Azərbaycanda 5000 tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün xaric...
2021-ci ildə "Təhsil-tələbə krediti" sisteminin yaradılması nəzərdə tutulub. Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilib. Sənədə əsasən, bu məqsədlə 2021-ci il üçün təsdiq edilən dövlət büdcəsində 80 milyon manat vəsait nəzərdə tutulub. Amma kreditlərin necə və hansı kriteriyalar üzrə veriləcəyi hələ ki, bəlli deyil.
Bu il yanvarın sonunda Təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, hökumət və parlament arasında təhsilə verilən kreditlər barədə razılaşma planları var. E.Əmrullayev aztəminatlı vətəndaşlara, eləcə də yüksək akademik nəticələri olan tələbələrə təhsil üçün faizsiz kredit verilməsinin planlaşdırıldığını deyirdi.
Bəs tələbələrə kreditlər hansı şərtlərlə verilməlidir? Kreditlərin qaytarılması üçün tələbələr işlə təmin olunacaqmı?
Azərbaycanda tələbələrə kreditlərin verilməsi təcrübəsi var. 2015-ci ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələri "Maarifçi" Tələbə Kredit Fondu təsis ediblər. 6 il ərzində onun 15 universitetdə tələbələrlə cəmi 272 təhsil krediti müqaviləsi imzaladığı bildirilir. 2019-cu ildən etibarən isə Fondun kreditlərinin verilməsi ilə bağlı elanlarına, ümumiyyətlə, rast gəlmək mümkün deyil.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Eldar Quliyev "Turan" agentliyinə tələbələrə təhsil kreditlərinin verilməsi üçün vəsait ayrıldığını təsdiqləsə də, hələlik, proqramın mexanizmlərinin məlum olmadığını bildirdi: "Fikrimcə, tələbələrə faizsiz kreditlər veriləcək, sonra isə onlar işlədikləri müddətdə həmin kreditləri qaytaracaqlar. Proqramda kreditin qaytarılması üçün müəyyən müddət qeyd olunmalıdır".
"Bəzi tələbələr təhsil haqqını ödəyə bilmir və..."
Komitə üzvü vurğulayıb ki, deputatlar bu məsələ ilə bağlı Milli Məclisdə dəfələrlə təşəbbüslə çıxış ediblər: "Dövlət də sağ olsun, bizi eşitdi və bu il artıq vəsait ayrıldı. Bu, çox yaxşı qərardır, çünki bəzi tələbələr təhsil haqqını ödəyə bilmir və universitetdən xaric olunur. İndi isə onlar kredit hesabına belə problemlə rastlaşmayacaqlar".
E.Quliyevin ehtimalına görə, kreditlər, çox güman, elə şərtlərlə veriləcək ki, onları qaytarmaq çətin olmayacaq: "Aylıq ödənişi təxminən 100-200 manat olsa, orta əməkhaqqı alan adam onu rahat qaytara biləcək. Bizim qarşımızda duran vəzifələrdən biri odur ki, universiteti bitirən tələbələr işlə təmin olunsun. İqtisadiyyatımız hər sahə üzrə inkişaf edir, yeni iş yerləri açılır. İşğaldan azad olunmuş ərazilərdə də yeni iş yerləri açılacaq. Bu mənada məzunlar üçün bütün şərait yaradılıb və onlar krediti rahat qaytara biləcəklər. Sadəcə, elə adamlar var ki, pulu olsa da, krediti ödəmir. Hər şey məsuliyyətdən asılıdır".
"…Tələbələr krediti necə qaytaracaq?"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev də agentliyə bildirib ki, tələbələr təhsil kreditlərini qaytarmaq üçün işlə təmin olunmalıdır: "Krediti götürəndə onu qaytarmaq lazımdır. Bəs müxtəlif səbəblərdən çox böyük çətinliklə işə düzələn tələbələr krediti necə qaytaracaq? Statistika göstərir ki, məzunların demək olar ki, yarısı öz ixtisası üzrə işləmir".
Deputatın fikrincə, dövlət orqanları hər il hər ixtisas üzrə lazım olacaq mütəxəssislərin sayını hesablamalıdır və buna uyğun universitetlərdə yerlər ayrılmalıdır: "Mən tövsiyə edirəm ki, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlər Kabineti dörd ildən sonra hansı sahədə hansı mütəxəssislərin lazım olacağını qabaqcadan hesablasın".
"Çoxlu sayda hüquqşünas var ki, həkim işləyir"
Deputat hesab edir ki, başqa dövlət orqanları isə öz təşəbbüsü ilə onlara lazım olacaq mütəxəssislərin təxmini sayını verməlidir: "Məsələn, Dövlət Gömrük Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və bəzi digər nazirliklərin öz akademiyaları var. Əminliklə deyirəm ki, onlara lazım sayda mütəxəssislərini özləri hazırlaya bilər. Universitetlərdə isə bu ixtisasları digərləri ilə əvəzləmək lazımdır. Hesablamalıyıq ki, bizə təxminən nə qədər hüquqşünas lazımdır. Bu gün çoxlu sayda hüquqşünas var ki, həkim işləyir, həkim də var ki, hüquqşünas işləyir".
R.Quliyev bildirib ki, hazırda ölkəyə filiz-mədən sənayesi ilə məşğul olan mütəxəssislər, mühəndislər, inşaatçılar, aqronomlar lazımdır: "Dövlət bu gün ölkə daxilində əlvan metalların emal edilməsində maraqlıdır deyə, bu sahə vergilərdən azad olunub. Buna görə də bizə peşəkar zərgər-dizaynerlər lazımdır".
Onun fikrincə, dövlət sifarişi əsasında və kredit götürən tələbələr təhsili baş vurandan sonra müəyyən müddət dövlət işində və mütəxəssislərə ehtiyac olan regionlarda çalışmalıdır: "Bütün bunlara riayət olunsa, iş təminatı ilə bağlı problem yaranmayacaq və kreditlər rahat qaytarılacaq".
"Məzunların cəmi 42 faizi ixtisas üzrə iş tapa bilir"
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə AzadlıqRadiosuna bildirib ki, hələ 2013-cü ildə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında Təhsilin İnkişaf Fondunun yaradılması nəzərdə tutulmuşdu:
"Son 7 il ərzində 5 mindən artıq tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə universitetlərdən xaric edilib. Qanunla isə insanların təhsil alması üçün şərait yaradılmalıdır. Azərbaycanda hər il məzunların cəmi 42 faizi ixtisas üzrə iş tapa bilir. Qalanlar ya digər ixtisaslar üzrə işləyir, ya da, ümumiyyətlə, işləmir".
"Tələbələr problemli kredit alana çevrilməli deyil"
Ekspert qeyd edib ki, Azərbaycan ali məktəblərində ödənişli plan yerlərinin sayı ümumi qəbul planının 50 faizidir: "Bu il 21 minə yaxın şəxs ödənişsiz əsaslarla qəbul olub. Digər 21 min 600 nəfər - şəhid və müharibə veteranlarının övladlarını, məcburi köçkünləri çıxmaq şərtilə - ödənişli təhsil alır".
K.Əsədov deyir ki, tələbə kreditləri üçün ayrılan 80 milyon manat 38-42 min tələbənin təhsil haqqını ödəməyə imkan verəcək: "Kreditlər faizsiz verilməlidir, çünki sonra tələbələr problemli kredit alana çevrilməli deyil. Həm də kredit verilən uşaqlar sonra işlə təmin edilməlidir ki, təhsili başa vurandan sonra onu ödəyə bilsinlər".
Mənbə: Turan Agentliyi
Oxşar xəbərlər
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb
28 fevral 2026 15:41
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
Xəbər lenti
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
Video & Fotoqalereya
Video
Fotoqalereya
