Azərbaycanlı sevgilisinin tapançası ilə özünü vuran Gəmzə..
Cəmiyyət14 mart 2021 13:06

İstanbulun Bəylikdüzü rayonundakı evlərdən birində bir neçə gün əvvəl baş vermiş müəmmalı intihar hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.
20 yaşlı gənc qadın Gəmzə Zümrüttaşın intiharına görə onun Azərbaycan vətəndaşı olan sevgilisi, 31 yaşlı X.B. saxlanılmışdı. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib, bu şəxs intihara təşviq etməkdə günahlandırılır. Belə ki, gənc qadının intihar üçün istifadə etdiyi tapançanı ona azərbaycanlı sevgilisinin verdiyi üzə çıxmışdı.

"Sabah” qəzeti gənc qadının ailə üzvləri ilə danışıb, onun yaşadığı dramın və faciəli ölümünün bəzi təfərrüatlarını əldə edib. Məlum olub ki, Gəmzə 3 il əvvəl, 17 yaşı olanda evlənib. Bu evlilikdən bir qızı dünyaya gəlib. Lakin həyat yoldaşı ilə yola getmədiyi üçün ayrılıb. Daha sonra Azərbaycan vətəndaşı X.B. ilə tanış olub və onunla, habelə bu şəxsin anası ilə birlikdə Bəylikdüzündəki mənzildə yaşamağa başlayıb. Hadisədən bir ay əvvəl onların həbsdən şərti azadlığa çıxdığı bildirilir. Gəmzə və azərbaycanlı sevgilisinin narkotik üstündə tutulduğu deyilir. Gənc qadının intihar üçün istifadə etdiyi tapança onun sevgilisinin olub və rəsmi icazəsi yox imiş.

Habelə məlum olub ki, Gəmzə azərbaycanlı ilə tanış olmazdan əvvəl-boşanandan sonra başqa biri ilə tanış olub və münasibət qurub. Lakin həmin şəxs cinayət zamanı öldürülüb, bundan sonra Gəmzə depressiyaya düşüb, sosial şəbəkələrdən bədbin paylaşımlar edib.

Onun yaxınları deyir ki, Gəmzə intihar edəcək biri deyildi, körpəsini çox sevirdi. "Gəmzənin yeddi qardaşı, bacısı var. Bacısı istisna olmaqla qalan ailə üzvlərinin hamısı Muğlada yaşayır. O, İstanbulda Azərbaycan vətəndaşı olan sevgilisi və onun anası ilə birlikdə yaşayırdı. Gəmzə intihar edəcək qız deyildi. Sevgilisi narkotik istifadə edirmiş. Vaxtilə hər ikisi tutulub. Hadisə vaxtı da onlar mübahisə edirmiş. Nə yaşandı, nə oldu bilmirik. Hər şey ekspertizanın rəyindən sonra üzə çıxacaq”,-gənc qadının yaxınlarından biri deyib.
Polis hələlik hadisə ilə bağlı intihar maddəsi ilə cinayət işi qaldırıb, amma istisna deyil ki, ekspertizanın rəyindən sonra bu maddə dəyişdiriləcək...
Mənbə: Virtualaz.org
Oxşar xəbərlər
- Araz Ağalarov barəsində icraat başladıldı
2 iyul 2025 23:12
- Rəsmi Moskva: Azərbaycanla aramızı vurmaq istəyənlər çoxdur
2 iyul 2025 10:46
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
1 iyul 2025 18:42
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
1 iyul 2025 13:57
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
3 iyul 2025 13:04
- Evdən döyülərək çıxarıldılar - Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI VİDEO
1 iyul 2025 11:05
- Təyyarəmizi Qazaxıstan vurubmuş – Samir Vəliyev özünü rüsvay etdi
30 iyun 2025 16:43
- Yekaterinburqda öldürülən qardaşların cənazələri yaxınlarına təhvil verildi
30 iyun 2025 15:30
- Rusiyanın imperiya siyasəti açıq formaya keçir
30 iyun 2025 12:28
- Yekaterinburqda məhkəməsi başlayan Məzahir Səmədov: Xanımımdan muğayat olun
29 iyun 2025 16:44
Xəbər lenti
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
03 iyul 02:06
- Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
03 iyul 01:15
- Azərbaycan güləşçisi Avropa çempionu olub
03 iyul 00:46
- Araz Ağalarov barəsində icraat başladıldı
02 iyul 23:12
Video & Fotoqalereya
Video
Fotoqalereya