Şəhid mayorun ailəsi 10 aydır kirayə pulunu verə bilmir..
“Evimiz yaşanılacaq vəziyyətdə deyil, elektrik sistemi tamamilə sıradan çıxıb. Hələ yoldaşım şəhid olmamışdan öncə - ötən ilin avqust ayından kirayə mənzilə köçmüşdük. Təəssüf ki, o, sentyabr ayında şəhid oldu. Artıq 10 aydır ki, kirayədəyik, hələ də nə evimizin təmirinə köməklik olunub, nə də yeni mənzil verilib”.
Bu barədə “Qafqazinfo”ya şəhid mayor Toğrul Bərxudarovun həyat yoldaşı Zəhra Bərxudarova bildirib. Onun sözlərinə görə, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən mənzillərinin mətbəxində yanğın olandan sonra evi tərk etmək məcburiyyətində qalıblar. Şəhid xanımı hər ay 350 manat kirayə haqqı ödədiyini deyir:
“İki dəfə Nəsimi rayon icra Hakimiyyətinə müraciət eləmişəm ki, təkəm, işləmirəm, az da olsa köməklik edin, evimə əl gəzdirib köçüm. Dedilər ki, sizi tezliklə evlə təmin edəcəklər. Kirayə haqqı verirəm, bunun kommunal xərci var, 3 və 4-cü siniflərdə oxuyan uşaqlarımın xərcləri var. Bütün bunları bir yerdə çatdıra bilmirəm”.
Z. Bərxudarova deyir ki, həyat yoldaşı Toğrul Bərxudarov 13 yaşından 33 yaşınadək hərb sahəsində olub, C. Naxçıvanski adına Hərbi Liseyi, Ali Hərbi Akademiyanı bitirib: “Xətkeşlə düz xətti necə çəkirsinizsə, mənim yoldaşım o cür düz işləyən adam olub. Barelyefi hazırlanır, İcra Hakimiyyətindən deyiblər ki, gətirib vuracaqlar, hələ də vurmayıblar. Çünki bizim bina çox çökmüş vəziyyətdədir. Deyirlər təmir olunsun, sonra. “YAŞAT” Fonduna müraciət elədim, gəlib evin şəkillərini çəkdilər, sonra dedilər ki, sizə tezliklə ev veriləcək. İxtisasca psixoloqam, yoldaşımın şəhid olmasından sonra aldığım travmalardan işləyə də bilmirəm. Hətta övladlarımla vaxt keçirməyə səbrim çatmır. Bizim evin ərazisi eyvan, hamam və s daxil 42 kv metrdir. Buna heçmi kömək etmək mümkün deyil, ev verilənə kimi kirayədən çıxım?”
Şəhid xanımı evinin şəraitsizliyini əks etdirən görüntüləri də redaksiyamıza göndərib:
Z. Bərxudarova bildirib ki, şəhid ailəsi kimi mənzil növbəsində qeydiyyata durub. Yeni mənzilin veriləcəyi tarixi öyrənmək üçün aidiyyati quruma yaxınlaşsa da, hələ həmin tarixin bilinmədiyini söyləyiblər. Şəhidin xanımının sözlərinə görə, İcra Hakimiyyəti vasitəsilə özəl şirkətlərdən biri ilə müqavilə bağlanıb və hər ay ailəyə 200 manat köməklik olunub.
Şəhid ailəsinin yaşadığı çətinliklərlə bağlı Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra Hakimiyyətindən saytımıza bildirildi ki, Vətən müharibəsi şəhidi Toğrul Bərxudarovun həyat yoldaşı Zəhra Bərxudarova Nəsimi RİH başçısının 19 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən 3 nəfər ailə tərkibi ilə şəhid ailəsi kimi mənzil növbəsinə götürülüb. Həmçinin Prezidentin Sərəncamına uyğun olaraq mənzillə təmin olunması üçün sənədləri ƏƏSMN-nin tabeliyində olan Sosial Xidmətlər Agentliyinə təqdim edilib: “Nəsimi rayon İcra Hakimiyyətinin təşəbbüsünə əsasən Nəsimi rayon ərazisində fəaliyyət göstərən şirkətlərdən biri tərəfindən 5 il müddətində hər ay 200 AZN məbləğində şəhid ailəsi Bərxudarova Zəhra Elxan qızına maddi yardım verilir. Rayon İcra Hakimiyyəti tərəfindən bayram günlərində rayonda yaşayan bütün şəhid və qazi ailələri kimi ona da bayram sovqatı və maddi yardım verilir. Hazırda şəhid ailəsinə məxsus olan 20 Yanvar küçəsi 9 №-li evin 45 №-li mənzilinin yerləşdiyi binanın rayon İcra Hakimiyyəti tərəfindən təmir olunması nəzərdə tutulub. Binanın təmirindən sonra şəhidin barelyefi şəhidin yaşadığı binaya vurulacaq”.
İcra Hakimiyyətindən həmçinin bildirilib ki, Toğrul Bərxudarov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon İdarəsindən orduya çağırılıb və nəşi Yevlax şəhərində dəfn olunub. T. Bərxudarov şəhid kimi Yevlax şəhərində qeydiyyata alınıb və Yevlax rayon İcra Hakimiyyəti tərəfindən də onun ailəsinə mütəmadi olaraq yardım edilir.
“YAŞAT” Fondundan isə “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Fondun əməkdaşları tərəfindən şəhid Toğrul Bərxudarov Məmməd oğlunun ailəsinin qeydiyyatı 2020-ci il 25 dekabr tarixində aparılıb, şəhid ailəsi qeydiyyat zamanı əsas zərurət kimi məişət avadanlıqlarının alınmasını seçib: “Müvafiq istiqamət üzrə şəhidin həyat yoldaşının bank hesabına 2021-ci il 17 fevral tarixində 2500 AZN vəsait köçürülüb. Hazırda Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan şəhid ailələri üzvlərinin müvafiq qurumlar tərəfindən növbəlilik əsasında mənzil və ya fərdi evlə təmin edilməsi prosesi davam etdiyindən yaşayış yeri üzrə Bakı şəhərində qeydiyyatda olan şəhid ailələri üzvlərinə evin təmiri istiqaməti üzrə yardımın ayrılması tərəfimizdən həyata keçirilmir”.
Şəhid ailəsinin mənzil qeydiyyatına gəlincə isə, Sosial Xidmətlər Agentliyindən bildirilib ki, hazırda şəhid ailəsinin mənzillə bağlı sənədləşmə proseduru davam edir:
“Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamının icrası olaraq, 2014-2019-cu illərdə uçota alınmış şəxslərlə bərabər, 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələri və bu müharibə əlillərinin mənzillə təminatı işləri aparılır. Vətən müharibəsi şəhidinin həyat yoldaşı Bərxudarova Zəhra Elxan qızı da mənzillə təmin olunmaq üçün ötən ilin oktyabr ayında Nəsimi rayonu üzrə qeydiyyata alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə onun tərəfindən aidiyyəti sənədlərin təqdim edilməsi və müvafiq sənədləşdirmə proseduru davam edir. Bu prosedur yaxın vaxtlarda bitdikdən sonra nəticəsi barədə məlumat veriləcək”.
Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru Bərxudarov Toğrul Məmməd oğlu 1987-ci ildə, Gəncə şəhərində anadan olub. Tərtər rayonunda N saylı hərbi hissədə qərargah rəisi kimi xidmət edib. Sentyabrın 30-u Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçimiz Yevlax rayon Fəxri Xiyabanında dəfn olunub. Müharibədə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

- Güney azərbaycanlı siyasilər Berlində: Almaniya XİN-də mühüm görüş, Rza Pəhləviyə etirazlar - FOTO
24 aprel 2026 23:00
- Milli Qəhrəmanın qardaşı vəfat etdi – FOTO
23 aprel 2026 21:13
- Allahverdi Bağırovun doğum günüdür
24 aprel 2026 20:03
- Azərbaycanda da satılan bu uşaq qidasında siçan zəhəri - QALMAQAL
20 aprel 2026 22:00
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 2026 15:44
- Kardioloqlar infarktın ən çox hansı saatlarda baş verdiyini açıqladı
19 aprel 2026 11:55
- Abdin Fərzəliyev JURNAL satan şirkətdən 96 000 manatlıq ƏT ALIR
18 aprel 2026 14:55
- 18 gündür infarkt keçirən Nərgiz türmədə ağır durumda...
16 aprel 2026 11:52
- Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
17 aprel 2026 11:13
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 2026 11:35
- Putin -erməni soyqırımı-nı TANIDI - Müraciətin MƏTNİ
26 aprel 01:21
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 00:51
- Hər gün kivi yeməyin orqanizmə təsiri
25 aprel 23:14
- Pezeşkian əhaliyə - Çağırış etdi
25 aprel 22:58
- Ukrayna məxfi arxivləri AÇDI - Çernobılla bağlı sirlər ÜZƏ ÇIXDI
25 aprel 21:33
- Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - Fotolar
25 aprel 19:59
- Bu gün 6 sənəd imzaladıq - Zelenski
25 aprel 19:24
- Çernobılın 40 ili: SSRİ nüvə fəlakəti barədə həqiqəti necə gizlətdi?
25 aprel 16:18
- Daşkəsənlə Gədəbəyə qar yağır
25 aprel 15:06
- Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB
25 aprel 15:00
- Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Fotolar
25 aprel 11:45
- Qaynarinfo.az 19 yaşında !
25 aprel 11:37
- Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
25 aprel 10:36
- Tramp 24 aprel münasibətilə açıqlamasında -GENOSİD- ifadəsini işlətmədi
25 aprel 10:10
- Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - TAM SİYAHI
25 aprel 00:12
- Güney azərbaycanlı siyasilər Berlində: Almaniya XİN-də mühüm görüş, Rza Pəhləviyə etirazlar - FOTO
24 aprel 22:58
- ABŞ-də ölüm hökmlərinin qaydası ( iynə, güllə...) dəyişdi
24 aprel 22:47
- Çexiyanın baş naziri Bakıya gəlir – Rəsmi səfərin tarixi açıqlandı
24 aprel 19:52
- Rusiya erməni xalqı ilə birlikdə YAS TUTUR
24 aprel 17:29
- Azərbaycanlı məşhur milyarder Qarabağda - FOTO
24 aprel 14:37
- İrəvanda Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik - XİN
24 aprel 13:49
- II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək (SƏRƏNCAM)
24 aprel 13:03
- TƏCİLİ YARDIM-ın yeni rəhbəri bu şəxs OLDU
24 aprel 12:03
- Ağdam şəhərinə növbəti köç karvanı yola salındı (FOTO)
24 aprel 11:48
- Milli Qəhrəmanın qardaşı vəfat etdi – FOTO
23 aprel 21:13
- Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edildi
23 aprel 20:59
- İndi məlum oldu ki, Levon Ter-Petrosyan qatı daşnakdır... - Nikol Paşinyan
23 aprel 19:20
- Azərbaycan-Latviya münasibətlərinin strateji məzmun daşımasının perspektivləri - Deputat Əli Məsimli
23 aprel 18:32
- Atatürkü təhqir edən jurnalistlə bağlı ŞOK QƏRAR: Polis hər yerdə onu axtarır
23 aprel 16:00
- Prezidentdən qurultay iştirakçılarına - Müraciət
23 aprel 13:30
