Rəsulzadə ailəsinə xəyanət edibmi?
Region2 iyun 2021 20:18
Bu gün Cümhuriyyətin quruclarından biri olan Məmməd Əmin Rəsulzadə haqqında hansısa müzakirə olunan zaman tarixdən biligisi olmayanlar onu ittiham edərək deyirlər ki, "Rəsulzadə ailəsini qoyub qaçıb”.
Böyük şəxsiyyət haqqında bu ittihamı irəli sürənlər ən azından onun yaşadıqlarını bilsələr dərd yarı idi. İndi isə daha ətraflı, 1920-ci ilin noyabr ayının əvvələrində Oktyabr inqilabın ildönümü ilə əlaqədər Bakıda olan İ.V.Stalin Rəsulzadənin həbsdə olduğunu öyrənir. Stalin XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verir və özü şəxsən həbsxanaya gedib Məhəmməd Əmin Rəsulzadəni azad edir. Rəsulzadəni öldürmək istəyən Əliheydər Qarayevin əlindən Nərmanovun Stalinə teleqrafı olur və Stalin onun həyatını xilas etmiş şəxsi azad edərək özü ilə aparır. Ailəsini isə götürməyə izn verilmir. Stalinin əlindən Finlandiyaya, ordan Fransaya, ordan da Türkiyəyə gəlir.
Mühacirətdə olduğu gündən ailəsini xilas etmək üçün bütün cəhdlər edən Rəsulzadə böyük cəhdlə ailəsini xilas etməyə – Türkiyəyə gətirməyə çalışıb. Oğlu Azərin dediyinə görə, hətta bir dəfə (bu təxminən 1925–1926-cı illərdə olub) qatara minib getməyə də hazırlaşıblar. Lakin Məhəmməd Əmin Rəsulzadənin atası Axund Hacı Ələkbər məsləhət bilməyib və onlar Bakıda qalıblar. 1932-ci ilə qədər isə Məhəmməd Əmin Rəsulzadə müxtəlif adamlarla ailəsinə maddi yardımlar göstərib, hətta geyim, paltar da alıb göndərib. Sonradan sərhədlər bağlandığından bu mümkün olmayıb. Bakıda gizli fəaliyyət göstərən müsavatçılar isə imkan daxilində Məhəmməd Əmin Rəsulzadənin ailəsinə müəyyən köməklik edib. Rəsulzadə mühacirətdə ikən dəfələrlə ailəsini yanına gətirməyə çalşıb. Təəssüf ki, buna icazə verilməyib. Burda Türkiyə hökumətinin Rəsulzadə ailəsinə vizanı gecikdirməsi də böyük səbəblərdən biridir. Türkiyə Rəsulzadənin ailəsinə viza verəndə artıq gec idi, ailəsi Tehrandan Bakıya gəlmişdir və bundan sonra represiyyaya məruz qalmışdır. Ceyhun bəy Hacıbəyliyə yazdığı 19 iyul 1925-ci il tarixli məktubda bildirib: "Bizimkilər hal-hazırda Bakıdadırlar. Ümmülbənin gəlmək üçün müraciət eləmiş, icazə istəmiş, verməmişlər. Daha artıq gözləmək lazım gəldiyini bildirmişlər. Buna görə də durumları çox çətin olmuşdur. Baxalım nə olur. Hər halda onları gətirtmək üçün ən ciddi vasitələrə əl atıram”.
Ümbülbanu xanım 1920-ci ildən sonra təqiblərlə dolu həyat yaşamasına baxmayaraq Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətinə haqq qazandırıb, onu müdafiə edib.1937-ci ildə, Böyük Təmizlik zamanı NKVD Ümbülbanu xanımı, Məhəmməd Əminin anası Maral xanımı, qızı Xalidə və oğlu Azəri sürgün edib.1937-ci ildə istintaq zamanı onun mübarizliyi erməni zabitlərini belə, heyrətə gətirib. Erməni zabitləri dəfələrlə ona təyziq göstərib Rəsulzadə ilə niyə yazışmadığını soruşanda Ümbülbanu xanım bütün ağrılara baxmayaraq cavab vermişdir: "Məmmədin yazdığı məktublarda O, uşaqlardan narahat olduğunu bildirirdi və uşaqları təhlükədə qoymamaq üçün biz onunla məktublaşmamağı qərara aldıq…”
Məhəmməd Əmin bəyin anası Maral xanım, qızları Lətifə və Xalidə, kiçik oğlu Azər 1937-ci ildə Qazaxıstanın Taldı Kurqan vilayətinə sürgün edilirlər; böyük oğlu Rəsul isə 1938-ci il martın 1-də Bakıda güllələnir. Ümbülbanu xanım Rəsulzadənin anasına son nəfəsinə qədər baxır, yanında olur.
Ərinə sədaqətli olan Ümbülbanu xanım bütün əziyyətlərə baxmayaraq bir-bir yaxınlarının vəfat etməsin gözləri ilə görür. Dəfələrlə müxtəlif təyziqlərə məruz qalır, hətta bir neçə dəfə evlənmə təklifi almasına baxmayaraq Məhəmməd Əmin bəyə sadiq bir xanım kimi həyatın başa vurur.
Ailəsinin sürgün olduğunu və taleyindən uzun müddət xəbər almayan, sonra ailəsinin ölüm xəbərini alan Məmməd Əmin Rəsulzadə polyak əsilli Vanda xanımla ailə qurub, birgə yaşayıb. Hər ikisi Ankaradakı milli kitabxanada çalışıb. Onların bu evlilikdən övladları olmayıb.
Məmməd Əmin Rəsulzadə son günlərinə qədər birinci ailəsini və övladlarını xatırlayıb. Onları bir an belə unutmayıb.
Dosent Zaur Əliyev
Oxşar xəbərlər
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
3 fevral 2026 14:03
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
2 fevral 2026 20:34
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 2026 11:37
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- İranda etirazçılara sərt xəbərdarlıq - Bu şəxslər EDAM olunacaq
11 yanvar 2026 12:56
- Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – Enveroğlu tankeri…
5 yanvar 2026 18:06
- Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ
27 dekabr 2025 20:55
Xəbər lenti
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
