“Eldar Mahmudovun həbsi qaçılmazdır”
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı qeyri-müəyyənlik arxa plana keçmək üzrədir. 2015-ci ilin oktyabrında, parlament seçkilərinə 2 həftə qalmış vəzifəsindən qəfil alınan Eldar Mahmudovun taleyi bir neçə dəfə çox ciddi şəkildə müzakirə mövzusu olub. Bu günə qədər sabiq nazirin həbs ediləcəyi ilə bağlı xeyli məlumat yayılıb. Eldar Mahmudovun hələ “MTN işi”nin ilk günlərində dövlət çevrilişinə hazırlaşdığı barədə iddialar yayılmışdı. Onun bu səbəbdən işdən çıxarıldığı və komandasının zərərsizləşdirildiyi deyilirdi. Bu iddiaların heç biri rəsmi şəkildə təkzib olunmayıb.
Onun azadlıqda qalması istər ictimaiyyətdə, istərsə də hakimiyyət daxilində ciddi narazılıq yaradıb. İctimaiyyət, xüsusən də bu və ya digər şəkildə yolu “mahmudovçularla” kəsişmiş sahibkarlar, məmurlar onun cəzasız qalmasını özlərinə təhlükə olaraq hiss etməkdədirlər. Eldar Mahmudovun həbsə aldığı Səid Dadaşbəyli və onunla birgə həbs edilənlər də bu sıradadır. Dadaşbəyli hazırda Eldar Mahmudova qarşı şikayət hazırladığını açıqlayıb. Hakimiyyətdə də bunu bilməmiş deyillər. Üstəlik, böyük bir güc nazirliyini rüşvət və korrupsiya yuvasına çevirmiş, dövlətin onurğa sütununa zərbə vurmuş bir nazirin azadlıqda qalması ilk növbədə dövlətin ziyanına işləyən amildir. 2017-ci ilin noyabrında Eldar Mahmudovun saxlanılmasına cəhd oldu. Onu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə bir neçə dəfə çağırdılar.
Məlum oldu ki, Eldar Mahmudovu cinayət işi üzrə dindiriblər. Bu dindirmədən əvvəl isə MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudovu həbs etmişdilər. Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğlu olmaqla bərabər onun köməkçisi olaraq sahibkarlardan aylıq toplanan xəracın bank hesablarına yerləşdirilməsi ilə məşğul olan biri kimi ad çıxarıb. Sonradan Vüqar Mahmudov həbsdən azad edildi. Bundan sonra hər kəsdə əminlik vardı ki, bir daha Eldar Mahmudov mövzusu gündəmə gəlməyəcək. Amma aprelin əvvəlində Eldar Mahmudovun komandasının ən önəmli fiqurları, sabiq idarə rəisləri, generallar Mövlam Şıxəliyev və Nizami Şirinov Cinayət Məcəlləsinin ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə, sübutları saxtalaşdırma, ağırlaşdırıcı hallarda rüşvət alma, ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham edilib qandallandılar.
Bundan sonra sabiq MTN şefinin başı üzərindəki qara buludlarının asanlıqla çəkilməyəcəyinə yəqinlik yaranıb. Artıq məlumatlar var ki, Eldar Mahmudov nəzarətə alınıb, hərəkət trayektoriyası məhdudlaşdırılıb. Generallarının bu dəfə onu ələ verəcəkləri istisna deyil. Çünki bir neçə il sonra yenilənmiş istintaq yalnız iki generalın həbsi ilə məhdudlaşmaya bilər.
“Qafqazinfo” xəbər verir ki, Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, Eldar Mahmudovun həbsi üçün əsaslar illərdir ki, ortadadır: “Yəni onun ən yaxın çevrəsinə daxil olan 2 generalın həbsinə qədər də, 2015-ci ildə də istintaqa cəlb etmək mümkün idi. İndiki halda həbs edilən hər iki general, xüsusilə İstintaq Baş İdarəsinin rəisi ”açar fiqur"dur. Siyasi qərar varsa, Eldar Mahmudovun həbsi qaçılmazdır".
Ekspert deyir ki, Eldar Mahmudovun və onun komandasına daxil olan şəxslərin həbsində istintaq müddətinin bitməsi o dərəcədə əhəmiyyətli deyil: “Azərbaycanda 5-10 il əvvəl baş verən, istintaqa cəlbetmə müddəti bitən cinayətlər olub ki, belə işlər üzrə şəxsləri həbs ediblər. General Rövşən Əkbərovu 20 il əvvəl törətdiyi cinayətə görə həbs etdilər. Eldar Mahmudovla bağlı da proses məntiqi sonluğuna doğru gedir”.
Ekspert Səid Dadaşbəyli və onunla birgə məhkum edilən şəxslərin müraciətləri əsasında da Eldar Mahmudova qarşı ittihamı irəli sürülməsini istisna etmədi: “Belə bir şikayət-müraciət olarsa, Hərbi Prokurorluq Eldar Mahmudova qarşı cinayət işi başlaya bilər. Cinayət işini ona görə Hərbi Prokurorluq aparmalıdır ki, bu adamlar həmin işləri edəndə hərbçi olublar. Səid Dadaşbəylinin mətbuat üzərindən müraciətləri ilə yanaşı rəsmi qaydada şikayətləri də olmalıdır. Düzdür, KİV-də gedən materiallara istinad edib araşdırma apara, cinayət işi başlaya bilərlər”.
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 2026 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 2026 19:04
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
