“O, çox təkid etdi və mərhum atamdan dəfələrlə bunu xahiş etmişdi”
“Bəli, Fransa separatçıların tərəfində idi və bu, həqiqətdir. Müharibə zamanı bir neçə dəfə bu barədə açıq fikirlərimi bildirmişdim və bu, əlbəttə ki, qeyri-münasib idi”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında deyib.
Dövlət başçısı çıxışına belə davam edib:
“Çünki bir çoxlarınız yəqin bilmirsiniz, amma mən Fransanın Minsk qrupunun necə həmsədrinə çevrildiyinə dair tarixçəni sizin diqqətinizə çatdırım. Fransa heç də əvvəldən Minsk qrupunun həmsədri deyildi. Fransa Prezidenti Şirakın xahişi ilə Minsk qrupunun həmsədri oldu. O, çox təkid etdi və mərhum atamdan dəfələrlə bunu xahiş etmişdi. Mənim mərhum Prezident Şirakla bir çox görüşlərimdə o da mənə eyni tarixçəni, atamı Fransanın Minsk qrupunun həmsədri olması üçün necə inandırdığına dair danışırdı. Deyirdi ki, Sizin atanız buna etiraz edirdi və açıq şəkildə “xeyr” deyirdi və bildirirdi ki, bizim şəxsinizə qarşı heç bir iddiamız yoxdur, lakin sizin çox güclü erməni diasporunuz var və bu diaspor sizin qərar qəbuletmə prosesinizə təsir edəcək, siz nəticədə Ermənistanın tərəfində olacaqsınız. Prezident Şirak onu inandırdı və vəd etdi ki, belə olmayacaq, Fransa bitərəf olacaq və ondan sonra atam razılığını verdi. Razılığını verməsəydi, Fransa orada olmayacaqdı. Bu əhvalatdan bixəbər olan bəzi fransız siyasətçilər üçün bir xatırlatmadır.
Sizə deyim ki, Fransa ilə yaxın əməkdaşlığımızın bütün müddəti ərzində bu bitərəflik və qərəzsizlik təmin olunurdu. Müxtəlif bitərəflik səviyyələrində, hətta onu da deyə bilərəm ki, Prezident Oland aprelin 24-ü Ermənistanda mərasimdə iştirak edərkən, eyni gün o, təyyarə ilə Bakıya gəlmişdi. Mən həmin zaman Prezident Ərdoğanla Çanakkalada Çanakkala zəfərinin ildönümündə idim və elə alındı ki, mən Bakıya Prezident Olanddan daha sonra gəlib çatdım. O, məndən əvvəl Bakıya gəldi və biz növbəti gün səhər görüşdük. Mən o hadisəni çox yüksək qiymətləndirirəm, bu günə kimi. Mən o hadisəni, Minsk qrupunun həmsədri olan bir siyasətçinin, dövlət xadiminin, məsuliyyətli bir şəxsin davranış əlaməti kimi görürəm. O, aydın başa düşürdü ki, Ermənistana bu münasibətlə səfər edirsə, o, Azərbaycana gəlib bizə öz ehtiramını göstərməsə, tarazlı və bitərəf davranmasa, bu, Azərbaycanda olduqca qeyri-populyar hərəkət kimi qarşılanacaq. Əfsuslar olsun ki, bu diplomatik təcrübə müharibə zamanı və hətta ondan əvvəl itirilmişdi. Hətta müharibədən əvvəl.
Fransa tərəfindən Ermənistan və Azərbaycan barədə tarazlaşdırılmamış yanaşma təkcə müharibə zamanı deyildi. Müharibədən əvvəl də belə idi. Bunun üçün bir çox göstəricilər var, sizin vaxtınızı çox almaq istəmirəm. Müharibə zamanı baş verənlər tamamilə qəribə idi və təəssüf ki, olanlar oldu. Bu, bizim planlarımızı dayandırdımı? Xeyr. Onlar bizim iradəmizə təsir edə bildilərmi? Xeyr. Bu, yanlış hesablama idi.
Mən açıq danışmaq istəyirəm. Böyük ölkələr bəzən bəzi başqa ölkələr haqqında dediklərinin dərhal icra olunmasına alışıblar. Onlar buna adət ediblər. Bu, pis vərdişdir. Onlar bu pis vərdişi atmalıdırlar. Bu, siqaret çəkmək kimidir, siz buna aludə olursunuz. Kimsə sizin istədiyinizi və ya sizin dediyinizi deməyəndə onların qəzəbi onları narahat edir. Müharibə zamanı mənə deyilənlərin heç biri, yəni durdurmaq, artıq azad edilmiş əraziləri geri qaytarmaqla bağlı sözlərin heç biri yerinə yetirilməmişdir. Lakin müharibədən sonra vəziyyət dəyişdi. Fransadan nümayəndə heyətləri, mesajlar gəlmişdir, münasibətlərin normallaşdırılması ilə bağlı təkliflər var idi. Mən münasibətlərimizdə heç bir səhv etmədiyimizi deyirdim. Biz həmişə əməkdaşlığa sadiq idik. Lakin olanlar oldu”.
- Rasim Tağıyevin oğlu həbs edildi
1 may 2024 15:18
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 2024 21:40
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 2024 12:00
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 2024 10:46
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 2024 18:15
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 2024 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 2024 12:24
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 2024 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 2024 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 2024 14:30
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
01 may 15:24
- Rasim Tağıyevin oğlu həbs edildi
01 may 15:18
- 100 uşağı öldürən həkimin Azərbaycanda gizli əməlləri - VİDEO
01 may 11:53
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
01 may 11:45
- Nəcməddin Sadıqovun həbsinə HAZIRLIQ BAŞLADI!
01 may 09:37
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33
- Mehriban Əliyevadan Ülviyyəyə təbrik - Səninlə fəxr edirəm!
29 aprel 23:27
- Anar Məmmədli saxlanıldı
29 aprel 18:29
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 18:15
- Onlar nazir müavini təyin edildilər
29 aprel 18:09
- Yeni icra başçısı Ovni Muradov kimdir?
29 aprel 17:58
- Prezident qəbul keçirdi
29 aprel 11:01
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50