Etibar Məmmədov və Surət Hüseynov tarixi saxtalaşdırır
Müsahibə8 iyun 2021 03:06
“Sonradan isə Surət Hüseynovun güclənməsi və populyarlaşması bunlarda qorxu yaratdı və həmin qorxunun nəticəsində də onu məhv etmək qərarına gəldilər...”
*** ***
“Amma bu, o demək deyildi ki, xalq Surət Hüseynovu müdafiə edirdi. Sadəcə...”
Bu günlər üzərindən 28 il ötməsinə baxmayaraq hələ də geniş müzakirə obyekti kimi qalan mövzulardan biri də qardaş qırğını və AXC iqtidarının hakimiyyətdən çəkilməsi ilə nəticələnmiş müəmmalı 4 iyun Gəncə hadisələridir. Həmin olayların baş “qəhrəmanı” olan sabiq baş nazir, keçmiş korpus komandiri və sabiq Milli Qəhrəman(!) Surət Hüseynovun “BBC”-yə son açıqlamasından belə çıxır ki, şəxsən onun özü tərəfindən Elçibəy hakimiyyətini devirmək planlaşdırılmayıb. Bəs görəsən, həmin dövrdə iqtidara ana müxalifət hesab olunan AMİP lideri, istiqlalçı(!) deputat Etibar Məmmədov bu haqda nə deyir?
4 iyun olayları və ardınca baş verənlər hakimiyyəti ələ keçirməyə çalışan hansısa xarici və daxili güclər tərəfindən öncədən planlaşdırılmışdı, yoxsa bunlar, sadəcə, ölkədə, eləcə də o vaxtkı iqtidar daxilində və Qarabağ savaşında baş verən xaotik hadisə və proseslərin məntiqi nəticəsi idi?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AMİP lideri bunları söyləyib:
“Xeyr, Gəncə hadisələrində ciddi planlaşdırılmış işlər görmürdüm və görmürəm. Sadəcə, həmin gözlənilən hadisələr yavaş-yavaş öz yerini tuturdu. O hakimiyyətdəkilərin yarıtmaz idarəçiliyinin hansı acı nətcələrə gətirib çıxaracağı əvvəldən görünürdü və həmin komanda üzvləri də öncədən tərəfimizdən xəbərdar olunurdu. Yəni onlar əvvəlcə öz daxillərində kimisə bir lider kimi “şişirdirdilər”, sonra da həmin adamın populyarlaşmasından qorxub başlayırdılar onu məhv etmək siyasətinə keçməyə...”
AMİP lideri fikrinin ardında Surət Hüseynovun da AXC hakimiyyəti tərəfindən yetişdirilmiş bir fiqur olduğunu qeyd edib.
“Və elə Surət Hüseynov da o hakimiyyətin yetişdirdiyi bir kadr idi. Ona özləri Milli Qəhrəman adı təqdim etmişdilər, özləri ona müəyyən səlahiyyətlər vermişdilər. Əvvəlcə də onun səhvlərini ört-basdır etməklə məşğul idilər. Sonradan isə Surət Hüseynovun güclənməsi və populyarlaşması bunlarda qorxu yaratdı və həmin qorxunun nəticəsində də onu məhv etmək qərarına gəldilər. Amma nəticədə də istədiklərini əldə edə bilmədilər. Və bu, o demək deyildi ki, xalq Surət Hüseynovu müdafiə edirdi. Sadəcə, xalq həmin hakimiyyətin arxasından çəkildi. Və arxasında da xalq olmayan hakimiyyət də duruş gətirə bilməzdi. Bu, sadə bir məntiqdir...”- deyə istiqlalçı deputat vurğulayıb.
Qeyd: Keçmiş AXC iqtidarının komanda üzvlərinin də bu mövzuda fikirlərini təqdim etməyə hazırıq.
Sultan Laçın
Oxşar xəbərlər
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
