"O, əcnəbiləri evinə dəvət edər və 50 dollara həyat yoldaşını təklif..
Müsahibə16 iyul 2021 01:37
Moderator.az gündəmin ən aktual mövzusu ətrafında millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevə fikirlərini öyrənmək üçün müraciət edib:
- Qüdrət bəy, son vaxtlar narkotikaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülən işlərə ictimaiyyətin dəstəyini yetərli hesab edirsinizmi?
- Beynəlxalq təcrübə göstərir ki, bu bəlaya qarşı effektli mübarizə maarifçilikdən və hüquq mühafizə orqanlarının peşəkar səviyyədə apardığı mübarizədən asılıdır. Son dövrlər Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, DİN tərəfindən böyük miqdarda narkotik vasitələrin tutulmasını müşahidə edirik. Cinayətkarların həbsi və narkotik vasitələrin dövriyyədən çıxarılması nə qədər müsbət hal olsa da, dövriyyədən çıxarılan narkotikin miqyası hər bir vətəndaşımızı ciddi narahat etməlidir. Ona görə də həm dövlət orqanları, həmçinin hər birimiz narkotika əleyhinə təbliğatçıya çevrilməli, hüquq mühafizə orqanları ilə bu istiqamətdə yaxından əməkdaşlıq etməliyik. Narkotikin hansı faciələrə yol açdığını konkret faktlarla, misallarla insanların diqqətinə çatdırmalıyıq. Rastlaşdığım bir faktı açıqlayım. Prokurorluqda işlədiyim zaman gənc bir qadının itkin düşməsi ilə əlaqədar faktı araşdırarkən avtomobillərin təmiri ilə məşğul olub çoxlu pul qazanan bacarıqlı gənc bir ustanın necə narkotikaya cəlb edilməsinin şahidi oldum. Həmin şəxs bir müddət sonra həyat yoldaşı olan əmisi qızını da narkotikaya yoluxdurmuşdu. Artıq narkoman olduğundan bütün müştərilərini itirmişdi və bu səbəbdən pul qazana bilmədiyi üçün mehmanxanaların qarşısına gedib, xarici vətəndaşları evinə dəvət edər, onlara 50 dollar qarşılığıında həyat yoldaşı ilə yatmağı təklif edərmiş. Sonra bu minvalla da narkotika üçün pul qazanmağın çətinliyini görüb həyat yoldaşını fahişəlik etməsi üçün Dubaya göndərmişdi. Narkomanların bundan da ağır cinayətləri və qanlı əməlləri barədə saysız - hesabsız faktlar mövcuddur. Narkotikdən istifadə edən gənclər onları nəyin gözlədiyini bilməlidir. Məktəblərdə artıq 4-5 ci siniflərdən başlayaraq şagirdlərə bu mövzuda bilgi verilməlidir.
Hazırda daxili işlər naziri ciddi iradə ortaya qoyub, inanıram ki, geniş ictimai dəstəyin olacağı təqdirdə cinayət aləmində müxtəlif titullar daşıyan, cinayətkar dəstələrə başçılıq edən şəxslərə ölkəmizdə yer olmadığı kimi, narkodillerlərə də yer olmayacaq. Narkotika alveri ilə məşğul olanlarla əlbir olan, onlara keçiriləcək əməliyyatlar barədə informasiya ötürən şəxslərin dövlət hakimiyyət orqanlarında mövcudluğunu araşdırmaq və daha effektli mübarizəyə töhfə vermək üçün bu işə Dövlət Təhlükəsizliyi Xidmətinin də qoşulmasına böyük ehtiyac vardır. Narkotika ilə mübarizə həm də millətin və dövlətin təhlükəsizliyi, onun genefondunun qorunmasıdır.
Bu işə Xarici İşlər Nazirliyi də cəlb olunmalı, bu sahədə fəaliyyət göstərən beynəlxalq və regional təşkilarlarla əməkdaşlıq gücləndirilməli, qonşu dövlətlərlə birgə fəaliyyət barədə razılığa gəlinməlidir. Yalnız bu halda yüz milyardlarla dolların dövriyyədə olduğu bir sahəyə qarşı mübarizədə ciddi uğurlar qazanmaq mümkündür.
Eyni zamanda, kimyəvi tərkibli ağır narkotikaya qaşı mübarizəni gücləndirməklə yanaşı yüngül, ot tərkibli marixuananın leqallaşdırılması barədə də ictimai müzakirələrin açılmasına ehtiyac var.
Bir dəfə ABŞ-da səfərdə olarkən Çikaqo Apelliyasiya Məhkəməsinin Aparat rəhbəri ilə görüşürdük. Narkotiklərin yayılması barədə söhbət edərkən o dedi ki, bir gün süfrə arxasında oğlanlarından soruşub ki, kim onun üçün bir kilo narkotik maddə ala bilr. Oğlanlarının hamısı bir ağızdan deyib ki, bunu edə bilərlər. Sadəcə zaman fərqi olub, kimisi yarım saata, kimisi bir saata bunu edə biləcəyini söyləyib. Yeri gəlmişkən deyim ki, ABŞ dünyada ən güclü hüquq mühafizə orqanları sisteminə malik olan ölkədir. Ona görə də o yüngül uyuşdurucu tərkibli otların (marixuananın) xüsusi nəzarət altında satılmasının tərəfdarı olduğunu söyləyirdi. Həm də bu yolla istifadəçi şəxslərin qeydiyyata götürülə biləcəyini vurğulayırdı.
Oxşar xəbərlər
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
1 mart 2026 13:56
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 2026 18:57
- TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
24 fevral 2026 11:03
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 2026 10:59
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
