Vüqar Səfərli istintaqda Ramiz Mehdiyevin adını çəkdi

Hazırda həbsdə olan və 25 milyon manata yaxın pulun mənimsənilməsində ittiham edilən KİVDF –nin keçmiş icraçı direktoru Vüqar Səfərli istintaqa ifadəsində icra etdiyi əməllərlə bağlı tapşırıqları Prezidentin sabiq köməkçisi Əli Həsənovdan aldığını deyib və əlavə edib ki, Ə.Həsənov da bunların Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin göstərişi olduğunu bildirib.
“Kriminalqafqaz”ın istintaq materiallarından əldə etdiyi məlumata görə, V.Səfərli ifadəsinə başlayarkən 2009-cu ildə onlara verilən ofisin əlverişsiz olduğunu deyib: “2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldıqdan sonra “İçərişəhər” metrostansiyasının yaxınlığında yerləşən sahəsi kifayət qədər kiçik mənzildə fəaliyyət göstərməyə başladıq. Ondan əvvəl bizə Fondun yerləşməsi üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən şifahi olaraq 8-ci km qəsəbəsində zirzəmidə yerləşən məkan təklif edildi. Təklif olunan həmin yer Fondun fəaliyyəti üçün münasib olmadığına görə oraya yerləşməkdən imtina etdik. “İçərişəhər” metrostansiyasının yaxınlığındakı yer də bizə uyğun deyildi və əməkdaşlarımızın işləməsi üçün kifayət qədər yer yox idi. Buna görə də, mən 2011-ci ildə Prezidentin köməkçisi və Fonda kuratorluq edən Əli Həsənovla məsləhətləşdikdən sonra Fondun fəaliyyət göstərməsi üçün münasib məkan axtarmağa başladım. Bu dəfə də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə şifahi və yazılı müraciət etdim”.
Vüqar Səfərli ifadəsində qeyd edib ki, daha sonra Əli Həsənovla görüşərək bu barədə danışıb: “Kuratorumuz Əli Həsənovun otağında onunla danışanda o, özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 23L ünvanında yerləşən binada yer təklif etdi. Həmin bina əvvəllər “Azərmətbuatyayımı” ASC-nin balansında olub. “Azərmətbuatyayımı” ASC-ni təsis edən müəssisə isə “Kaspi Az” MMC-dir. Həmin MMC-nin təsisçisi, yəni sahibi kuratorumuz Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır. Mən Əli Həsənovun təklif etdiyi bina ilə tanış olduqda Fondun fəaliyyəti üçün münasib yer olduğunu gördüm. Həmin binanın Əli Həsənovun ailəsinə məxsus olduğuna görə yox, şəraiti və yerləşmə yeri münasib olduğuna görə üçüncü mərtəbədə yerləşən 371 kvadratmetr sahəni rəsmi müqavilə ilə icarəyə götürdüm”.
V.Səfərli bildirib ki, müqaviləni özü Fondun icraçı direktoru kimi “Azərmətbuatyayımı” ASC ilə bağlayıb: “Həmin binada icarəyə verilən sahəyə ödənilən məbləğ hər ilin büdcəsi formalaşdırıldıqda Maliyyə Nazirliyi ilə razılaşdırılırdı. Maliyyə Nazirliyi heç vaxt ödənilən məbləğin normalara uyğun olmaması barədə Fonda irad bildirməyib. 2019-cu ildə ilkin bağlanmış icarə müqaviləsinə dəyişiklik edilərək əvvəllər həmin binada yerləşən “Bilik Fondu”ndan boşalan ikinci mərtəbədəki 421 kvadratmetrlik sahəni də icarəyə götürdük. Həmin müqaviləni Əli Həsənovun oğlu Şamxal Həsənovla bağladım. Çünki həmin bina rəsmi qaydada Şamxal Həsənovun adına keçirilmişdi. Əlavə 421 kvadratmetrlik sahənin icarəyə götürülməsini mənə Əli Həsənov tapşırdı. Hətta məsələdən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də məlumatlı olduğunu dedi və göstəriş verdi ki, Ramiz Mehdiyevin adına bu barədə məktub ünvanlayım. Əli Həsənovun dediyinə görə, həmin yeni icarəyə götürülən sahədə internet bloqerləri oturaraq fəaliyyət göstərməli idi. Həqiqətən də bir neçə bloqer həmin otaqlarda oturaraq qeyri-rəsmi formada fəaliyyət göstərirdilər”.
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
4 iyul 2025 19:44
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
3 iyul 2025 14:27
- Həbsdə olan vəkil Adəm Məmmədovun əmisi hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
2 iyul 2025 13:46
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SİYAHI
1 iyul 2025 19:04
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
3 iyul 2025 13:04
- Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian..
29 iyun 2025 23:53
- Korrupsiyaya qarşı Mübarizə İdarəsi Ağsu RİH-nin başçısı Rövşən Bağırovun əməllərini görmür ?
3 iyul 2025 13:02
- Ağsuda əməliyyat: 2 ay əvvəl Prezidentin MEDAL verdiyi Sənan Feyzullayev həbs olundu
29 iyun 2025 16:02
- Qitələri birləşdirən enerji siyasəti - Millət vəkili Cavanşir Feyziyev
29 iyun 2025 13:15
- Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
28 iyun 2025 11:39
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
03 iyul 02:06
- Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
03 iyul 01:15