIMI, övladlarım ATALARINI, tarix elmi ALİMİNİ, tələbələr PEDAQOQUNU, ictimaiyyət sözün həqiqi mənasında QİYMƏTLİ ZİYALISINI, AZƏRBAYCAN ÖZ AŞİQİNİ İTİRDİ! Belə ŞƏXSİYYƏTLƏR 100 ildə bir dəfə yetişir!
Nur içində yat, gözəl İNSAN, mənim əziz və mehriban Dilavərim! Səndə sığar ikən cahan, sən bu cahana sığmadın,
Gövhəri-laməkan səndin, kövnü məkanə sığmadın!
Allah o dünyanı versin! Amin!
Oxşar xəbərlər
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 2026 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 2026 22:40
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
3 fevral 2026 21:39
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
Xəbər lenti
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
