Rövşən Cavadovun oğlu Laçın
Müsahibə20 mart 2021 01:51
“Mahir Cavadova mənə qarşı o ittihamlarına görə cavab verməyi lazım bilmədim – onu öz vicdanının mühakiməsinə buraxdım...”
“Axı Rövşən Cavadovla mənim çox yaxın münasibətlərim olub, ailələrimiz də biri-birini tanıyıb...”
AMİP lideri Etibar Məmmədov Moderator.az-a müsahibəsində 1995-ci il Mart hadisələrinə münasibətindən, həmin olaylar zamanı qardaş qırğınının baş verməsində maraqlı olan qüvvələrdən, 1990-cı il 20 Yanvar qətliamı, 1992-ci ildə Laçının işğalı ərəfəsində və s. keçmiş “OMON” komandiri Rövşən Cavadovla birgə olduğu məqamlardan, Mart hadisələrindən sonra mərhum polkovnikin oğlu Laçın Cavadovla İstanbuldakı görüşündən və s. bəhs edib.
(Əvvəli burada: //moderator.az/musahibe/369541/cavadova-dedim-ki-ikisinden-birini-sec-ya-din-deki-vezifende-qal-ya-da-siyasetle-mesul-ol/ )
-Etibar bəy, sizcə, nədən 1994-cü ilin oktyabrında Rövşən Cavadov və “OMON”la bağlı hadisələri qansız başa vurmaq oldu, amma 1995-ci ilin martında bu alınmadı?
- Bilirsiz, 1994-cü ildə siyasi situasiya xeyli fərqli idi. O zaman mən də “OMON”un qərargahına gedib Rövşən Cavadovla görüşdüm. Eyni zamanda Prezident Heydər Əliyevlə də görüşdüm. Hər ikisinə öz fikirlərimi bildirdim. O vaxt bir sıra digər siyasətçilərlə yanaşı, nüfuzlu ağsaqqallar da məsələyə müdaxilə etdi və nəticədə məsələni dinc yolla həll etmək mümkün oldu. Ancaq təəssüf ki, ondan sonrakı proseslər hamımızın istədiyi istiqamətdə getmədi. Bu da konfliktin daha da dərinləşməsinə səbəb oldu. Və nəticədə Mart hadisələri böyük faciə ilə nəticələndi; onlarla gəncimiz həlak oldu və yaralandı, “OMON” döyüşçülərinin böyük bir hissəsi həbsə atıldı və indiyədək həbsdə qalanlar da var...
- Mart hadisələri ərəfəsində deyəsən, Rövşən Cavadovla görüşməmişdiniz?
-Bəli, təəssüf ki, o zaman onunla görüşümüz alınmadı. Bilirsiz, 1995-ci ilin martında kənar qüvvələrin də müdaxiləsi konflikti, ziddiyyətləri son dərəcədə dərinləşdirmişdi. Və həmin prosesin qanla nəticələnməsinə çalışan kifayət qədər xarici və daxili güclər var idi. Rövşən Cavadovun ətrafında ona düzgün məsləhət verən adamların kənarlaşdırılması istiqamətində də təxribatlar aparılırdı. Yəni xarici kəşfiyyat qurumları da iştirak edirdi, daxili siyasi qüvvələr də... Bir sözlə, çox qəliz bir durum yaranmışdı. Və bütün bunların nəticəsində qardaş qanı tökülməsində maraqlı qüvvələr öz məqsədlərinə nail oldular...
- Konkret olaraq deyə bilərsizmi, hansı xarici ölkələr, hansı daxili güclər 1995-ci ilin martında Azərbaycanda qan tökülməsində maraqlı idi?
-Yox, mən konkret ad çəkmək istəmirəm. Amma xarici müdaxilə var idi... Bu işdə də Rövşən Cavadovun nüfuzundan və gücündən yararlanmağa cəhdlər yer alırdı. Həmin cəhdlər də Rövşənin özü üçün də, “OMON” üçün də, bütövlükdə Azərbaycan xalqı üçün də fəlakətə gətirib çıxardı...
-Amma yəqin ki, bəhs edilən xarici gücləri hakmiyyətin daxilindən də dəstəkləyənlər var idi?
-Bəli, hakimiyyətin içərisindən də, müxalifətin arasında da həmin gücləri dəstəkləyənlər var idi. Yəni çox xoşagəlməz bir vəziyyət yaranmışdı. Yaxşı ki, sonradan həmin güclər kənarlaşdırıla bildi. Ancaq indiyədək də səslərini kəsməyiblər, hələ də danışırlar...
-1995-ci il Mart hadisələrindən sonra lideri olduğunuz partiya və ayrıca özünüz həmin olaylara necə qiymət vermişdiniz?
-Bəli, partiyamız tərəfindən siyasi qiymət verilmişdi. Ondan sonra özüm də Milli Məclisdə fikrimi bildirdim. Dedim ki, “OMON” ətrafında baş verən əməliyyat zamanı hökumət qüvvələri tərəfindən qanun pozuntularına da yol verilib. Qarşı tərəfdən ağ bayraq qaldırıldıqdan sonra atəş açılmamalıydı. Həmin atəş nəticəsində həlak olanlar da olub və bunların günahkarları müəyyənləşdirilməlidir... Yəni burada biri-birinə qarşı qəddar düşmən kimi baxmağa da əsas yox idi. Odur ki, Mart hadisələri zamanı məhz qan tökülməsinə çalışanların da müəyyənləşməsinə ehtiyac var idi... Bir sözlə, az qanla və ya ümumiyyətlə, qansız, dinc yolla da bu məsələni həll etmək və günahkarları cəzalandırmaq da olardı...
- Səhv etmirəmsə, 1999-cu ildə Rövşən Cavadovun qardaşı Mahir Cavadov mediaya müsahibəsində sizin haqqınızda müəyyən ziddiyyətli fikirlər söyləmişdi... Guya mərhum Rövşən Cavadovun oğlu rəhmətlik Laçın Cavadov mart hadisələrindən, atasının ölümündən sonra təhsil aldığı ABŞ-dan Türkiyəyə gəlib. Və buradan sizi göndəriblər onu təqib etməyə... Nə baş vermişdi? Siz doğrudanmı həmin vaxt Türkiyədə idiniz?
-Bilirsiz, o, çox nalayiq və yersiz bir fikir idi mənim barəmdə. O zaman heç buna görə Mahir Cavadova cavab verməyi də lazım bilmədim. Çünki rəhmətlik Rövşən Cavadovun həyat yoldaşı da, Laçının dayısı da həmin hadisələrin əslindən xəbərdar idilər və mən gözəyirdim ki, bu adam, heç olmasa, nə danışdığının məsuliyyətini hiss edəcək...
Amma doğrudan da mən 1995-ci il aprel ayının əvvəlində müəyyən siyasi məsələlərlə bağlı İstanbula getmişdim. Və orada olarkən Türkiyədəki dostlarımız xəbər verdilər ki, hansısa qüvvələr Rövşən Cavadovun oğlu Laçını qaçırtmağa çalışırlar. Yəni bir qrup adamın onu təqib etdiyi məlum oldu. Mənim İstanbuldakı dostlarımı Laçın da tanıyırdı. Və sonra o, mənim orada olduğumu bilib zəng etdi...
- Laçın sizə zəng etdi? Axı Mahir Cavadovun sözlərinə görə, siz Laçına zəng etmisiz?..
- Yox. Laçın mənə zəng etdi və sonra gəldi oteldə görüşdük. Təqib olunduğunu anlatdı. Və mən də dərhal müvafiq rəsmi qurumlara məlumat verərək onun təhlükəsizliyinin təmin olunmasını xahiş etdim. Onun özünə də dedim ki, İstanbul onun üçün təhlükəlidir. Hakimiyyətdə olan-olmayan müəyyən maraqlı qüvvələr ona hər hansı zərər vura bilərlər. Odur ki, məsləhət gördüm, qayıtsın Amerikaya və təhsilini davam elətdirsin... Cavabında Laçın məndən xahiş etdi ki, atamın həlak olmasına görə burada müxtəlif dostlar, qohumlar gəlib görüşüb başsağlığı vermək istəyirlər, ona görə də “40” çıxanadək İstanbulda qalmaq istəyirəm. Mən də bir daha ona həm rəsmi, həm də qeyri-rəsmi şəkildə ciddi mühafizə təşkil etdim ki, həmin müddət ərzində ona dəyib-toxunan olmasın. Sonradan onun ABŞ-a qayıtması üçün biletini də aldım...Və Laçın Rövşən Cavadovun “40”-dək Türkiyədə qaldı, sonra isə qayıdıb Amerikaya getdi...
-Siz Bakıya qayıtdıqdan sonra Laçın Cavadovun doğmaları sizinlə əlaqə saxladımı?
-Bəli, Bakıya qayıtdıqdan sonra Laçın Cavadovun dayısı gəlib mənimlə görüşüb bacısı oğluna belə diqqət göstərməyimə görə təşəkkür etdi. Mən də cavab verdim ki bu, mənim borcum idi, belə etməli idim...
Ancaq 1999-cu Mahir Cavadovun haqqımda bu cür sözlər danışmasına çox təəccübləndim və eyni zamanda təəssüf hissi keçirdim. Bilmədim nə məqsədlə, nəyə görə belə danışdı... Lakin dediyim kimi, o vaxt ona heç bir cavab vermədim. Cavab verməyi də lazım bilmədim. Buraxdım hər şeyi onun öz vicdanının mühakiməsinə... Çünki axı Rövşən Cavadovla mənim çox yaxın münasibətlərim olub, ailələrimiz də biri-birini tanıyıb... Odur ki, mənə qarşı belə ittihamların heç bir əsası da yox idi və ola da bilməzdi...

Oxşar xəbərlər
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
1 mart 2026 13:56
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
