Xanım Qarabağ Müharibəsi veteranı generalın qardaşından Prezidentə müraciət etdi
Qarabağ Müharibəsi veteranı, Ağdam Mərkəzi Səhra Hərbi Hospitalında cərrahiyyə tibb bacısı işləmiş baş çavuş Elyana Şöhlət qızı Qurbanova cənab Prezident İlham Əliyevə müraciət edib:
Möhtərəm Prezident !
Qarabağımızın işğalçı erməni faşistlərindən azad olunması uğurunda gedən müharibəyə 1989-90-cı illərin ilk günlərdən 19 yaşımda könüllü olaraq qoşulmuşam və ixtisasca tibb işçisi olduğum üçün Ağdam rayonunda yerləşən Mərkəzi Səhra Hospitalında cərrahiyyə üzrə tibb bacısı kimi xidmət etmişəm. Heç bir çətinlikdən yorulmadan, gecə-gündüz daimi hospitalda olmuşam, yaralı döyüşçülərimizə tibbi yardım göstərməklə bərabər, həm də bir ana-bacı kimi əlimdən gələni etməyi əsirgəməmişəm. 23.07.1993-cü il tarixdə Ağdam şəhəri işğal olunanda ailəmiz rayonu tərk etsə də mən bir gün də olsun belə iş yerimi tərk etməmişəm. Xidmətimi səhhətimlə əlaqədar 1994-cü ildə başa vurmuşam. Vətənimiz Azərbaycanın bütövlüyü uğurunda mübarizəyə bir müsəlləh döyüşçü və tibb işçisi kimi həmişə hazıram və xidmətimlə qürur duyuram. Sizə müraciət etməyimə səbəb ailəmizin düçar olduğu faciəli hadisə ilə əlaqədardır. Və müraciət etməkdə məqsədim öz səlahiyyətləriniz dairəsində köməklik etməyinizi, yəni ailəmizə qarşı törədilən cinayət hadisələrinin çözülməsində və haqq-ədalətin bərqərar olunmasında təsir-tədbirləri etməyinizi xahiş etməkdir. Həyat yoldaşım Qurbanov Teymur Qurban oğlunu və məni bir qrup mütəşəkkil dəstə etibardan sui-istifadə etməklə və aldatma yolu ilə zəhmətlə qazanmış olduğumuz külli miqdar dəyərində qiymətləndirilən əmlakımızıpüllarımızı alaraq mənimsəmişlər və hal-hazırda da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində mötəbər vəzifələr tutan bir neçə yüksək çinli məmurlar tərəfindən himayədarlıq edilərək, məsuliyyətə cəlb olunmurlar. Onların bu əməlləri nəticəsində böyük məbləğdə yaranmış dövlət vergi borcunu tam ödəyə bilmədiyinə görə, ölkədən çıxışına məhdudiyyət qoyulduğu üçün, həyat yoldaşım Teymur Qurbanov özü şikayət etmək üçün Azərbaycana gələ bilmir.
Dəstənin üzvlərindən biri, özünü bizə “korrupsiya prokuroru-hüquqşünas və Baş prokuror Kamran Əliyevin doğma bacısı oğlu” kimi təqdim edən Çingiz Əliyev adlı şəxs “məhkəmədə mütləq iştirak etməlisən” deməklə məni aldadaraq 11.11.2020-ci il tarixdə Rusiyadan Bakı şəhərinə gətizdirərək hava limanında özü qarşılayaraq anasının-bacısının evlərində özü və ailə üzvlərinin hamısı yalan vədlər verməklə və hədə-qorxu altında, psixoloji zorakılıq etməklə üç aya yaxın bir müddətdə girov kimi saxlamışlar və sonuncu gün, yəni 29.01.2021-ci il tarixdə gecə “mənzilini alan gəlib” deməklə məni aldadaraq evdən çıxarmış, küçənin qaranlıq yerində Əliyev Çingiz özü və onun tərəfindən əvvəlcədən hadisə yerinə çağrılmış, üzü qara maskalı naməlum şəxs tərəfindən bıçaqla öldürməyə cəhd etmişlər, lakin təsadüf nəticəsində oradan qaçıb sağ qalmışam. Özünü “korrupsiya prokuroru-hüquqşünas və Baş prokuror Kamran Əliyevin doğma bacısı oğlu” kimi təqdim edən Əliyev Çingiz Alı oğlu əslində əvvələr dələduzluq cinayətinə görə məhkum olunmuşdur. Ailə hamısı Ağstafa rayonu sakini olmaqla: atası Əliyev Alı Əli oğlu, anası Əliyeva Arzuyə Vladimir qızı, bacısı Əliyeva Sevinc Alı qızı və onun əri Fərid, digər qohumu Musa Daniyal oğlu AbbasƏlizadə və başqaları həmin mütəşəkkil dəstədır. “Korrupsiya prokuroru-hüquqşünas” Çingiz Əliyevin anası Arzuyə Əliyeva dəfələrlə hamıya deyirdi ki, “baş prokuror Kamran Əliyev mənim doğma qardaşımdır”, hətta bir neçə dəfə yanımda özünü elə aparırdı ki, guya onunla telefonla danışır. 2019-cu ildə isə mənə və oğlum Şöhlət Qurbanova 2.500 manat məbləğində bir ədəd qol saatı aldırmışdı ki, guya bizim adımızdan qardaşı Kamran Əliyevə hədiyyə edəcək. Onun qızı Sevinc də Baş prokuror Kəmran Əliyevin dayısı oımasını dəfələrlə deyirdi. Lakin, məlum oldu ki, bu ailə hamısı dələduzluqla məşgul olur. Çingiz Əliyevin adamı isə Şərur rayonunun Xok kənd sakini Məmmədov Cabbar Məmməd oğludur. Bunu deməyə əsas verən odur ki, 2020-ci ilin avqust-sentyabr aylarında Çingiz Əliyev “dayısı baş prokurorun”adından bağ evinin tikintisi üçün taxta materialı sifariş vermişdi və Teymur Qurbanov Rusiyadan Bakı şəhərinə Çingiz Əliyevin adına yolladığı taxta materialları vaqonlarını və sənədləri Cabbar Məmmədov qəbul etmişdir. Bu isə onların bir olduqlarının birbaşa sübutu deyilmi? Həyat yoldaşım Teymur Qurbanov RF-nın Perm vilayətinin Solikamsk şəhərində meşə ağaclarının emalı, taxta istehsalı-satışı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Çalışdığı sahədə böyük uğurlara nail olmaqla, rəhbərlik etdiyi kollektivlərin çoxsaylı üzvlərinin öz zəhmətləri hesabına, düzgün-doğru yolla yüksək qazanc əldə etmələrinə şərait yaratmışdır. Solikamsk şəhərinin və eləcə də Perm vilayətinin rəhbərliyinin, ictimaiyyətin rəğbətini qazanmış, öz həmkarları arasında isə işgüzarlığı ilə bərabər həm də etibar, inam və sözünə əməl edən bir iş adamı kimi tanınmışdır. Ailədə hamımız İslam dinini öz həyatımızın başlıca amalı kimi rəhbər tutaraq ibadətlə məşğul oluruq, Həcc ziyarəti bizə də nəsib olmuşdur. Yaşam tərzimiz yüksək mənəviyyat, təmiz əxlaq, mədəniyyət, halal zəhmət, insanlara inam, cəmiyyətə hörmətlə bərabər, həm də qəlblərimiz daim Vətənimiz Azərbaycanla döyünür, el-obamız, qohun-əqraba ilə daimi əlaqə saxlayırıq və imkanlarımız daxilində xeyriyyəçilk də edirik. Bütün bunlara rəğmən, sadəlövhlüyümüzdən yox, dövlət qulluğunda yüksək məmur vəzifələrində çalışan, özlərini mötəbər insan kimi təqdim edən, hətta “Həcc ziyərtində olmuşuq” deməklərinə inandığımız üçün ailəmiz belə bir dəstə ilə üz-üzə qalmşdır. Səbəb isə, vaxtı ilə Bakı şəhərində toy məclisində olan zaman, əvvələr bizimlə tanış olan Məmmədov Cabbarın bizi Daxili İşlər Nazirliyində yüksək vəzifə tutan Rahib Mirzəyev adlı qohumu ilə tanış etməsi, səhərisi günü isə ailəlikcə qonaq dəvət edib daha da yaxından tanış olaraq inam yaratmaları olmuşdur. Belə ki, Rahib Mirzəyev “Avropa bankında özünə məxsus olan iki miyon avro məblğdə pulun saxladığını və taxta alverinə qoşulmaq arzusunu” bildirərək, onunla şərikli işbirliyi qurmağı təkidlə təklif etdi. Hətta onların arvadları da söhbətə qoşularaq bizə razılaşmağı təkid edirdilər. Həyat yoldaşım Teymur Qurbanov təkliflə razılaşdı və vaqonlarala taxta materiallarını Azərbaycana - Cabbar Məmmədovla Rahib Mirzəyevə yollayırdı. Qəbul etdikləri materialın pulunu bir müdət ödədikdən sonra isə, “bankda problem var” deyə ödənişi ləngidib Teymuru inandıran Cabbar Məmmədov, əlavə tələb də irəli sürdü, yəni bildirdi ki, bizim Bakı şəhərində olan üç mənzilimizi “iki milyon avronun zəmanəti kimi” Rahib Mirzəyevə “etibarnamə ilə müvəqqəti girovda saxlamaq üçün” verməliyik. Tələbi tam yerinə yetirdik. Lakin sonradan məlum oldu ki, əslində verdiyimiz etibarnamələr ilə qanuni alqı-satqı edərək, hər üç mənzili əlimizdən alıb mənimsəmişlər. Həmin bu fırıldaqçı dəstənin himayədarlarından biri də Cabbarın oğlu Kənan (ya Sənan) Məmmədov da DİN-də polis rəisidir. Nizami rayonu, Özbəkistan küçəsində yerləşən mənzilimizdə boş qalmaması üçün qohumlarımız yaşayırdı. Rahib Mirzəyevin “girovluq zəmanəti” adı altında əlimizdən çıxartdığı mənzildə yaşayan qohumların evdən çıxarılmasında məhz Cabbarın oğlu - polis rəisi Kənan (ya Sənan) Məmmədov özü rəhbərlik etmişdi. Bundan başqa, tezliklə “Avropa bankından iki milyon avronu alıb yollayacağıq” deməklə Teymuru inandırmağa davam edən Cabbar Məmmədovla Rahib Mirzəyev ona “yenə də taxta yolla ki, monopoliya yaradıb Bakını ələ alacağıq” deyərək taxta göndərməyi tələb edirdilər. Rahib Mirzəyevin özünün və qardaşı general Sahib Mirzəyevin, o cümlədən Cabbar Məmmədovun oğlu Kənan (ya Sənan) Məmmədovun Daxili İşlər Nazirliyində yüksək vəzifələr tutmalarına, bizi ailəliklə evlərində qonaq saxlamalarına, hamısının “həcc ziyarətində” olduqlarına görə, dəfələrlə ciddicəhdlə “Allaha-Qurana, çörəyə”, övladlarının canlarına and içdiklərinə görə onlara inanan Teymur özündən başqa, Solikamsk şəhərindəki bir çox sahibkarlardan pulunu tezliklə ödəmək şərti ilə külli miqdarda taxta materiallarını nisyə alaraq vaqonlarla Bakı şəhərinə Rahib Mirzəyevlə Cabbar Məmmədova yollamışdır. Lakin onlar pulları göndərmədikləri üçün, Teymur taxta göndərişini dayandırdı və bildirdi ki, göndərdiyi materialların dəyərini tam ödəməyincə göndərməyəcək. Teymurun bu hərəkətindən hiddətlənən Cabbar Məmmədov və narazı qalan Rahib Mirzəyev əvvəlcə öz adamları Pənahov Tariyel Həsən oğlunu sonra isə Elnuru Teymurun üstünə “razborka” eləməyə göndərib ona hədə qorxu-gəlirlər. Lakin bunun Teymura təsir etmədiyini bilən Cabbar Məmmədov özü Teymurla danışıb hədə-qorxu gələrək deyir ki, Rahib və Sahib Mirzəyev qardaşları “sənin bu imtina hərəkətlərini cavabsız qoymayacaqlar, onlar ölkə rəhbərliyinin nəzərində böyük nüfuza malikdirlər və “kəsdikləri başa sorğu-sual yoxdur”, ona görə də Bakıya gəldiyin halda səni “hava limanında qarşılatdırıb üstündən ya silah, ya da narkotik aşkar edəcəklər”. Cabbar Məmmədovun davamlı hədə-qorxulardan “nəticə çıxarmadığına görə” Teymurun Bakı şəhərində yaşayan qohum-əqrabasına hücumlartəzyiqlər etməyə başlayırlar. Rahib Mirzəyev Teymurun qohumu Salman Bayramovu dəfələrlə işdən çıxartdırır, polisə gətizdirib hədə-qorxu gəlməklə “Teymuru məcbur edəcəklərini, hətta Permə gedib yerində cəzalandıracaqlarını” bildirirlər. Həmin bu mütəşəkkil dəstə bir neçə il ərzində, həyat yoldaşım Teymur Qurbanovla mənim təxminən 3 000 000 (üç milyon) ABŞ dolları məbləğdə qiymətləndirilən özümüzə məxsus və digər sahibkarlardan götürüb onlara göndərilmiş taxta materiallarını, Bakı şəhərində bizə məxsus bir neçə mənzilləri və böyük məbləğdə nəğd pullarımızı fırıldaqçılıqla əlimizdən alıb mənimsəmişlər. Bu şəxslərin göstərdiyim əməlləri nəticəsində yaranmış böyük məbləğdə dövlətə vergi borcunu tam ödəyə bilmədiyi üçün həyat yoldaşım Teymur Qurbanovun bir sahibkar kimi RF-dan çıxışına qadağa qoyulmuşdur və bu səbəbə o, uzun müddətdir ki, “ev dustağı” vəziyyətinə düşdüyünə görə, özü şikayət etmək üçün Azərbaycana gələ bilmir. Əvəzində mən bir neçə dəfə Bakı şəhərinə gəlib müxtəlif ali dövlət orqanlarına şikayət etməyə cəhd etsəm də, şikayətinin polis işçiləri barədə olduğu bilən kimi, məni Daxili İşlər Nazirlıiyinə yönəldirlər. DİN-də isə nazir Vilayət Eyvazovun qəbuluna yazılanda, şikayətimin pois rəisləri Sahib, Rahib Mirzəyevlərdən, Kənan (ya Sənan) Cabbar oğlu Məmmədovdan olduğunu bilən kimi “qəbul otağını rəisi Aybəniz” adlı şəxs dəfələrlə müxtəlif bəhanələrlə məni qəbuldan uzaqlaşdırıb evə yola salıb. Sonuncu dəfə, 2019-cu ildə növbəti dəfə nazir Vilayət Eyvazovun qəbuluna düşmək istərkən, qəbul otağının qapısında mənə yaxınlaşıb özünü “korrupsiya prokurorluğun hüquqşünası” kimi təqdim edən və “probleminizi bilirəm” deyərək, kömək etmək məqsədi ilə yaxınlaşdığını deyən, az sonra isə, özünün “baş prokuror Kamran Əliyevin doğma bacısı oğlu” olduğunu və bütün işləri “məlimin köməyi ilə yoluna qoyacam” deyib, məni DİN-ə qəbula düşməkdən uzaqlaşdıran Əliyev Çingiz Alı oğlunun da Sahib və Rahib Mirzəyevlərin və Cabbarın adamı olduğunu mən sonradan başa düşdüm.
Keçmiş MTN naziri Eldar Mahmudov çetesinin ölkədə tüğyan edib insanlara qan uddurduğu bir dövrə təsadüf edən vaxtda bizim barəmizdə belə bir çirkin əməllər törətmiş dəstənin hal-hazırda da öz qanunazidd əməllərini davam etdirməsi heç də təkcə təəssüf hissi yaratmır. Həmin dövlət məmurları vəzifənin hansı mərtəbəsinə yüksəlmiş olsalar da, daxilən cılız olan bu məxluqların, mənə - vaxtı ilə, yəni 19-21 yaşında olarkən Ağdamda Hərbi Səhra hospitalında cərahhiyyə üzrə tibb bacısı kimi, erməni gülləsindən yaralanmış döyüşçülərimizə yardım edərkən başdan ayağa qan içində ölüm-dirimlə çarpışan bir qadına qarşı bu dələduz yığıncağının belə bir iyrənc əməlləri mənfur ermənilərin xislətindəndən də betərdir. Əlbəttə ki, mən bu sözləri heç də məmuniyyətlə ifadə etmirəm, ancaq nə edək ki, həqiqəti gizlətmək də olmur.
Hörmətli Prezident, Sizin - Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın rəhbərliyi altında sadə vətəndaşlar Vətən müharibəsində mənfur düşmənlə mübarizədə canlarından keçdikləri bir dövrdə, dövlətin ən mötəbər hüquqmühafizə qurumlarından biri olan Daxili İşlər Nazirliyində öz vəzifələri ilə cəmiyyət qarşısında qürrələnən bəzi məmurların bizim - vaxtı ilə ermənilərin təcavüzü nəticəsində yurdundan didərgin düşmuş insanların köməksiz vəziyyətindən riyakarlıqla istifadə edərək, Vətəndən uzaqlarda şaxtadapalçıqda min-bir əziyyətlə qazandığımız pullarımızı, əmlakımızı mənimsədiklərinə görə ifşa olunmasında, ümidvarıq ki, Sizin köməkliyinizlə müraciətimizə diqqət yetiriləcək, həyat yoldaşım Qurbanov Teymur Qurban oğluna və mənə qarşı edilmiş qanunazidd əməlləri törədən şəxslər cəzalandırılacaq və haqq-ədalət bərpa olunacaqdır. Göstərdiyim şəxslərin telefon danışıqlarının səs yazıları, SMS-ləri, foto-video görüntüləri, pul-mal göndərişi qəbzləri və digər sənədlərsübutlar var, istənilən anda təqdim olunacaq. Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildiririk !
Hörmətlə, ________ Qurbanova Elyana Şöhlət qızı
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 2024 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 2024 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- 25 il əvvəl bu gün: Primakovun təyyarəsi okeanın üstündən niyə geri qayıdıb?
25 mart 2024 00:29
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
- İlham Əliyev Putinə zəng etdi
24 mart 2024 20:37
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06