Abşeron rayon prokurorundan Baş prokurora ŞİKAYƏT
“Qafqaz Hüquq Mərkəzi” MMC-nin baş direktoru İlqar Abbasov Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə müraciət edib.
Müraciəti dərc edirik:
Hörmətli Baş Prokuror !
Sizin Baş Prokuror vəzifəsinə təyin olunmağınız korrupsiya, rüşvətxorluq, süründürməçilik və digər vəzifə cinayətlərinə qarşı mübarizənin daha da kəskin aparılacağı barədə cəmiyyətdə inam yaradıb.
Ölkə rəhbərliyinin daim nəzarətində olan bu sahədə tədbirlər keçirilərək bir sıra vəzifəlilər ifşa edilib məsuliyyətə cəlb olunsalar da, təəssüf ki, rəhbərliyin etimad göstərib, etibar etmiş olduğu bəzi məmurların məsuliyyətsizliyi, yaxud da digər neqativ hərəkətləri dövlətin nüfuzuna xələl gətirməklə bərabər, vətəndaşın haqlı narazılığına səbəb olur və nəticədə ictimaiyyətdə də haqlı narazılıq yaranır.
Müraciət etməyimə əsas, sahibkar fəaliyyəti ilə məşğul olan A. İsmayılovun ona hüquqi xidmət edilməsinə dair “Qafqaz Hüquq Mərkəzi” MMC ilə bağlamış olduğu hüquqi xidmət müqaviləsidir.
Səbəb isə, müraciət etdiyimiz şikayətlərin yoxlanılmasına aidiyyəti olan Abşeron rayon prokurorluğunun və Baş Prokurorluğun bəzi vəzifəli şəxslərinin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini 6 ay ərzində pozmaları və bu günə kimi israrla davam etdirmələridir.
Belə ki, vətəndaş A.İsmayılovun sahibkarlıq fəaliyyəti göstərdiyi, hüquqi ünvanı Xırdalan şəhəri, H.Əliyev pr. 15 olan “MAGNA TRANS” MMC-nin fəaliyyətinə aidiyyəti olan və kənar şəxlərdən yaradılmış bir mütəşəkkil dəstə üzvlərinin MMC-nin əmlakını və külli miqdar məbləğdə pul vəsaitini mənimsəməklə törədilmiş olduqları və bu günlərdə də davam etdirdikləri:
- özbaşınalıq,
- qanuni sahibkarlıq fəaliyyətinə mane olma,
- dələduzluq yolu ilə xüsusilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə,
- xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və etibar edilmiş özgə əmlakını talama,
- külli miqdarda ziyan vurmaqla qəsdən və saxta müflisləşmə,
- sənədləri saxtalaşdırma yolu ilə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulması və bir sıra digər qanunazidd əməllərin törədilməsi barədə ilk dəfə müraciət etdiyimiz sahibkarın şikayət əizəsi, Baş Prokurorluq tərəfindən məktubla (02.02.2021-ci il, №21-090-01-01- 006812) “baxılması və nəticəsi barədə şikayətçiyə bildirilməsi” göstərişi ilə Abşeron rayon prokurorluğuna göndərilmişdir.
Abşeron rayon prokuroru Qabil Qasımovun imzaladığı məktubla (18.02.2021-ci il, №201-Ş21) bizə cavab verilmişdir ki, “müraciət araşdırılması üçün” Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə (Sumqayıt şəh.) göndərilmişdir.
Əvvəlcədən bildirim ki, 4 ay sonra, sorğumuza (21.06.2021-ci il, №1/76) 2 Saylı Ərazi Vergilər Baş İdarəsi (Sumqayıt şəh.) cavabında (30.06.2021-ci il, №210202041783700) bildirmişdir ki, “Abseron rayon prokurorluğundan 18.02.2021-ci il tarixli, №201-9-21 sayll məktub bas idarəyə daxil olmamışdır.”
Həmin sorğumuza isə (21.06.2021-ci il, №1/76), Abşeron rayon prokurorluğu cavab verməmişdir.
Baş Prokurorluqdan göstərişlə gəlmiş sənədi Abşeron rayon prokuroru icra etmək əvəzinə, yəni qanunazidd əməllər barədə şikayətinə dair vətəndaşın heç bir izahatını almadan, ondan sənəd-sübut tələb etmədən, guya “müraciəti araşdırılması üçün” Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə (Sumqayıt şəh.) göndərməsi və bununla da, kimlərinsə əməllərini ört-basdır etməyə cəhd göstərməsi, ancaq saymazlıq və biganəlikdən irəli gəlirmi?
İkinci dəfə, müraciət etdiyimiz (15.03.2021-ci il, №1/25) eyni məzmunlu şikayət Baş Prokurorluq tərəfindən yenə də yoxlanılması üçün (01.04.2021-ci il №21-0090-01-01-022691), Abşeron rayon prokurorluğuna göndərilsə də, Abşeron rayon prokurorluğu, ümumiyyətlə, susqunluq mövqeyini seçərək, cavab verməyi belə rəva bilməmişdir.
Bu səbəbə, şikayətlərin aqibəti ilə maraqlanmaq üçün, 23.04.2021-ci ildə Abşeron rayon prokurorluğunda olarkən, prokuror köməkçisi Tural Maqsudov şikayətlə bağlı heç bir yazılı izahat almadı və hər hansı bir prosessual sənəd tərtib etmədi, sadəcə şikayətçini dinlədikdən sonra, “məsləhətləşib mütləq sizə zəng edəcəyəm” vədi ilə öz vəzifə borcunu yerinə yetirmiş hesab etdi.
Lakin, nə qədər ciddiyətlə söz vermiş olsa da, şikayətçiyə zəng etməyi tamam “unutdu”. Prokuror köməkçisi Tural Maqsudov vətəndaşı aldatdığı üçün, poçt vasitəsi ilə tərəfimizdən göndərilmiş “xatırlatma məktubu” 26.04.2021-ci ildə Abşeron rayon prokurorluğunda qəbul edilsə də, yenə də heç bir tədbir görülmədi və cavab verilmədi.
Bu səbəbdən, əvvəl göndərilmiş sənədlərin surətləri də əlavə edilməklə, "Qafqaz Hüquq Mərkəzi" MMC-nin yeni məktubu ilə (04.05.2021-ci il, №1/53), 3-cü dəfə Baş Prokurorluğa və surəti ilə Abşeron rayonunun prokuroruna müraciət olunmuşdur. Bu günə kimi, şikayətçini qəbul edib izahatını almaqdan, məsələni mahiyyəti üzrə araşdırmaqdan Abşeron rayon prokuroru tam imtina etmişdir. Yenə də heç bir tədbir görülmədiyi üçün, sonuncu dəfə, 23.06.2021-ci il tarixdə Baş Prokurora tərəfimizdən teleqramla müraciət olunmuşdur. 12 gün keçməsinə baxmayaraq, Baş Prokurorluğun aidiyyəti əməkdaşları da şikayəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırmaq əvəzinə, qətiyyətli imtina mövqeyini tutmuşlar. Çoxsaylı müraciətlərimizə ancaq yuxarıda göstərilən 2 cavab məktubu verilmiş, qalanlar isə, gizlədilmişdir. Baş Prokurorluğun “Çağrı Mərkəzi”nin 961 nömrəli telefonu isə formal olaraq mövcuddur.
Hörmətli Baş Prokuror!
Bir neçə ay ərzində etdiyimiz müraciətlərdə, mütəşəkkil dəstə tərəfindən davamlı olaraq silsilə cinayət hadisələrinin törədilməsi barədə şikayətlərimizin yoxlanılması Baş Prokurorluq tərəfindən Abşeron rayon prokurorluğuna göstəriş verilsə də, həmin prokurorluq şikayətləri ciddi-cəhdlə ört-basdır edir, gizlədir, sorğularımıza cavab vermir, qəbulda olsaq da aldatmaqla qanunun tələblərini kobudcasına pozurlar.
Baş Prokurorluqda aidiyyəi məsələ üzrə vəzifə tutanlar isə müraciətlərimizi cavabsız qoyur, tabeçilkdə olan prokurorluğun qanuna zidd əməllərinə göz yumurlar və ən azından, Baş Prokurorluğun 30.07.2020-ci il tarixli Kollegiyasında təsdiq olunmuş “İşin Təşkili Qaydaları”nın tələblərinə biganəlik nümayiş etdirirlər. Bütün bu qanunazidd əməllər isə barəsində şikayət edilən mütəşəkkil cinayətkar dəstəyə himayədarlıq edildiyini düşünməyə əsas verir ki, vaxtında qarşısı alınmazsa, nəticədə mötərbər bir dövlət qurumunda da yeni bir korrupsiyalaşmış dəstənin “lövbər saldığı” aşkara çıxması ehtimal oluna bilər. Necə ki, bir neçə illər öncə, DİN-də “Hacı Məmmədov dəstəsi”, daha sonrakı illərdə isə, keçmiş MTN-də “Eldar Mahmudov çetesi” yuva salaraq ölkədə tüğyan edirdilər. Lakin, zamanları yetişəndə, ifşa olunaraq layiqli cəzalarını aldılar. Əlbəttə ki, bu sözlər heç də məmuniyyətlə deyilmir, ancaq həqiqəti deməmək də olmur.
Hörmətli Baş Prokuror !
“MAGNA TRANS” MMC-nin uzun illər ərzində özbaşınalıqla məşğul olan, özgəsinin əmlakını talayıb oğurlayan, sənədləri saxtalaşdırmaqla xüsusi ilə külli miqdar məbləğdə pul vəsaitini hesabatdan gizləməklə mənimsəməklə vətəndaşa və dövlət büdcəsinə böyük məbləğdə maddi ziyan vumuş və bu gün də davam etdirən mütəşəkkil dəstə barədə şikayətlərimizin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada baxılıb tədbir görülməsini, Abşeron rayon prokurorluğunun qanuna zidd əməllərinə hüquqi qiymət verilməsini Sizdən bir daha xahiş edirik.
Əvvəlcədən minnətdarlığımızı bildiririk!
Hörmətlə, baş direktor İlqar Abbasov
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi
26 fevral 2026 13:36
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 2026 01:40
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- 5-ci sinif şagirdi Tuncay Musalı Riyaziyyat fənni üzrə SASMO olimpiadasında gümüş medal qazandı FOTO
23 fevral 2026 17:48
- İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
22 fevral 2026 12:26
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
