Atam Azərbaycan musiqisində elə bir iz qoydu ki...
Maraqlı28 may 2021 09:26
"Bu gün atamın doğum günüdür, 94 yaşı olardı əgər yaşasaydı. 6 ildir ki, artıq o bizim aramızda yoxdur, 2015 - ci il sentyabrın 8-də dünyasını dəyişdi. Sonuncu dəfə elə 2015-ci ildə öz doğum günündə ailə üzvləri-övladları, nəvələri, nəticələri ilə birgə masa başında oturdu, biz onun sonuncu 88 yaşını qeyd etdik. Çox sevinirdi, fərəhlənirdi"
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyeva bildirib. Sənətkarın qızı daha sonra əlavə edib:

"Atam elə bir insan idi ki, özünə doğum günü keçirməzdi, bu cür şadyanalıqla keçən tədbirləri sevməzdi. Bu bəlkə də ondan irəli gəlirdi ki, o dövlət tərəfindən böyük diqqət görürdü. Atamın 80, 85 illik yubileyləri çox gözəl qeyd olunmuşdu. Ona görə də atam bu tədbirlərlə kifayətlənirdi, ayrıca özünə doğum günü keçirməzdi, şan-şöhrətdən uzaq idi. Ailə üzvləri ilə bir yerdə olmağı sözsüz ki, sevirdi. Biz hər il istər doğum günündə, istərsə də anım günündə fəxri xiyabana gedərək Habil müəllimi yad edirik. Təbii ki, bu gün də gedəcəyik, istər nəvələri, istərsə də nəticələri ilə. Atamın yoxluğu çox görünür, bizim həyatımızda çox böyük boşluq var. Onun yoxluğunu bütün ailə üzvləri, nəvələri, nəticələri belə hiss edir. Nəticələri ona "qoca baba" deyə müraciət edərdi. Çünki öz babaları var idi, Habil müəllimi artıq qoca baba adlandırırdılar. İndi istəməsinlər, çox sevirdilər onu, o da həmçinin. Nəticələri deyir ki, kaş yaşasaydı, bizi görsəydi. Elə bir gün yoxdur ki, evdə mənim atamdan danışılmasın, söhbət olunmasın. Mən Habil Əliyevin qızı olduğuma görə qürur duyuram. Atam Azərbaycan musiqisində iz buraxdı getdi. Elə bir iz qoydu ki, o heç vaxt unudulmur, hər zaman qəlblərdədir, çünki o xalqın sevgisini qazandı. Biz bu sevgini bu gün də hiss edirik. Hər kəs onun övladı olduğumuzu bildikləri anda həqiqətən də gözəl sözlər eşidirik və bu bizə qürur verir. Hər zaman da insanların ürəyində, qəlbindədir.. Onu sevənlər çoxdur. Atam ermənilərin əlindən kamançanı aldı, bu böyük bir inqilab idi. Elə bu xidmətlərinə görə də Ali Baş Komandanımız, cənab prezidentimiz İlham Əliyev və vitse prezidentimiz Mehriban xanım Əliyeva onun fəaliyyətini yüksək qiymətləndirdi. Biz ailəmiz adından onların hər birinə öz təşəkkürümüzü bildiririk. Həm sağlığında, həm də xəstələnəndə dövlətdən çox dəstək aldı. Allah bütün valideynlərə rəhmət etsin, məkanları cənnət olsun".
Oxşar xəbərlər
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 2026 20:39
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
Xəbər lenti
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
