Stalinin Hitlerin intiharına reaksiyası: “Əclafı DİRİ tuta bilmədim"
Məğlubiyyətinin bir addımlığında olanda, Adolf Hitler onu hansı aqibətin gözləyəcəyini dərk edərək bəlkə də ən düzgün yolu seçib – intihar yolunu. Fürer yaxşı anlayıb ki, ələ keçəcəyi təqdirdə İosif Stalinin qisası amansız olacaq. Beləliklə də o, 30 aprel 1945-ci ildə öz qərarını verib.
Maraqlıdır ki, Stalin Hitlerin intihar xəbərini necə qarşılayıb, bu xəbəri ona birinci kim verib?
1945-ci il aprel ayının 30-dan may ayının 1-nə keçən gecə, saat 3-4 radələrində Almaniya ordusu quru qoşunlarının baş qərargah rəisi general Hans Krebs Berlində dislokasiya olunan 8-ci qvardiya ordusunun qərargahına yaxınlaşıb və həmin ordunun komandanı, general Vasili Çuykovla görüş xahiş edib. Çuykov alman “həmkarı” ilə görüşdən imtina etməyib.
Hans Krebs bu görüşdə vasitəçilik missiyasını həyata keçirib, Göbbels və Bormanın tapşırığını yerinə yetirib. Hans Krebs rus dilində danışa bildiyi üçün onu generalın yanına göndəriblər. Onun görüşü iki məqsəd daşıyıb. Birincisi, Adolf Hitlerin ölümü ilə bağlı məlumat vermək, ikincisi sülh danışıqlarının razılığını almaq.

Görüş haqqında Vasili Çuykov öz xatirələrində yazıb:
“Mən Hans Krebsi yaxşı tanıyırdım. O, həm hərbçi idi, həm də hiyləgər diplomat. Məsələlərə özünəməxsus yanaşma tərzi var idi. Onun gecə saat 3-4 radələrində mənim yanıma təşrif buyurması ciddi məsələlərdən xəbər verirdi. İçəri keçən kimi mətləbə keçməzdən əvvəl “mehriban” bir giriş etdi. Artıq may ayının 1-i olduğunu bildirdi, qeyd etdi ki, bu gün bütün xalqlar bayram ovqatındadır. Onun bu bayram girişinə,- “Almaniyanı deyə bilmərəm, amma SSRİ-də böyük bayram təntənəsi var”,- deyə cavab verdim. O, əvvəlcə Hitlerin intihar etməsini şifahi bəyan etdi, sonra əlindəki qovluğu uzadaraq İosif Stalinə ünvanlanan müraciəti mənə verdi və izahata başladı ki, Almaniya sülh danışıqlarına getməyi xahiş edir. Mən dərhal Jukova zəng edib Hans Krebsin gəlişini və söylədiklərini ona məruzə etdim. Jukov dedi ki, mən indi Stalinlə danışacam, xəttə qalmağımı xahiş etdi ki, hər hansı bir sual çıxarsa, telefonda aydınlaşdırılsın”.

Beləliklə, gecədən xeyli keçmiş Jukov Stalinə zəng vurub. Həmin zəngi isə Jukov sonralar belə xatırlayıb:
“Müharibənin son vaxtlarında Stalinlə telefon danışıqlarında o məndən tez-tez soruşurdu ki, Hitler haradadır? Nəhayət ki, bu sualın cavabı tapıldı. Bağ evinə zəng vurdum. Mühafizə rəisi general Vlasik dəstəyi götürdü. Stalinlə danışmaq istədiyimi bildirdim:
-Stalinə məruzə edin ki, onunla danışmalıyam.
-Yoldaş Stalin istirahət edir, onu yuxudan oyada bilmərəm.
-Bu təcilidir!
Bir neçə dəqiqədən sonra xəttin o başından Stalinin yorğun səsi eşidildi:
-Georgi Kanstantinoviç, ümid edirəm ki, zənginizin təcili olması cəbhədəki problemlərlə bağlı deyil.
Mən ona Hitlerin intihar etməsini söylədim. Bir neçə saniyə susub dedi:
-Əclaf çox oynadı, heyf ki, sağ tuta bilmədik.
Daha sonra mən almanların sülh danışığı xahişi haqqında məruzə etdim, cavabı qısa və konkret oldu:
-Heç bir sülh danışığından söhbət gedə bilməz. Yalnız qeyd-şərtsiz kapitulyasiya...”
Bu danışıqlar ərəfəsində Hans Krebs Çuykovun kabinetində gözləyib. Çuykov alman generalına anladıb ki, sülh danışıqları haqqında düşünmək ağılsızlıqdır və bildirib ki, bunu Borman və Göbbelsə çatdırsın. Səhər saatlarında Krebs Çuykovun kabinetini tərk edib. O, hələ ümidlərini tam kəsməyərək, iki dəfə əlcək və çantasının qərargahda qalmasını bəhanə edərək onun yanına qayıdıb. Amma general rütbəli ali alman zabiti anlamayıb ki, milyonların həyatına son qoyan müharibənin müəllifləri bağışlanmayacaq. Daha doğrusu, bunu görüş zamanı anlamayıb.

Hans Krebs sovet hərbçilərinin qərargahından çıxdıqdan sonra Hitlerin sahibsiz qalan bunkerinə qayıdıb. O, görüşdə olan söhbətləri heç kimə danışmadan tapançasını ürəyinə tuşlayaraq özünü güllələyib.
İki gündən sonra isə bir-birinin ardınca intihar edən Almaniyanın siyasi və hərbi elitası haqqında alman radiosu məlumat yayıb: “Almaniya xalqının lideri Adolf Hitler əlinə silah alaraq son damla qanına qədər mübarizə aparıb və döyüşlərdə həlak olub...”(musavat.com)
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 2026 13:34
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
