Deputat Kərim Vəliyevi xarakterizə etdi...
"Kərim Vəliyev peşəkar hərbçi, mədəni insan, kommunikativ məmur kimi xarakterizə oluna bilər. Bu səbəbdən də hazırda məhz onun bu cür məsul vəzifəyə gətirilməsini məqbul sayıram".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa Prezident İlham Əliyevin Müdafiə nazirinin müavini Kərim Vəliyevlə bağlı sərəncamından danışarkən deyib. Deputat bildirib ki, adamları bir çox hallarda olduğundan artıq şişirdirik:
"Uzun illər Azərbaycan ordusunun baş qərargah rəisi işləmiş Nəciməddin Sadıqov da ictimai rəydə bu cür qalıb: hər şeyə qadir, böyük bir şəbəkəsi olan və bu millətə düşmənçilik edən, torpaqların ititriməsində rolu olan adam. Ancaq məsələ şişirdildiyi kimi də deyil. Yaxın qonşuların xüsusi xidmət orqanları ilə bağlılığı olan bir sıra tanınmış şəxslər var ki, qabiliyyətcə bəsit bir krossvordu belə həll edəcək qafaya sahib deyillər. Sadəcə arxasında duran şəbəkə elə bir maddi və lojistik dəstək verir ki, adam özü cəmiyyətin gözündə böyüməyə başlayır. Xalq Cəbhəsi dövründə də bunu dəfələrlə müşahidə etmişik. Ən qorxaq adam gedib Rusiyanın hərbi bazasından guya silah, texnika oğurlayırdı və bu qabiliyyətinə görə hər kəs bir kənara durub yerini ona verirdi. Sonra da bu adamlar əhəmiyyətli postları tutub dövlətin yıpranmasını təmin edirdilər. Yəni bu günədək ordumuzdakı bu kimi ünsürlərin arxasında duran xarici şəbəkə onu hərtərəfli qoruyurdu və toxunulmaz adam imici yaranmışdı. Lakin 44 günlük savaşda bıçaq sümüyə dayandığında düşmənin içimizdəki mogikanlarından bəziləri ilə birtəhər üzülüşmək mümkün oldu. İndi isə bu posta general Kərim Vəliyev təyin olundu".
Fazil Mustafa əlavə edib ki, Kərim Vəliyev 2001-ci ildə yenidən qanunsuz olaraq döyüş bölgəsinə zabit kimi hərbi xidmətə aparılarkən göndərildiyi korpusun komandiri olub:
"Orduda xüsusi islahatçı keyfiyyəti ilə seçilməsə də, əsgər və zabitlərlə mədəni davranan, adı korrupsiyada hallanmayan az sayda yuxarı ranq zabitlərdən idi. Xidmətə davam etdiyim müddətdə Kərim Vəliyevi Bakıya apardılar və yerinə Qabil Məmmədovu təyin etdilər. Sonra üzərindən illər keçəndən sonra bir deputat kimi Müdafiə Nazirliyində normal təmas saxlayacağım səlahiyyətli şəxslərdən bəlkə də birincisi Kərim Vəliyev idi və müraciət olunan hər məsələyə xüsusi həssaslıqla yanaşdığını müşahidə edirdim".
Deputat bununla yanaşı ordu ilə bağlı gözləntilərinin fərqli olduğunu vurğulayıb:
"Fikrimcə, ordumuzda ən ciddi problem korrupsiyadır. Bütün qeyri-peşəkarlığın, nizamnamədənkənar davranışların mənbəyi buradan başlayır. Ölkə prezidentinin ən çox diqqət ayırdığı sahənin ordu quruculuğu olduğunu sadəcə ayrılan illik büdcə vəsaitlərindəki rəqəmlərə baxmaqla anlamaq mümkündür. Doğrudur, biz 44 günlük savaşda ancaq müsbət cəhərlərə diqqət yetirdik, ancaq yetərincə neqativ hallar oldu ki, bunları qapalı auditoriyalarda hökmən müzakirə etməliydik. Çünki ordu hər birimizin canıyla, qanıyla bağlı olduğu bir qurumdur, onu sağlam təməl üzərində görmək hamımızın arzusudur. Ancaq bir savaş göstərdi ki, bu qələbə ölkə prezidentinin dəyanətli duruşu və diplomatik manevrləri, Azərbaycan əsgər, gizir və zabitlərinin rəşadəti və qardaş Türkiyənin mənəvi və başqa xarakterli dəstəyi ilə qazanıldı. İmtahandan kəsilənlər də az olmadı. Generallardan tutmuş əsgərə, texniki personala qədər. Ona görə də yeni təyin olunan Baş Qərargah rəisinin ilk addımı orduda islahatların həyata keçirilməsi ilə bağlı təkliflər olmalıdır".
Deputatın fikrincə, bir sıra əhəmiyyətli postlara müqavilə əsasında Türkiyədən təcrübəli mütəxəssislər gətirilməlidir ki, tezliklə tam şəkildə NATO standartlarına keçə bilək:
"Durum 5 il, hətta 1 il əvvəlki deyil. Kimsə Türkiyə personalının ordumuzda yer almasına qarşı maneçilik yarada bilməz. Bu, birinci növbədə korrupsiyaya qarşı mübarizə üçün vacibdir. Orduda təmiz, vicdanlı insanlarımız yetərincədir. Lakin hamı hamı ilə bu və ya digər formada bağlı olduğundan bir-birini yola verməklə çox zaman işlərini bitmiş hesab edirlər. Qardaş ölkənin ordusunun ən böyük silahı intizam olduğundan, burada belə bir çətin problemi də həll edəcəklərinə şübhə yoxdur.
Sözümün canı budur ki, rəsmi olaraq tanınan Azərbaycan ordusunu mənəvi olaraq təm şəkildə Türk ordusuna çevirmək, həm də qısa müddətə bunu etmək həyati əhəmiyyət daşıyır. Elə bir bölgədəyik ki, hər an müharibə riski ilə üz-üzə qala bilərik. Ordumuz saat mexanizmi kimi işləməlidir".
Fazil Mustafa təəssüf hissi ilə bildirib ki, ordu və təhlükəsizlik orqanları üzərində parlament nəzarəti müxanizmi yoxdur:
"Bu isə həmin qurumlarla konstruktiv əməkdaşlığa imkan vermir və baş verən neqativ hallar barədə deputatlar da vaxtında müzakirə apara bilmirlər. Halbuki ATƏT-ə üzv olan bütün ölkələrdə bu mexanizm sabit formada işləyir və sağlam parlament-ordu münasibətləri mövcuddur. 44 günlük savaş hər birimizdə ordumuzun, onun əsgər və zabitinin dəyərini daha dərindən anlamağa imkan verdi. Bu dəyəri uca saxlamağa cəmiyyətimizin insanlarından daha artıq ordu mənsubları səy göstərməlidirlər. Köklü islahatlar da məhz bu nüfuzun qorunmasına yönəlməlidir".
Oxşar xəbərlər
- Prezident Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi
3 may 2024 12:58
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
3 may 2024 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
2 may 2024 22:16
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
2 may 2024 21:18
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
2 may 2024 18:19
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
2 may 2024 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
2 may 2024 12:44
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
1 may 2024 22:28
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
1 may 2024 21:56
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
3 may 2024 13:04
Xəbər lenti
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19
- Cahangir Hacıyev aclıq aksiyasına başladı
03 may 13:17
- Prezident Səudiyyə Ərəbistanının energetika nazirini qəbul etdi
03 may 12:58
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
03 may 12:45
- Komitə İRŞAD-dan kompüter aldı, özünü dərdə saldı — FAKT
03 may 12:39
- İndiki nazirlərin çoxunu tanımıram - Elmar Məmmədyarovla müsahibə
03 may 11:51
- Ramiz Mehdiyevin kürəkəni məhkəmədə 3 milyonluq MMC-ni 1 qara qəpiksiz almışam dedi, videoçəkilişi gizlətdilər
02 may 22:16
- Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - Fotolar
02 may 21:18
- Dramatirix Hüseynbala Mirələmova Türkiyənin xüsusi mükafatı təqdim edildi (FOTO)
02 may 18:19
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
02 may 17:51
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
01 may 15:50
Video & Fotoqalereya
Video
Fotoqalereya