Nurlanı vuran sürücü niyə həbs edilmir? - VİDEO Ürəyi zəif olanlar ...
“Avqustun 7-si 13 yaşlı övladım Nurlan Baxışov 99-KL-247 nömrəli “Mazda” markalı avtomobillə vurularaq öldürülüb. Hadisədən bir həftəyə yaxın vaxt keçsə də, hələ də sürücü azadlıqda gəzir. Hadisəni törədən qadın olsa da, istintaq onu gizlədir, bizə sürücü kimi başqasını təqdim edirlər”.
Bu iddia ilə “Qafqazinfo”ya Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində faciəvi şəkildə həlak olan azyaşlının atası Əyyar Baxışov müraciət edib.
Onun sözlərinə görə, hadisə gözlərinin qarşısında baş verib:
“Həmin gün, gecə saatlarında Nurlanla Yasamal parkından gəlirdik. İki gündən sonra uşağın ad günü olacaqdı. Dedi ki, sinif yoldaşları ona sürpriz edib ad gününü keçirmək istəyirlər. Yolun o biri tərəfində şirniyyat mağazası var idi, əl çəkmədi ki, mağazaya baxaq, bəlkə, elə uşaqlar gəlib oradan tort alsınlar. Dilim-ağzım bağlandı, heç nə deyə bilmədim, əlindən tutub yolu keçdik. Yol da boş idi, zolağa qədər getdik, qabaqda işıqfor açıldı.
Gözlədik ki, yoldakı 3-4 maşın keçsin, rahat gedək. Həmin vaxt arxadan gələn avtomobil bizi vurdu. Mənim topuğumdan dəydi, Nurlan da məndən bir neçə addım arxada dayanıb ad günü ilə bağlı söhbət edirdi. Bir də gördüm ki, uşaq yoxdur...”
Ə.Baxışovun sözlərinə görə, arxadan onları vuran “Mazda” markalı avtomobili qadın sürücü idarə edib və yanında bir neçə sərnişin də olub. Ata iddia edir ki, sürücü vurduğu şəxslərə kömək göstərməyib:
“Heç bizə yaxın da gəlmədilər. Yaxınlıqdakı insanlar kömək etdilər. Həmin vaxt parkdan keçən tibb bacısı uşağın nəbzini yoxladı. Dedi ki, nəbzi vurur, təcili yardımı gözləməyin, tez xəstəxanaya çatdırın. Mərkəzi Klinik Xəstəxanaya çatdırdıq, həkimlər dedilər ki, uşaq artıq keçinib. Nədənsə, meyiti xəstəxanada 14 saat saxladılar.
Mən öyrəndim ki, əslində, xəstəxana ölünü yarım saat və ya bir saat saxlaya bilər. Sonra Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilməlidir. İstintaqda iş düz aparılmır. Hazırda uşağı vuran adam azadlıqdadır, saxlanılmayıb.
Deyirlər, bizim onu tutmağımız üçün bu şərtlər olmalıdır: ya hadisə yerindən qaçmalı, kömək etməməli və ya sərxoş olmalıdır. Halbuki vuran şəxs bizə kömək etməyib. Mən öyrəndim ki, hadisə yerində olan müstəntiqin tələbə yoldaşı olub və onu buraxıb. Sürücü xanım idi, indi Qasımov Vəli Müslüm oğlu adlı bir nəfər ortaya çıxıb ki, avtomobili mən sürmüşəm”.
Şikayətçi deyir ki, bu bir neçə gün ərzində ölüm faktı ilə əlaqədar üç müstəntiq dəyişdirilib.

Şikayətlə bağlı Respublika Baş Prokurorluğuna müraciət etdik. Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq təsdiqlənib ki, Qasımov Vəli Müslüm oğlu 7 avqust 2021-ci il tarixdə, saat 22:30 radələrində "Mazda CX-5" markalı, 99-KL-247 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu Ş.Mehdiyev küçəsi ilə "Lider" TV istiqamətində hərəkətdə olarkən həmin küçədə dayanmış piyadalar 2008-ci il təvəllüdlü, Baxışov Nurlan Əlyar oğlunu və Baxışov Əlyar Nurlan oğlunu vurub:
“Nəticədə piyada Nurlan Baxışov zərbədən əks hərəkət zolağına düşməklə əks istiqamətdə olan Zəbiyev Kazım Qasım oğlunun idarə etdiyi “Toyota Prius” markalı, 99-OB-985 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinə çırpılaraq ölməsinə səbəb olan bədən xəsarətləri yetirərək, yol-nəqliyyat hadisəsi törədib.
Faktla bağlı Yasamal RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 və 263.4-cü maddələri ilə cinayət işi başlanıb. Hər iki sürücü təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Barələrində həbs qətimkan tədbrinin seçilməsi üçün tərəfimizdən məhkəməyə təqdimatlar göndərilib.
Məhkəmənin qərarı ilə “Toyota Prius” markalı, 99-OB-985 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zəbiyev Kazım Qasım oğlu barədə həbs-qətimkan tədbiri seçilib, lakin “Mazda CX-5” markalı, Az 99-KL-247 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Qasımov Vəli Müslüm oğlu barəsində məhkəmə həbs-qətimkan tədbirinin seçilməsindən imtina edib. Bununla bağlı prokurorluq həmin qərardan protest verib”.
Prokurorluqdan həmçinin bildirilib ki, müstəntiq Samir Ağayevdir, heç bir müstəntiq dəyişikliyi olmayıb.
Əyyar Baxışov redaksiyamıza, eyni zamanda, qəzanın videosunu da təqdim edib. Görüntülərdən aydın olur ki, azyaşlını əvvəlcə “Mazda CX-5” markalı maşının sürücüsü vurur, yalnız bundan sonra uşaq əks tərəfdəki “Toyota Prius”un qarşısına düşür. Ürəyi zəif olanların videoya baxmağı tövsiyə edilmir:
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 2026 11:03
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 2026 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
8 fevral 2026 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
8 fevral 2026 12:25
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
