“Oğlum Səfər Mehdiyevin şəxsi dustağıdır”
“Qüdrət Həsənquliyevin bacısı oğlu vasitəsilə plan qurub övladımı şərlədilər”
Dövlət Gömrük Komitəsində vəzifə alandan 5 gün sonra həbs olunan Natiq İmanovun 10 gündür ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirir.
Bu barədə Meydan TV-yə anası Aygün İmanova məlumat verib. O bildirib ki, Natiq İmanov qanunsuz həbsi olunması ilə bağlı ölkə başçısına, Baş prokuror Kamran Əliyevə və aidiyyəti qurumlara müraciət edib, lakin onun müraciətinə cavab verilməyib. Bundan sonra o, quru aclıq aksiyasına başlayıb. İmanovun anası deyir ki, Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev oğlunu öz çirkin əməllərinə qurban verib. Aygün İmanovanın sözlərinə görə, oğlunu şərləyən Gömrük Komitəsinin əməkdaşı, deputat Qüdrət Həsənquliyevin bacısı oğlu Rafael Əhmədovdur: “Bu həbsi planlı şəkildə həyata keçiriblər. Səfər Mehdiyevə özünü yoxlamalardan sığortalamaq üçün bir qurban lazım idi, ona görə də 5 gün idi ki, vəzifəyə təyin olunan oğlumu şərlədi. Sonra da Qüdrətin bacısı oğlu Rafael Əhmədovu onun üzünə saxladılar. Mənim oğlum necə rüşvət ala bilər ki, ailəsi iki körpə uşaqla hələ də kirayədə yaşayır. Həyat yoldaşım Tofiq İmanov 2-ci qrup Çernobl əlilidir, mən evdar qadınam, bir ailəni necə sahibsiz qoya bilirlər? Qoy bütün Azərbaycan xalqı bilsin ki, oğlum və ailəsi Səfər Mehdiyevin şəxsi dustağıdır”. Natiq İmanov Məhkumun anası bildirib ki, 3 gün öncə Ombudsman aparatının əməkdaşları da aclıq aksiyası keçirən Natiq İmanova baş çəkiblər: “Natiqlə danışmışıq. Quru aclıq aksiyası keçirir. Hazırda çəkisi 58 kq düşüb. Təzyiqi isə 180-dir. Balamı şərləyib həbsxanada öldürmək istəyirlər”.
Natiq İmanovun vəkili Elçin Sadıqov da Meydan TV-yə onun aclıq aksiyası keçirdiyini təsdiqləyib. O bildirib ki, İmanov qanunsuz həbsinə etiraz olaraq belə bir aksiyaya qərar verib: “Səhhəti acınacaqlı durumdadır və cəzaçəkmə müəssisəsində həbsini davam etdirməsinə uyğun deyil. Ümumiyyətlə, həbsi qanunsuzdur və azadlığa buraxılmalıdır”. Ailəsi deyir ki, 36 yaşlı Natiq İmanov Bakıda doğulub, 2001-ci ildə yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub, Prezident təqaüdü ilə təltif edilib. Həmin universitetin bakalavr və magistr pillələrini bitirərək 2006-cı ildən etibarən Dövlət Gömrük Komitəsində (DGK) xidmət edib. Rəhbərlik tərəfindən təşəkkür, fəxri fərmanlarla, xüsusi rütbələrlə və nəhayət, 2016-cı ildə “10 illik qüsursuz xidmətə görə döş nişanı” ilə təltif olunub. Natiq İmanov isə ictimaiyyətə ünvanladığı müraciətdə deyir ki, yaxşı təhsil alıb, öz işində peşəkarlığıyla seçilib, 12 il çalışıb və 2018-ci ilin 6 sentyabrında Dövlət Gömrük Komitəsində keçirilmiş struktur və kadr islahatları zamanı Komitə sədri Səfər Mehdiyevin əmri ilə maliyyə şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Cəmi 5 gün bu vəzifəni icra edən Natiq İmanov Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxslərin qanunsuz hərəkərlərə görə rüşvət alması) maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. Natiq İmanov həmçinin qeyd edib ki, Dövlət Gömrük Komitəsində (DGK) xidməti fəaliyyətim dövründə həyat yoldaşı və 2 azyaşlı uşağı kirayədə yaşayıb. Tələbəlik illərində atası tərəfindən hədiyyə edilmiş “VAZ 2107” markalı avtomobildən başqa heç bir mülkiyyəti olmayıb. Cinayət materiallarından məlum olur ki, DGK-nın Əməliyyat İdarəsinin rəis müavini vəzifəsinə yeni təyin olunmuş Rafael Əhmədov və dostu Mansur Zeynalov Natiq İmanovun həbs olunmasında əsas şahiddirlər. Şahid ifadələri Natiq İmanovun rüşvət aldığını təsdiqləsə də, təqsirləndirilən şəxs əksini söyləyir. İfadəsindən belə məlum olur ki, iş yoldaşı kimi yaxın münasibəti olduğu Mansur Zeynalov ona zəng edərək görüşmək istədiyini deyib. Görüşdə isə rayona gedəcəyini bildirib və şəxsi pulunu ona əmanət edib. Natiq İmanov da həmin pulla yaxalanıb. Sonradan müdafiə tərəfi Rafael Əhmədovla Mansur Zeynalovun birgə planı nəticəsində əməliyyatın həyata keçirildiyi qənaətinə gəlib. Məsələ ilə bağlı Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Prezident ailə üzvləri ilə Xocavənd və Xocalıya səfər edib
25 fevral 2026 18:53
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 2026 10:50
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
