Qaçaq Nəbini “namus üstə” öldürüblər: Sui-qəsd
Hadisə12 mart 2021 14:44
Bu gün XIX əsrdə Azərbaycanda məşhur kəndli hərəkatının başçısı, xalq qəhrəmanı Qaçaq Nəbinin anım günüdür. Qaynarinfo kulis.az-a istinadən onun haqqında maraqlı faktları təqdim edir.
Qaçaq Nəbi Alı oğlu 1854-cü ildə Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonunda) anadan olub.
***
Alı kişi yeddi nəfərdən ibarət ailəni çətinliklə dolandırır. Buna görə də o, Nəbini hələ kiçik yaşlarında Şuşadakı tacirlərin yanında nökərçiliyə verir. Atasının ölüm xəbərini alıb kəndlərinə qayıdan Nəbi ailələrinə başçılıq etməyə məcbur olur. Bir müddət sonra isə Nəbinin anası da vəfat edir. O, özündən yaşca balaca bacısı Zeynəbi və qardaşı Mehdini dolandırmaqdan ötrü qapılarda muzdurluq etməyə başlayır.
***
Ata və anasının vəfatından sonra Nəbi Yuxarı Mollu kəndindən olan Molla Xanalının qızı Həcərə aşiq olur və onunla evlənmək qərarına gəlir. Nəbinin həyatında və qaçaqlığında Həcərin xüsusi yeri olub. Belə ki, olduqca gözəl qadın olan Həcər heç kimdən və heç nədən çəkinmədən daim at belində, əlində silahla Nəbinin yanında olur. Onunla birlikdə dağlarda, dərələrdə yaşayır.

Nəbinin qaçaqçılığa başlaması sosial ədalətsizliyə qarşı barışmaz münasibətindən irəli gəlsə də, onun dəfələrlə həbs olunması da Nəbinin qaçağa çevrilməsinə xüsusi təkan verib.
***
İsti aylarda adətən, bütün elat kimi Mollu kəndinin camaatı da yaylağa köçürmüş. Yaylaqdan qabaq lazımi şeylər almaq üçün camaat Naxçıvana gedirlər. Qayıdanda karvan bir kəndin yanında gecələyir. Həmin kəndin camaatı Mollu camaatını talamaq üçün onlara hücum edir. Vuruşmada bir nəfər ölür. Sonra iki kənd arasında barışıq yaranır. Ancaq iş divana düşdüyündən Naxçıvanda məhkəmə olur. Nəbi arxayın olur ki, arada barışıq var, yəqin tutqu olmaz, ona görə də məhkəməyə gedir. Burada onu günahkar sayıb həbs edirlər. Bu Nəbinin ilk həbsi olur. Naxçıvan türməsində yatan Nəbini Şuşa qalasına aparan zaman qolu bağlı olsa da yolda qaçmağa nail olur.
***
Nəbinin ikinci dəfə tutulması birbaşa Qubadlı bəylərinin əli ilə olur. Belə ki, Qubadlı bəyləri Mollu mülkünün yataqlarını öz aralarında bölmək istədikdə Nəbi kəndlilərini bir yerə toplayıb onlar arasında təbliğat aparır. Kəndlilər bəyləri qovurlar. Bəylər bu hərəkəti Nəbiyə bağışlamır. Mollu kəndinin yaxınlığında digər kənddən olan bir nəfəri Qubadlı bəylərindən birinin qardaşı öldürür. Həmin kəndin adamları bunu Mollu kəndindən bilirlər. Bundan istifadə edən bəylər həmin işi Nəbinin üstünə atırlar. Beləliklə, Nəbini tutub qazamata salırlar. Lakin bu dəfə də Nəbi Gorus qazamatından qaça bilir.

Nəbi həbsdən qaçaraq həmfikirlərini ətrafına toplayır. Bəylərin onu qaçaq saldıqlarını bildirir. Özündən sonra qardaşı Mehdini incidəcəklərini bilib, onu da götürüb kənddən çıxır. Gecəykən Qubadlı Məmmədəli bəyin ilxısından hərəyə bir at, pristav Əliağa bəyin divanxanasından hərəyə bir tüfəng götürüb dağlara qalxırlar. Beləliklə də Nəbinin qaçaqçılıq həyatı 1875-ci ildən başlanır.
***
Bəylərə, çar məmurlarına, habelə tacir və sələmçilərə qarşı barışmaz düşmən olan Qaçaq Nəbi yoxsul kəndlilərin mənafeyini müdafiə edir, mülkədarların var-dövlətlərini əllərindən alaraq kasıblara paylayır.
***
Xalq kütlələrinin mənafeyini müdafiə etməsi və fövqəladə şəxsi igidliyi Qaçaq Nəbiyə böyük şöhrət qazandırır. Xalq Nəbinin dəstəsinə yaxından köməklik edir, ərzaqla təmin edir, yeri gəldikdə gizlədirdi. Nəbi uzun müddət çar kazakları ilə vuruşur, sıxışdırıldığı zaman İrana və Türkiyəyə keçirdi. Çar idarəsi bu hərəkatı yatırtmaq üçün bütün vasitələrə əl atırdı. Hökumət Qaçaq Nəbiyə qarşı polis, kazak dəstələri göndərirdisə də, onu ələ keçirə bilmir. Türkiyə və İrana da agentlər göndərilməklə Nəbi ardıcıl olaraq izlənilir.

Yerli hakimiyyət qurumları, o cümlədən, Zəngəzur mahalının naçalniki Səlim bəy Rüstəmbəyov Nəbi ilə davada aciz olduğunu başa düşüb onun dəstəsinə nifaq salmaq üçün casuslardan istifadə etmək qərarına gəlir. Səlim bəy öz niyyətini Naxçıvan naçalniki Slavaçinskiyə açır. Sonuncu isə Naxçıvanın Ordubad camaatından olub İranın Urmiya şəhərində ticarətlə məşğul olan Məşədi Paşa Hacı oğlunu bu işə cəlb edir. Məşədi Paşa bəy Nəbinin dəstəsindən olan Şah Hüseyni və Kərbalayi İmanı ələ alır, onlara böyük mükafatlar vəd edir. Özü də tez-tez Nəbinin yanına gedib-gəlir, ona dost münasibəti göstərir. Bir müddət sonra Məşədi Paşa Nəbini evinə qonaq çağırır. 1896-cı il mart ayının 12-də gecə saat 2-də qonaqlıqdan qayıdarkən gecə Şah Hüseyn və Kərbəlayi İman Nəbini İranla Türkiyənin sərhəddində yerləşən Larin kəndi yaxınlığına gətirirlər. Burada şah Hüseyn Nəbini arxadan vurur. Nəbi elə oradaca ölür.
***
Lakin Nəbinin ölümü ilə bağlı el arasında dolaşan daha bir əhvalat da var. Guya Nəbinin ölümü namus məsələsidir. Bu versiya tam təsdiqini tapmadığı üçün mənbələrdə rast gəlinmir. Əhvalat belədir. Nəbinin dostu Şah Hüseyni Nəbiyə qarşı qoymaq üçün onun arvadını ələ alırlar. Şah Hüseynin arvadı yalandan ərinə deyir ki, Nəbi mənə sataşıb. Onun sözlərinə inanmayan Şah Hüseyn xeyli götür-qoy edəndən sonra, arvadının onu namussuz adlandırmasından, Nəbidən qorxmasına görə tənə etməsindən təngə gəlib onun sözlərinə inanır və Nəbini qətlə yetirir. Bu barədə el dilində belə bir şeir da yayılıb:
Qadınlar yığılıb bir hiylə qurdu,
Nəbinin dostları üzünə durdu.
Şah Hüseyn qəflətən Nəbini vurdu
Darasın saçını tellər ağlasın,
Yerisin üstünə ellər ağlasın.

Nəbinin ölümündən sonra bir müddət Nəbisiz fəaliyyət göstərən qaçaq dəstəsi 1897-ci ildə dəstəsi tamamilə dağıdılır.
***
Xalq öz sevimli oğlunun qəhrəmanlığını unutmamış, onun haqqında dastan yaratmış, mahnılar qoşmuşdur. Qaçaq Nəbi haqqında Süleyman Rüstəm "Qaçaq Nəbi” pyesini yazıb, onun haqqında "Qanlı zəmi” bədii film çəkilib. Lakin, ssenari çox zəif olduğundan film kinotənqidçilər tərəfindən zəif qarşılanıb.
***
Qubadlı rayonunda Qaçaq Nəbinin abidəsi qoyulub. Bakı şəhərində Qaçaq Nəbinin adını daşıyan küçə var.
***
Nəbinin ölümündən sonra Həcər qohumlarının köməyilə Mollu kəndinə gətirilib. Bir müddətdən sonra burada Nəbinin Həmzə adlı bir qohumuna ərə gedib. Həcər Həmzə ilə Molluda çox yaşayır. Həcərin Nəbidən övladı olmayıb. Həmzədən isə onun bir neçə övladı olub.
***
Həcər 1914-cü ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində vəfat edib. Qəbri Aşağı Mollu kəndindədir.
Oxşar xəbərlər
- Mən sözü qoymuşam gözümün üstə... - Səksənincilər- layihəsindən Səməd Qaraçöpün şeirləri
9 yanvar 2026 20:33
- 44 günə Ermənistanı böyrü üstə qoyduq - Prezident
25 dekabr 2025 21:27
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 2025 19:59
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- İsa Həbibbəylinin baldızının oğlu ilə bağlı şok məlumat - FOTO
10 dekabr 2025 00:36
- Gürcüstanda plastik qab-qacaq qadağan olunur
15 noyabr 2025 11:08
- Deputat Fazil Mustafa : Cəmil Həsənli SİYASİ DƏLƏDUZDUR
10 noyabr 2025 13:11
- Siyasi partiyalar Zəfər Gününün ilə əlaqədar birgə bəyanat yaydı
7 noyabr 2025 11:59
- Bu gün QAÇAQ SƏFİRƏ-nin yaxın adamının məhkəməsidir
28 oktyabr 2025 13:32
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 2025 12:22
Xəbər lenti
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
06 fevral 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
05 fevral 22:49
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
04 fevral 11:04
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
03 fevral 21:57
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
03 fevral 21:39
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
03 fevral 19:15
- Azərbaycan və BƏƏ prezidentləri Sülh Qalxanı-2026 təlimini izlədi (FOTO)
03 fevral 18:54
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
03 fevral 14:03
- İcra məmurları belə geyinəcək (FOTO)
03 fevral 13:54
- Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?
03 fevral 13:46
- Prezident Məhəmməd Əbdülsalam ilə görüşdü
03 fevral 11:33
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
02 fevral 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
02 fevral 21:25
- İlham Əliyev Əbu-Dabiyə getdi (FOTO)
02 fevral 20:43
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
02 fevral 20:33
Video & Fotoqalereya
Video
Fotoqalereya
