Ruslar Nizami haqda niyə susur və farslar onu niyə sevmir?
Kulis.az Həmid Herisçi ilə Nizami Gəncəvi haqqında söhbəti təqdim edir.
- Bu il "Nizami ili” elan olunub. Həmişə Nizami yaradıcılığını və şəxsiyyətini təqdir edən bir qələm adamı kimi düşüncələrinizi bilmək istəyərdik.
- Düşünürəm ki, Nizami Gəncəvi yaradıcılığı kifayət qədər yaxşı öyrənilməyib. Əvvəla başlayaq ondan ki, həmin dövrdə ədəbiyyat nə idi? Azərbaycan ədəbiyyatı Xaqani də deməkdi. Nizami və Xaqani. Bu iki şair realist şair olub. Onlar dari dilində yazırdılar. O dövrdə "fars dili” ifadəsi yox idi, dari dili deyirdilər. Fars dili ifadəsi 19-20-ci əsrlərdə yaranmış sözdür. Farsdilli ədəbiyyatın mərkəzi Əfqanıstan idi, Xorasan idi. Yəni, farsdilli ədəbiyyat əsasən Orta Asiyada idi. Bu tərəflərdə isə farsdilli ədəbiyyat başqa cür olub. Farsdilli ədəbiyyat daha çox mistik, mücərrəd ədəbiyyat idi, amma Azərbaycan ədəbiyyatına baxanda, Xaqaniyə, Nizamiyə baxanda görürsünüz ki, bunlar daban-dabana ziddir, daha realistdir. Ədəbiyyatda əsas olan linqvistik yox, semiotik dil, yəni işarələr və mövzu dilidir. Xaqaninin və Nizaminin semantik dili də fars ədəbiyyatından ciddi şəkildə fərqlənir, seçilir. Bu mənada onların yaradıcılığı hələ kifayət qədər öyrənilməyib. Hətta deyərdim ki, Xaqaninin əsərləri tarixi və digər reallıqları öyrənmək üçün daha əhəmiyyətlidir. Avropa ədəbiyyatının 19-cu əsrdə çatdığı meyarlar bizdə artıq 12-ci əsrdə var idi.
- Nizaminin yetərincə tətqiq olunmadığını deyirsiniz. Bunun üçün nələr etmək olar?
- Rusiya və Azərbaycanın münasibətləri fövqündə Nizaminin "İsgəndərnamə” əsərini daha geniş tədqiq etmək olar. Əsərdəki hadisələrə diqqətlə yanaşmaq lazımdı. Nəyə görə? Çünki Nizaminin həyat yoldaşı Afaq qıpçaq qızı idi və hiss olunur ki, o, rus-qıpçaq müharibələrini yaxşı müşahidə etmişdi və bütün bu söhbətləri Nizamiyə danışmışdı. Nizami də bunları "İsgəndərnamə”də İsgəndərin ruslarla müharibəsi kimi təsvir etmişdi. O əsərdə İsgəndərin ruslarla döyüşləri, onlarla münasibətləri haqqında yetərincə maraqlı faktlar var, amma çox qəribədir ki, rus ədəbiyyatı heç vaxt Nizamini, onun "İsgəndərnamə”sini və orada ruslarla bağlı olan məlumatları öyrənmir. Çox maraqlıdır haaa! Ümumiyyətlə, ruslar özlərini elə aparırlar ki, elə bil, Nizamidən xəbərləri yoxdur. Və mən həmişə hiss eləmişəm ki, rus alimlərinin yanında bu məsələ haqqında danışıldıqda, qəribə bir sükut çökür. Mənə elə gəlir, Nizaminin ruslar haqqında yazdıqları çox tarixi əhəmiyyətlidir, öyrənilməlidir. Nizaminin Nüşabə haqqında yazdıqları çox önəmlidir. Çünki bizdə də qadın döyüşçülər, "amazonka”lar olub. Bir də Nizami türklərə qarşı çox səmimi olub, onları sevib. Onun bütün əsərləri türk hökmdarlarının sifarişi ilə yazılıb, həyat yoldaşı da, dediyim kimi, qıpçaq qızı olub. Həm də Nizami sifarişli yazsa da, yüksək səviyyədə yazıb bu əsərləri.
- Bəs tərcümələri necədir?
- Əlbəttə, nöqsanlar ola bilər, amma sizə deyim, ötən əsrin 40-cı illərində bizim tərcüməçilər, şairlər böyük qəhrəmanlıq göstərib o əsərləri çeviriblər. Mənə elə gəlir, pis eləməyiblər. Onlar da tərcümənin bir forması idi də. Başqa formalarda da tərcümə etmək olar, amma gəlin etiraf edək ki, istər Səməd Vurğun, istər Osman Sarıvəlli, istər Məmməd Rahim, istər Mikayıl Rəfili, istərsə də Süleyman Rüstəm yüksək peşəkarlıq göstərib tərcümə ediblər də. İndi mənə maraqlıdır ki, bizim müasir şairlərimiz bu tərcümələri necə edərdilər. Mənə elə gəlir, hər yeni nəsil gənc şairlər Nizaminin tərcüməsində özlərini yoxlaya, göstərə bilərdilər. Sizə deyim, İranda Nizamiyə münasibət çox da doğma deyil. İranda əsas Hafizdi, Sədidi, Rumidi... Bunlara daha çox meyllidirlər. Kim deyir, Nizaminin uğrunda böyük bir dava gedir? Yeri gələndə, İranda Nizamini çox az oxuyurlar.
- Həmin bəy, sizcə, hazırda Nizamişünaslıq nə yerdədir?
- Heyif ki, hələ də bu sahəyə sanballı yazıçılarımızı cəlb etməmişik. Yenə deyirəm, hər yeni nəsil yazıçı-şairlərimiz, tərcüməçilərimiz Nizamini tərcümə eləməlidirlər. Mən belə düşünürəm. Məsələn, "Leyli və Məcnun”dan bir səhifə verək Salam Sarvan tərcümə eləsin, görək, o necə edəcək? Bir səhifə verək Aqşin Yeniseyə, bir səhifə Səlim Babullaoğluna və digərlərinə. Gənclərə də vermək olar. Sonra odövrkü tərcümələrlə müqayisə edək.
- Sizcə, necə alınar müqayisədə?
- O tərcümələr Stalinin sifarişi idi. Görünür elə bir əmr olmalıdır, şərait olmalıdır. Həm də o vaxt tərcümə edərək yazıçılar böyük imtiyazlar qazanırdılar, ciddi qazanc mənbəyi idi tərcümələr. Məsələn, indi kim "Xosrov və Şirin”i Rəsul Rza kimi tərcümə eləyə bilər? Gəlin, etiraf edək ki, indiki yazıçılar ozamankı kimi deyillər. Şairə olan ən vacib tələblərdən biri də onun tərcüməçi olmasıdır. Xaqani, Nizami kimi klassikləri tərcümə elədilər. O ki qaldı onların farsca yazmağına, mənim atam (professor Qafar Kəndli – red.) bu işlə çox məşğul olub, onları "Türkani-soxən” adlandırırdılar, yəni "türk sözü” deyən şairlər... Farslar özləri də onları türk şairi adlandırıblar.
- Atanız Xaqanini tədqiq edib, yaxşı bir kitab da dərc edib. Sizcə, Nizami haqqında bu cür kitab varmı?
- Bəli, Xaqani haqqında Qafar Kəndinin yazdığı çox mükəmməl bir kitab var, amma Nizami Gəncəvi haqqında belə bir kitabımız yoxdur. İlk növbədə şairin bioqrafiyası dəqiq yazılmalı idi, bunlar nəzərə alınmayıb. Və gəlin boynumuza alaq ki, əgər Nizami Gəncəvinin təxəllüsü "Gəncəvi” olmasaydı, ermənilər bar-bar bağıracaqdı ki, Gəncə erməni şəhəridir. Nizami ilk olaraq Gəncəni müdafiə edib ermənilərdən. Gəncədə müsəlman və Azərbaycan mədəniyyətini tərənnüm edən 5 mükəmməl əsər yazıb. Ermənilər deyir ki, Gəncədə ermənilər olub. Bəs onlar nə yazıblar Gəncədə? (gülür). Ola bilər, Qreqori Qandzakesi dedikləri müəllif yaşayıb Gəncədə, amma o da alban müəllif olub. Digər dedikləri müəlliflərin də əsərləri var, amma elə də ciddi olmayan əsərlərdir. Nizami Gəncəvinin yaradıcılığı isə bir daha göstərir ki, bu coğrafiya bizimdir. Torpaqlarımızı bu gün təkcə ordumuz, xalqımız, silahlarımız yox, Nizami Gəncəvinin özü də qoruyur. Nizami Gəncəvi Azərbaycanın simvoludur. Azərbaycan klassisizminin və ensiklopedik təfəkkürünün böyük nümayəndəsidir. Dühadır, düha! Dünya çapında düha! Siz axı Nizamini çox yaxşı oxumamısınız. Nizaminin çox gözəl meracnamələri var. Sovet dövründə onlar tərcümə olunmayıb, amma onlarda bilirsiniz nə qədər astronomik, astrofizik məlumatlar var?
- Deyirsiniz, İranda Nizami Gəncəvini elə də çox sevmirlər. Bu nə ilə bağlıdır?
- Adı üstündədir e onun! Onun təxəllüsü elə buna ən böyük səbəbdir. Onun künyəsi var. Gəncəvi təxəllüsü onun vətən sevgisindən xəbər verir.
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Bakıda gül mağazasında partlayış - Video
23 fevral 2026 10:02
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
