Xəstənin KOR bağırsağı əvəzinə NAZİK bağırsağını kəsən həkim qovuldu
Biləsuvar Rayon Mərkəzi xəstəxanasının həkimi Ziyafət Bayramovun rayon sakini Cəmil Rüstəmovun KOR bağırsağı əvəzinə NAZİK bağırsağını kəsməsi barədə məlumat vermişdik.
Bu gün NUH.az-a daxil olan məlumata görə, Ziyafət Bayramov vəzifəsindən azad edilib.
* * *
Bir neçə il əvvəl Səhiyyə Nazirliyinin Mikrocərrahiyə Mərkəzində həkim əməliyyat zamanı qadının iltihablı sol ayağı əvəzinə sağlam olan sağ ayağını kəsmişdi. Məsələ ictimailəşəndən sonra nazirlik komissiya yaratdı və həkim etiraf etdi: “ Əməliyyat zamanı mexaniki səhvdən sağ ayaq kəsilib”.
Bəli, mexaniki səhvdən insanın xəstə ayağı deyil, sağlam ayağı kəsilib.
NUH.az saytına müraciət edən vətəndaşın vəziyyəti daha dəhşətlidir: həkim xəstənin KOR bağırsağının əvəzinə onun NAZİK bağırsağını kəsib.
Biləsuvar rayonunun Xırmandalı kənd sakini, 1985-ci il təvəllüdülü, Qarabağ veteranı Cəmil Nurəddin oğlu Rüstəmov NUH.az saytına müraciət edib.
Müraciəti olduğu kimi dərc edirik:
“2020-ci ilin iyun ayının 26-da özümdə ağrı, sancı hiss etdim. Həmən gün səhər bacımla Biləsuvar Rayon Mərkəzi Xəstəxanası gəldik. Analizlərimi verəndən sonra məni həkim Ziyafət Bayramovun qəbuluna göndərdilər. O, analizlərimə baxıb dedi ki, səndə apendiks-kor bağırsaqdir, narahat olma, sadə əməliyyatdır, get evdə yuyun, qarın hissəni təmizlə, saat 16-00-da gəl, səni əməliyyat edəcəm. Biz həkimin dediklərini elədik və saat 16-30-da həkim məni əməliyyat etdi. Və buna görə məndən 250, atamdan isə 500 manat aldı. Əməliyyatdan 3 gün sonra həkim məni evə buraxdı. Evdə olarkən yaram-əməliyyat yeri PARTLADI və yara yerindən NƏCİS gəlməyə başladı. Və məni təcili xəstəxanaya gətirdilər. Həkim Ziyafət Bayramov məni ikinci dəfə əməliyyat elədi. Vəziyyətim daha da ağırlaşdı. Mən həkimə dedim ki, əməliyyat yerindən NƏCİS gəlir, həkim isə dedi ki, nəcis deyil, ÇİRK-dir, sən məndən çox bilirsən ? Sonradan məlum oldu ki, Ziyafət həkim kor bağırsaq əvəzinə mənim nazik bağırsağımı kəsib. Mən hazırda yarımcanam”.
Cəmil Rüstəmov Səhiyyə Nazirliyindən, Baş prokurorluqdan xahiş edir ki, komissiya yaradılsın və günahkar həkim cəzalandırılsın.
Müraciətlə bağlı NUH.az saytı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xoşbəxt Ağayeva ilə telefon əlaqəsi saxlayıb. Baş həkim bildirib ki, şikayətçi haqlıdır, qoy məhkəməyə müraciət etsin, məni narahat etməyin. Həkim Ziyafət Bayramov isə saytımıza bildirib: “ Cəmil Rüstəmova 4 min manat pul təklif edirəm, götürsün dəə”.
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
6 aprel 2026 12:58
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
4 aprel 2026 00:20
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
30 mart 2026 20:33
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
3 fevral 2026 19:15
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- BİZİM VARİS ... Xalqa xidmət Allaha xidmətdir
29 yanvar 2026 20:42
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
06 aprel 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
06 aprel 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
