Zəngilanlı Piriyevin həqiqətən 560 milyon dolları var? -Mübahisə
Maraqlı8 avqust 2021 11:48
Londonun "West Ham United” futbol klubunun səhmlərini 400 milyon funt sterlinqə (təxminən 560 milyon dollar) almaq istəyən azərbaycanlı iş adamı, "Beynəlxalq Bank işi” üzrə istintaqa cəlb olunmuş "kredit oliqarxı” Nizami Piriyevin oğlu Nəsib Piriyevdə həqiqətən bu qədər vəsaitin olması şübhə doğurur.
Virtualaz.org "The Athletic” nəşrinə istinadən xəbər verir ki, "West Ham United” klubunun rəhbəri və majoritar səhmdarı Devid Sallivan Piriyevin təklifini ”gülməli” adlandırıb və rədd edib. Bildirib ki, Nəsib Piriyevin Londondakı "PAI Capital” şirkəti heç vaxt klubu almaq üçün təklif edilən məbləğə malik olduğu haqda sübut təqdim etməyib.
Lakin "PAI Capital” şirkəti klubu almaq üçün təklif edilən məbləğə malik olduğunu israrla bildirir. "PAI və bizim hüquq məsləhətçimiz "West Ham United” klubunun sahiblərinə səhmlərin alınması üçün təklif edilən vəsaitə malik olduğuna dair sübutları təqdim edib və kommersiya razılaşmasının əldə ediləcəyi təqdirdə həmin vəsait dərhal klubun indiki sahiblərinə ödəniləcək”,-Nəsib Piriyevin Londondakı investisiya şirkətinin yeni açıqlamasında deyilir.
"West Ham United” klubunun səhmləri hazırda fərdi investorlar Devid Sallivana və Devid Qolda məxsusdur. "PAI Capital” şirkəti isə Böyük Britaniyanın "Queens Park Rangers” futbol klubunun keçmiş rəhbəri Filip Birda ilə tərəfdaşdır. Filip Birda bildirir ki, klubun səhmləri üçün 400 milyon funt sterlinq təklifi həqiqətən sərfəlidir. Devid Sallivan da klubun səhmləri üçün əvvəldən həmin məbləği istəyib.
Lakin nəşr qeyd edir ki, Sallivan və onun çoxdankı işgüzar tərəfdaşı Devid Qod, habelə klubun kiçik səhmdarları olan amerikalı investor Albert Smit "PAI Capital” şirkətində əslində klubu almaq üçün pul olduğuna əmin deyillər.
Xüsusən də klubun sahibləri nəzərə alırlar ki, Nəsib Piriyevin və onun atasının adı Azərbaycanda böyük korrupsiya ilə bağlı hüquqi mübahisələrdə hallanır.
Nizami Piriyev Azərbaycan Beynəlxalq Bankından Qaradağda metanol zavodu tikmək üçün aldığı və faizləri ilə birlikdə 830 milyon dolları keçən krediti mənimsəməkdə ittiham olunaraq 2015-ci ildə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılmışdı. Onun barəsində məhkəmə 3 aylıq həbs qətimkan tədbiri seçmişdi.
Piriyev daha sonra SOCAR-la anlaşdı və onun "AzMeCo” şirkəti metanol zavodunu dövlət neft şirkətinə verdi, əvəzində kredit borclarının qaytarılacağına dair SOCAR-dan təminat aldı və həbsdən çıxdı. Piriyevin metanol zavodu fəaliyyətə başladıqdan qısa zaman sonra, xammal qismində təbii qazın təchizatının dayandırılmasına görə işini dayandırmışdı.
N.Piriyev həbs olunandan sonra onun oğlu Nəsib Piriyev Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmişdi. Piriyevin barəsindəki axtarış qərarının daha sonra ləğv edilib-edilmədiyi məlum deyil. Hazırda onun adı İnterpol-un axtarışda olan şəxslər siyahısında yoxdur.
Devid Sallivan və onun ortağı Devid Qold azərbaycanlı "kredit oliqarxı"nın oğlunun 560 milyon dollarının olduğuna əmin deyil...
Qeyd edək ki, "PAI Capital” şirkəti bundan əvvəl yaydığı açıqlamasında Nəsib Piriyevin "West Ham United” klubunu almaq istəyini biznesmenin lap uşaqlıqdan həmin klubun və İngiltərə yığmasının çılğın azarkeşi olması ilə əsaslandırmışdı. Lakin nədənsə ingilis futbolunun çılğın azarkeşi 2019-cu ildə Fransada "Marcel” futbol klubunu almaq istəyirdi və bu sövdələşmə baş tutmamışdı.
Oxşar xəbərlər
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 2026 21:07
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 2026 22:10
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
Xəbər lenti
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
