Baş həkim XƏSTƏləri PULLA SATIR ŞOK
Respublika Perinatal Mərkəzinin (RPM) baş həkimi vəzifələrini icra edən Məryəm Rzayevanın səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz işlər gördüyü iddia olunur.
Bu şikayətlə "Qafqazinfo"ya Mərkəzin həkim kollektivi müraciət edib.
Müraciətdə qeyd olunub ki, Məryəm Rzayeva RPM-də monopoliya yaradaraq, Mərkəzə müraciət edən xəstələri özüylə əlbir olan həkimlərə müəyyən faiz qarşılığında satır:
"Respublika Perinatal Mərkəzində qəbul şöbəsi yoxdur. Qanunla bu olmamalıdır. Bizim mərkəzə müraciət edən xəstələr qeydiyyat şöbəsi tərəfindən aidiyyəti üzrə növbədə olan həkimlərə yönləndirilməlidir. Ancaq Məryəm Rzayeva RPM-in sabiq baş həkimi Sevinc Məmmədovanın dönəmindən qalan qanunsuzluğu davam etdirir. Məsələ burasındadır ki, RPM-də qeyri-qanuni olaraq qəbul şöbəsi yaradılıb. Qanunsuz olaraq yaradılan qəbul şöbəsinə isə nəzarəti Yamən Sultanova edir. Sağlıq ocağına gələn xəstələr Yamən Sultanovanın əliylə monopoliyada yer alan həkimlərə ötürülür. Hamiləliyin müalicəsi ilə müraciət edənlər yalnız Hamiləliyin Patologiya Şöbəsinin müdiri Vəfa Babayevaya, doğuş üçün müraciət edənlər isə həkim Kifayət Əzimovaya müəyyən faiz qarşılığında satılır, ya da Yamən Sultanova onları öz adına yazır. Bu həkimlər növbədə olmayanda da, onlar evdən çağırılıb gətirilir. Xəstələrdən alınan ödənişlərdən də monopoliyanı quran, baş həkim vəzifələrini müvəqqəti icra edən Məryəm Rzayevaya haqq verilir".
Həkimlər iddia edib ki, eyni problem ambulator poliklinka şöbəsində də davam edir:
"Həkimlərin işdə olmasına baxmayaraq, gələn xəstələrə "filan həkim işdə, şəhərdə deyil, o həkimi məsləhət görmürəm. Sizə daha yaxşı həkim verim" deyilərək, yenə hamilə qadınlar monopoliya quran həkimlərə yönləndirilir. Bir sözlə o şöbədə də alver davam edir. İş vaxtı 6 saatdır, amma Yamən Sultanova qeyri-qanuni olaraq 10 saat işdə qalır və öz qanunsuz əməllərini gerçəkləşdirir. Müəyyən pul qarşılığında Kifayət Əzimova üçün də məsul həkim vəzifəsi yaradılıb ki, bu da qanunsuzdur. Ümumiyyətlə, səhiyyə sahəsində "Məsul həkim" məfhumu yoxdur. Belə olan halda xəstələrin doğuşu, əməliyyatı birbaşa onun nəzarətinə keçib. 8 həkim növbədə gözlədiyi halda, Kifayət Əzimova ancaq özü əməliyyatlara girir".
Həkimlərin sözlərinə görə, dəfələrlə məsələ ilə bağlı narazılıqlarını bildirsələr də, qəbul şöbəsinin qanunsuz olması ilə bağlı etiraz etsələr də, bu özbaşınalıq davam edib.
"Yamən Sultanova özünə haqq qazandırmaq üçün dəfələrlə kollektivin içində etiraf edib ki, o, qeyri-qanuni fəaliyyət göstərən qəbul şöbəsində əyləşmək üçün keçmiş baş həkim Sevinc Məmmədovaya 10 min manat pul verib. Son günlərdə dövlətimiz tərəfindən səhiyyə sahəsində baş verən özbaşınalıqlarla bağlı çox ciddi ölçü götürülür. Biz də şəffaflığın təmin olunması üçün bu müraciəti etmək qərarına gəldik". - deyə RPM-in həkim kollektivi bildirib.
Qısa arayış olaraq bildirək ki, 2009-cu ildə istifadəyə verilən Respublika Perinatal Mərkəzinin bundan öncəki direktoru Sevinc Məmmədova olub. O, 2020-ci ilin mayında yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. Məryəm Rzayeva isə əvvəllər mərkəzdə Uşaq Reanimasiya Şöbəsinin müdiri, daha sonra isə direktor müavini olub. Sevinc Məmmədova işdən çıxarıldıqdan sonra, onun vəzifələrini Məryəm Rzayeva icra edib.
Mərkəz bu ilin aprelindən TƏBİB-in tabeliyinə keçdiyi üçün quruma sorğu göndərdik. TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib:
"Məsələ ilə bağlı sözügedən tibb müəssisəsində araşdırma aparılacaq. Eyni zamanda vətəndaşlardan xahiş edirik ki, neqativ hallarla bağlı sübutlar olduğu təqdirdə hüquq mühafizə orqanlarına müraciət etsinlər".
- İsti su içməyin 12 faydası
13 fevral 2026 12:41
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
3 fevral 2026 19:15
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- BİZİM VARİS ... Xalqa xidmət Allaha xidmətdir
29 yanvar 2026 20:42
- Bizimlə donuzdan da pis rəftar edirdilər - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
26 yanvar 2026 11:06
- Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
27 dekabr 2025 17:54
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- Su qan təzyiqə necə təsir edir? - Kardioloqlar cavab verir
26 dekabr 2025 11:30
- Ağsu sakinləri Gülnarə Muxtarovanın qarşıdan gələn bayramlarını TƏBRİK EDİRLƏR...
29 dekabr 2025 17:33
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 2025 11:11
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
