Deputat akademikin qızının və arvadının başını kəsdilər - ŞOK
Kriminal27 iyun 2021 13:19

Modern.az saytı necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.
Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə Milli Məclisin üzvü olmuş şəxslərdən bəhs edirik.
Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Milli Məclisə Yeni Azərbaycan Partiyasının üzvü kimi seçilmiş Fəraməz Maqsudovdur.
Onu yəqin ki, bugünkü gənclər tanımır, amma yaşlı və orta nəsildən olanlar mərhum akademiki xatırlayırlar.
Alim, ictimai xadim, riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Fəraməz Maqsudov 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş 91 nəfərdən biridir.
Fəraməz Maqsudov 1930-cu il martın 20-də Naxçıvan şəhərində doğulub. 1948-ci ildə Naxçıvan şəhər orta məktəbini, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirəndən sonra funksional analiz ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının Fizika və Riyaziyyat İnstitutunun aspiranturasına qəbul olunub.
1957-ci ildə aspiranturanı bitirən Fəraməz Maqsudov Fizika və Riyaziyyat İnstitutunun riyaziyyat bölməsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilib. 1959-cu ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələri alıb.
1964-cü ildə Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda direktorun elmi işlər üzrə müavini, 1976-cı ildə direktoru vəzifəsinə təyin olunub.
O, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü seçilib.
Riyaziyyatın və mexanikanın bir sıra sahələrində əldə etdiyi uğurlar onun beynəlxalq aləmdə də tanıdıb. 1983-cü ildə Fəraməz Maqsudovun rəhbərliyi altında mexaniklərin bir qrupunun nəhəng energetika sistemlərinin dözümlüyünün tədqiqi üçün işləyib hazırladıqları metod həmin dövrün ən yüksək mükafatlarından biri olan SSRİ Nazirlər Sovetinin mükafatına layiq görülüb.
F.Maqsudovun əsas elmi tədqiqatları funksional analiz, differensial tənliklər və funksiyalar nəzəriyyəsi sahəsinə aiddir.
Akademik 1997-ci ildə ömrünün sonuna kimi Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışıb.
Onun elmi rəhbərliyi altında 100-dən artıq namizədlik və doktorluq dissertasiyası müdafiə olunub.
F.Maqsudov 300-dən çox elmi əsərin, 11 monoqrafiya və dərsliyin müəllifidir. Akademikin adı elm sahəsində bir sıra yenilklərin müəllifi kimi çəkilir. O, 5 müəlliflik şəhadətnaməsi və 2 patent alıb.
Akademik 1986-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə yüksəkixtisaslı kadrlar hazırladığına və elmdə böyük nailiyyətlərinə görə “Xalqlar dostluğu” ordeni ilə təltif olunub. Bir sıra tətbiqi əhəmiyyəti olan məsələlərin həllinə görə ona 1994-cü ildə Hacı Zeynalabdin Tağıyev adına mükafat verilib. O, 2000-ci ildə Azərbaycanın “İstiqlal” ordeni ilə də təltif olunub.

Fəraməz Maqsudov 90-cı illərin əvvəllərində ictimai-siyasi həyatda fəal şəxslərdən biri idi. Ermənilər tərəfindən dağıntılara məruz qalan sərhədyanı rayonlara, kəndlərə kömək etmək və insanların yurd-yuvalarını tərk etmələrinin qarşısını almaq üçün Azərbaycanın bir qrup ziyalısı 1990-cı ildə Fəraməz Maqsudovun rəhbərliyi ilə "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətini yaratdılar. Fəraməz Maqsudov cəmiyyətin sədri oldu.
1992-ci ilin payızında 91 nəfər ziyalı o dövrdə Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevə müraciət etdi, onu hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səslədi. Adları “91-lər” kimi xatırlanan həmin ziyalılardan biri də Fəraməz Maqsudov idi.
1993-cü ildə AXC hakimiyyətinə qarşı Surət Hüseynovun başçılığı ilə qiyam başlayanda Fəraməz Maqsudov bir sıra alimlər və ziyalılarla bərabər Gəncəyə getmiş, komissiyanın üzvü kimi orada məsələləri araşdırmışdı.
O, 1995-ci ildə 5 saylı Culfa-Ordubad seçki dairəsindən I çağırış Milli Məclisə deputat seçilib. O, parlamentə proporsional qaydada - Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdi.
Milli Məclisin Elm və təhsil məsələləri komissiyasının üzvü olan F.Maqsuov rus və ingilis dillərini bilirdi.
Akademik deputat mandatını 2000-ci ildə keçirilmiş seçkilərə kimi daşıdı.
F.Maqsudov Elmlər Akademiyasına mürəkkəb bir dövrdə rəhbərlik edib. Bu elə bir dövr idi ki, cəmiyyətin bütün sferalarını əhatə etmiş qarışıqlıq Azərbaycan elminə də təsirsiz ötüşməmişdi.
Mərhum Heydər Əliyev Fəraməz Maqsudovu “Azərbaycan riyaziyyatçılar məktəbinin ən görkəmli nümayəndələrindən biri” adlandırmışdı.
“Fəraməz Maqsudov ona həvalə edilən bütün yerlərdə vicdanla çalışmış, öz əməyi, biliyi, istedadı ilə, yalnız və yalnız özünə məxsus olan xüsusiyyətləri ilə elmdə yüksəlmiş, elmimizi inkişaf etdirmişdir”,- Heydər Əliyev onun haqqında demişdi.
YAP-ın yaranması və formalaşmasındakı xidmətləri nəzərə alınan F.Maqsudov partiyanın Siyasi Şurasının üzvü də seçilmişdi.

Keçmiş həmkarları xatırlayırlar ki, Fəraməz Maqsudov riyaziyyatçı olsa da, ədəbiyyatı da çox gözəl bilirmiş, saatlarla şeir deyə bilərdi.
Akademik evli idi, 2 qızı vardı.
Fəraməz Maqsudov 2000-ci ildə xərçəng xəstəliyindən vəfat edib, mərhum Fəxri Xiyabanda dəfn olunub.
Onun adı ölümündən 1 il sonra uzun müddət mətbuatın gündəmində qalmışdı. Buna səbəb 2001-ci ildə Fəraməz Maqsudovun Bakıdakı evinə edilən silahlı basqın olmuşdu. Həmin basqın zamanı mərhum akademikin həyat yoldaşı Yevgeniya, qızları Elmira və Tamella evdə olmuşdular. Nəticədə akademikin arvadı və kiçik qızı Elmira öldürülmüş, böyük qızı Tamilla isə yaralanmışdı. O zaman bu qanlı hadisə ilə bağlı bir çox versiyalar səsləndirilmiş, amma olayın gerçək üzü ortaya çıxmamışdı.
Mərhum akademikin dostu, sabiq deputat Eldar Səfərov onunla bağlı xatirələrində yazır ki, “Fərəməz müəllimin ürəyi pambıq kimi idi… Bir də görürdün ki, onu razı salmayacaq bir hadisə tövrünü tamam dəyişdi… o zaman əlləri ilə dizlərinə vurar, rəngi payız yarpaqları kimi saralıb-solardı. Bu zaman dərdləşməyə adam axtarırdı. Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahından məni bayıra çıxarar və daş plitələrin üstündə oturub, dağı arana, aranı dağa aparıb-gətirərdik”.
“Fərəməz müəllim dəqiq elmlərin mahir bilicisi olsa da, poeziyani da çox gözəl bilirdi. Yaddaşı elə iti idi ki, şeiri 1-2 dəfə oxuduqdan sonra əzbər deyirdi. Azərbaycanın bütün guşələrini, elini-obasını sevərdi. Amma doğulub boya-başa çatdığı Naxçıvanın adı gələndə, elə bil, ona dünyanın ən böyük mükafatını ərməğan edirdin. Çox sevirdi o torpağı, onunla nəfəs alırdı…
Fərəməz müəllim adi adam deyildi. O, Azərbaycan elminə, xüsusilə dəqiq elmlərə böyük töhfələr vermiş görkəmli alim idi. Vətənin dar günündə qıraqda dayanmırdı, yüksək məziyyətlərə sahib bir ziyalı kimi həmişə hadisələrin mərkəzində olurdu”, - E.Səfərov yazır.
“O, unudulası şəxsiyyət deyildi. Allah heç kimi oğulsuz, övladsız, əqrəbasız eləməsin”,-deyə bildirən E.Səfərov Fəraməz Maqsudovla bağlı xatirəsində onun ömrünün son günlərinə də toxunub:
“YAP-ın qurucularından olan professor Əli Əlirzayev Moskva xəstəxanalarının birində xərçəngdən müalicə alan Fərəməz Maqsudovu yoluxmağa gedərkən gördüyü dəhşətli mənzərəni mənə danışdıqca, gözləri dolurdu. Üzünü tük basmış, danışmağa heyi qalmayan Fərəməz müəllim çarpayıda son günlərini sayırdı. Əli müəllim deyir: “Yaxınlaşıb əllərindən öpdüm, heç bilmədi… bu zaman məni hönkürtü, ağlamaq tutdu. Fərəməz müəllim sanki öz dunyasına qapılıb taleyi barədə düşünürdü. Qışqırdım ki, “Fərəməz müəllim, mənəm, Əlidir… Əli… Əlirzayev”…”
Əli müəllim uşaqların harada olduğunu soruşanda… Fərəməz müəllim gözlərini açıb xeyli ona baxıbmış. Sonra hər gözündən bir damla yaş gələ-gələ “Bilmirəm Əli, hara gediblər. Bəlkə məni tək qoyub Belarusiyaya – qohumlarına dəyməyə gediblər…” - deyib.
Məlum olur ki, doğrudan da belə olub; həyat yoldaşı (akademikin xanımı Yevgeniya belarus idi-red.) və qızı onu tənha atıb, qohumları yoluxmağa gedibmişlər…
Ay dünya, dünya… nə vəfasızmışsan! Bir həftə sonra Fərəməz Maqsudov gözlərini əbədi yumur. Bundan bir neçə ay sonra qana susamış vəhşi cinayətkarlar evə daxil olaraq, Fərəməz müəllimin həyat yoldaşının və qızının başını kəsirlər. Bax beləcə bir evdə, bir ocaqda həyat həmişəlik sönür”.

Oxşar xəbərlər
- Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif
10 sentyabr 2025 09:54
- Azərbaycan diaspora rəhbəri deputatlığa gedir – Rusiyada görünməmiş hadisə
7 sentyabr 2025 21:47
- Dəmir barmaqlıqlar arxasında dözə bilməyən məmurlar...- FOTOLAR
6 sentyabr 2025 14:37
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
4 sentyabr 2025 13:56
- Elmira Axundovanın adı keçən iş Sabunçu məhkəməsində - Gizli ödəmə və açıq haqsızlıq
2 sentyabr 2025 16:22
- Astarada məsciddə MOLLA AĞZINDAN bıçaqlandı - KREDITƏ görə..
2 sentyabr 2025 10:27
- Lisey direktorunun ölkədən çıxışına STOP qoyuldu
1 sentyabr 2025 15:34
- Naxçıvanda 75 yaşlı qarını qəddarlıqla öldürən 2 qadının məhkəməsi keçirildi
1 sentyabr 2025 13:53
- Azərbaycanda REKTORSUZ universitetlər....
27 avqust 2025 14:06
- Ramiz Mehdiyevin arvadının ŞƏRAB ZAVODU
27 avqust 2025 11:12
Xəbər lenti
- Prezident yol təmirinə 1,5 milyon manat ayırdı (SƏRƏNCAM)
11 sentyabr 13:23
- Daha 4 itkin şəhidimiz dəfn olunacaq - Foto
11 sentyabr 11:37
- Günəş nədən ibarətdir və niyə Yeri yandırmır? - Cavab sizi təəccübləndirə bilər
11 sentyabr 11:22
- Azərbaycanda ilk dəfə qadın hərbi həkimlər hazırlanacaq
11 sentyabr 10:45
- Türkiyə həftədə 4 günlük iş rejiminə KEÇİR
11 sentyabr 10:33
- Azərbaycan kürünü xaricə neçəyə satır?
11 sentyabr 10:27
- Ali təhsili yoxdur, dünyanın ən varlı adamıdır - Maskı da geridə qoydu
11 sentyabr 03:37
- NAR və YAŞAT Fondu şəhid övladlarını təbrik etdi - Fotolar
11 sentyabr 01:46
- Sülhü pozmaq istəyən qüvvələr var - Paşinyan
11 sentyabr 01:40
- Azərbaycanlı oğlana görə dinini və adını dəyişən çinli xanım (MÜSAHİBƏ/FOTO)
10 sentyabr 18:43
- Prezident Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında (FOTO)
10 sentyabr 18:30
- Beynəlxalq Böhran Qrupundan Bakıya sensasion təklif
10 sentyabr 09:54
- Hikmət Hacıyev ABŞ-da mühüm görüşlər keçirdi (FOTO)
10 sentyabr 09:45
- Azərbaycan nümayəndəsi BMT-də komitə sədrinin müavini seçilib
10 sentyabr 00:34
- Məhkəmə Qabil Məmmədovla bağlı QƏRAR VERDİ
09 sentyabr 22:48
- Pakistanlı MBA tələbələri ULDUZ şokolad fabrikində istehsalat turunda iştirak ediblər
09 sentyabr 21:13
- Məktəb direktoru qızına görə işdən çıxdı: Mənə bibi deyirdi
09 sentyabr 20:53
- Azərbaycanın çinli əsgəri: O, niyə ordumuzda xidmət edir? (FOTO/VİDEO)
09 sentyabr 13:13
- Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı - 235 MİLYON
09 sentyabr 13:03
- 23 saat 43 dəqiqə - suverenliyimizin tam bərpasının ikinci ili...
09 sentyabr 10:52
- Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək - ŞAD XƏBƏR
09 sentyabr 10:30
- Masazırdakı duz gölünə kanalizasiya suyu axıdılır
09 sentyabr 10:22
- Camaat ƏT ALA BİLMİR, çox bahadır - VİDEO
09 sentyabr 10:14
- Prezident forum iştirakçılarına müraciət etdi
09 sentyabr 10:02
- Tiflis qarışdı: İqtidarla müxalifət əlbəyaxa döyüşə çıxdı
09 sentyabr 00:25
- Şəhid anaları, onlara qarşı vicdansızlıq edən vəzifə sahibləri və….
08 sentyabr 22:11
- Santuş AFFA-dan təzminat tələb edir – ŞOK MƏBLƏĞ
08 sentyabr 19:42
- Atam son nəfəsinə qədər qardaşım Çingizi pis vərdişlərdən uzaqlaşdıra bilmədi - FOTO
08 sentyabr 19:20
- İlham Əliyevin Astanaya səfəri hazırlanır
08 sentyabr 18:54
- NAR ilin ən uğurlu abituriyentlərini mükafatlandırdı - Fotolar
08 sentyabr 18:48
Video & Fotoqalereya
Video
Fotoqalereya