Rusiyanın seçdiyi tacik qız kimdir?
Xəbər verdiyimiz kimi, bu il Rusiyanı “Eurovision - 2021” mahnı müsabiqəsində əslən Tacikistandan olan Manizha Sangin təmsil edəcək. O, Avropa səhnəsində “Russian woman” (Rus qadını) mahnısını səsləndirəcək.
“Qafqazinfo”nun məlumatına görə, sənətçinin 8 mart tarixində təqdim etdiyi mahnıda rus qadınların son bir neçə əsr ərzində yaxşıya doğru necə dəyişməsindən bəhs olunur.
Manizha təkcə musiqi fəaliyyəti ilə deyil, eyni zamanda qadın hüquqları uğrunda fəal mübarizə aparır, feminizmlə bağlı mahnılar oxuyur, LGBT-ni dəstəkləyir. O, 2020-ci ilin dekabrında Rusiyanın BMT-də qaçqınlarla iş üzrə ilk xoşməramlı səfiri təyin olunub.
29 yaşlı sənətçinin ailəsi Tacikistanda baş verən Vətəndaş müharibəsi (5 may 1992-ci ildən 27 iyun 1997-ci ilə qədər davam edib - red.) zamanı ölkədən qaçaraq Rusiyaya sığınıb. Uzun illər onlara nə qaçqın, nə də vətəndaşlıq statusu verilib: “Anam məni bağça və məktəbə yazdırmaq üçün rüşvət verməli olurdu. Ümumiyyətlə, çox problemlərlə qarşılaşırdıq”.
İfaçı ötən il müsahibəsində bildirib ki, miqrantların üzləşdiyi problemlər hələ də davam edir. Uşaqkən uzun müddət irqçiliyə məruz qalıb, psixoloji təzyiqlərlə üzləşib:
“Rəngimə görə məni lağa qoyurdular”.
.jpg)
Hətta o, natamam tacik və natamam slavyan olmasından bəhs edən layihə də təqdim edib.
Manizhanın babası Tacikistanın tanınmış jurnalisti, yazarı olub. Anası isə (adını açıqlamır -red.)məşhur moda dizayneridir, ölkənin gözəllik müsabiqələrində yer alır.
Bu qədər məşhur olan müğənni ailəsinin kimliyi barədə çox məlumat açıqlamayıb. Sadəcə bildirib ki, ulu nənəsi Orta Asiyada niqabı atan ilk qadınlardan biridir.
Bundan əlavə, sənətçi milli seçim turundakı qələbəsini 10 il öncə vəfat etmiş nənəsinə həsr edib.

O deyir ki, 2000-ci illərin ortalarında səhnəyə gələrkən çox maneələrlə rastlaşıb. Musiqi prodüserləri hesab edib ki, Manizhanın adı və görünüşü səhnəyə yaraşmır. Hətta sənətçi bir müddət “Ru.Kola” təxəllüsü ilə fəaliyyət göstərib.
10 il sonra öz adı ilə səhnəyə qayıdan Manizha 2010-cu ildə albom buraxıb. Bir müddət Londonda yaşayıb, daha sonra Moskvaya qayıdıb.
Müğənni Orta Asiya xanımlarının ona mesaj yazaraq ataları, həyat yoldaşları tərəfindən şiddətə məruz qaldıqlarını bildiriblər. Bundan sonra, o ailəsi ilə birlikdə zorakılıqla bağlı sosial layihələr həyata keçirməyə başlayıb və bu prosesi hələ də davam etdirirlər. Hətta ailə “Silsila” adlı “qaynar xətt” tətbiqini yaradıb.
“Forbes”in məlumatına əsasən, Manizhanın valideynləri sözügedən layihəyə 7 milyon rubl (təxminən 162 min AZN) pul xərcləyib.
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 2026 10:59
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
6 fevral 2026 21:20
- Bizimlə donuzdan da pis rəftar edirdilər - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
26 yanvar 2026 11:06
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 2026 19:04
- Azərbaycan, HAZIR OL ! - Amerikadan ŞOK XƏBƏRDARLIQ gəldi
12 yanvar 2026 11:56
- 1799-cu ildə Suvorov Alpları niyə aşmışdı? - Rusiyanın köləlik naminə qanlı savaşları
10 yanvar 2026 11:21
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
