Prezident Hərbi Hava Qüvvələrinin yeni hərbi şəhərciyində - Fotolar
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yeni istifadəyə verilən hərbi şəhərciyində və Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının ailələri üçün nəzərdə tutulmuş xidməti mənzillərdə yaradılan şəraitlə tanış olub.
“Qafqazinfo” xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verib.
***
Hərbi şəhərcikdə görülən işlər barədə məlumat verən müdafiə naziri Zakir Həsənov dedi ki, burada inşa olunan qərargah binasında hərbi hissə komandanlığının fəaliyyətinin yüksək səviyyədə təmin olunması üçün bütün şərait yaradılıb. Ərazidə klub da fəaliyyət göstərəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə hərbi quruculuq sahəsində aparılan islahatlar, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər sırasında yeni hərbi hissə və hərbi şəhərciklərin yaradılması, mövcud olanların isə əsaslı şəkildə yenidən qurulması da xüsusi yer tutur. İndiyədək istər paytaxtda, istərsə də bölgələrdə yerləşən hərbi hissələr müasir səviyyədə yenidən qurulub, yeni hərbi hissə və şəhərciklər salınıb. Bu isə ordu quruculuğu sahəsinə dövlət səviyyəsində göstərilən diqqətin təzahürü olmaqla yanaşı, həm də hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılmasında və onların döyüş qabiliyyətinin artırılmasında müstəsna əhəmiyyət daşıyır.
Şübhəsiz ki, ordumuzun əsas dayaq nöqtəsi əsgər və zabitlərimizin yüksək döyüş hazırlığı, peşəkarlığı və qələbə əzmidir. Vətən müharibəsi ordumuzun tarixi torpaqlarımızın işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu göstərdi. Təsadüfi deyil ki, bu gün Azərbaycan əsgərinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq dünyanın nüfuzlu ali hərbi məktəblərində nümunə kimi göstərilir.
Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş növbətçiliyində olan S-300 PMU-2 “Favorit” Zenit Raket Komplekslərinin start mövqeyinə gəldi.
Azərbaycan Ordusunun müasir hərbi texnika, silah-sursatla təminatı daim Ali Baş Komandanın diqqət mərkəzində olub. Vətən müharibəsi də sübut etdi ki, Azərbaycan dövlətinin ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, silahlanmaya yeni, müasir silah növlərinin, hərbi texnikanın daxil edilməsi istiqamətində atdığı addımlar müdrik və uzaqgörən siyasətin nəticəsidir. İndi Silahlı Qüvvələrimiz beynəlxalq hərbi tədqiqat mərkəzlərinin hesabatlarında dünyanın ən güclü ordularından biri kimi qiymətləndirilir.
Prezident, Ali Baş Komandan İlham Əliyevə yeni və müasir avadanlıqla təchiz edilmiş mobil Komanda Məntəqəsi barədə də məlumat verildi.
Bildirildi ki, məntəqə müxtəlif növ zenit-raket komplekslərinin, radiolokasiya vasitələrinin, radiotexniki kəşfiyyatın, radioelektron mübarizə vasitələrinin, kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının, ordu, qırıcı və hücum aviasiyasının eyni vaxtda idarə olunmasını təmin edir. Vətən müharibəsində aparılan döyüşlərin təcrübəsi nəzərə alınmaqla qurulan Komanda Məntəqəsinin texniki imkanları XXI əsr müharibələrinin tələblərinə tam cavab verir.
Sonra Ali Baş Komandana Hərbi Hava Qüvvələrinin bir sıra hərbi texnikası barədə məlumat verildi.
Daha sonra Prezident İlham Əliyev Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularının ailələri üçün nəzərdə tutulmuş yeni xidməti mənzillərdə yaradılan şəraitlə tanış oldu.
Müdafiə naziri Zakir Həsənov dövlətimizin başçısına mənzillərdə yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, Hərbi Hava Qüvvələrinin zabit və gizirləri üçün nəzərdə tutulmuş yeni hərbi şəhərcik iki binada 48 xidməti mənzildən ibarətdir. Bütün mənzillərdə hərbi qulluqçularımızın ailələri ilə birlikdə rahat yaşaması üçün hər cür şərait yaradılıb. Bu da deməyə əsas verir ki, hərbçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların yeni evlərlə təmin edilməsi Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi nəzarətindədir.
Qeyd edək ki, Azərbaycan Ordusunun şəxsi heyətinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Bu məqsədlə son illərdə paytaxtda və bölgələrdə xidməti yaşayış evləri tikilib, Prezidentin ehtiyat fondundan bu məqsədlə xeyli vəsait ayrılıb. Bu isə dünya praktikasında çox nadir hallarda müşahidə olunan mənzərədir. Burada da Azərbaycan ön sıralardadır və yeniliklər göstərir. Prezident İlham Əliyevin bir qrup hərbi qulluqçuya təqdim olunacaq yeni mənzillərdə yaradılan şəraitlə yerindəcə tanışlığı bu siyasətin real təzahürü olmaqla, əlamətdar gündə onlara bəxş edilən ən gözəl hədiyyədir.
Həyatını Vətəni qorumaq kimi şərəfli vəzifəyə həsr edən hərbçilərimizə dövlət qayğısına onların rütbə və vəzifə maaşlarının artırılması, çoxsaylı güzəştlərin tətbiq olunması da daxildir. Bütün bunlar ordunun mənəvi-fiziki hazırlığını ən yüksək səviyyəyə qaldırmağa imkan verib. Çünki ordumuz müstəqilliyimizin və ərazi bütövlüyümüzün qarantıdır. Onun gücü öz xalqına və dövlətinə sədaqətdə, Vətən sevgisində təcəssüm tapıb.










- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
1 may 2026 16:45
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
1 may 2026 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
1 may 2026 13:09
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
1 may 2026 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 2026 23:26
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 2026 22:01
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 2026 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 2026 15:27
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 2026 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 2026 12:04
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
