Mən Vəliyə kişiliyimi sübut etmək istədim - ZORLAMA
Maqazin10 sentyabr 2021 01:17
Qazax rayonunda 1994-cü il təvəllüdlü Raul (adlar şərti verilib - red.) həmkəndlisi Səidəyə təcavüz edib.
Raul Qarapapaq kənd sakini Vəlinin onunla və ailə üzvləri ilə nalayiq hərəkətlər etməsi barədə həmkəndliləri arasında xoşagəlməz söhbətlər eşidib.
O, söz-söhbətin kənd camaatı arasında onu nüfuzdan salmasına əsəbiləşərək qisas niyyəti ilə Vəlinin arvadı Səidəni zorlamaq qərarına gəlib.
Gecəyarısı zorlamaya cəhd
Bu məqsədlə Raul 30 dekabr 2020-ci ildə gecə saat 1 radələrində Vəlinin Rusiyada olmasından istifadə edərək onun atasına məxsus Qarapapaq kəndindəki ikimərtəbəli evinə gəlib. Yataq otağında yatan Vəlinin 1984-cü il təvəllüdlü arvadı Səidəni yuxudan oyadaraq onunla cinsi əlaqədə olacağını deyib.
Qadının qışqıraraq evdə yaşayanları köməyə çağırması və müqavimət göstərməsinin qarşısını almaqdan ötrü fiziki zor tətbiq edib, əli ilə onun ağzını bağlayıb, zorla cinsi əlaqədə olmağa çalışıb.
Səidə Raulu özündən kənarlaşdırıb, səs-küy salaraq köməyə adam çağırmaq istəyib. Raul Səidəni əli ilə vuraraq ona bədən xəsarətləri yetirib, sonra cinsi əlaqədə olmaq niyyətini davam etdirib.
Qadın ona yenə müqavimət göstərib və Raulun əlindən çıxaraq qonşu otağa qaçıb. Səidənin otaqdan qaçdığını görən Raul pəncərədən küçəyə tullanaraq aradan çıxıb.
İki maddəli cinayət işi
İstintaq orqanı tərəfindən Raulun barəsində Cinayət Məcəlləsinin 29,149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmağa cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.
"Anamla, bacımla cinsi əlaqədə olması barədə danışıb"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Raul ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, anası və nənəsi ilə birlikdə Qazax rayonu, Qarapapaq kəndində yaşayır:
"Üç ildir pul qazanmaq məqsədilə Türkiyəyə getmişəm, orada usta işləyərək ailəmin dolanmasına kömək etmişəm. İstanbul şəhərində mənimlə birlikdə işləyən tanışım və həmkəndlim Vəlinin haqqımda kənd əhalisi içərisində nalayiq ifadələr işlətdiyi, guya mən uşaq olanda onunla oral sekslə məşğul olduğumu, bir neçə il əvvəl isə anam və bacıma qarşı nalayiq ifadələr işlətdiyini, onlarla guya cinsi əlaqədə olması barədə danışdığını öyrəndim.
Əvvəllər kənddə olarkən də bu barədə eşitmişdim. Özümü başa düşəndən təxminən 5-6 yaşlarında Vəlinin mənə qarşı bu cür hərəkətlər etdiyini tam olmasa da xatırlamışam. Vəli kənd içərisində danışarkən guya anamla, bacımla cinsi əlaqədə olduğunu da demişdi. Bu haqda bibim oğlu Ramiz də mənimlə 4-5 il əvvəl danışmışdı. Bu, mənim özümdən çıxmağıma səbəb oldu. Qazax rayonuna qayıtmağı qərara aldım".
"Münasibətin dəyişdiyini hiss etdim"
Raulun sözlərinə görə, İstanbuldan çıxaraq 25 dekabr 2020-ci ildə kəndə gəlib: "Qarapapaq kəndinə gəlməkdə məqsədim Vəli ilə görüşərək bu məsələni onunla danışmaq, bütün bu söz-söhbətlərə son qoymaq olub.
Yaşadığımız evi kirayə verdiyimiz üçün həmin kənddə nənəmin yanına getdim və orada qaldım. Kənddə olarkən həmkəndlilərimin davranışlarından Vəlinin haqqımda danışdığını, həmkəndlilərimin mənə münasibətinin dəyişdiyini hiss etdim".
"Bibim oğlu ağzından qaçırdı..."
Raulun ifadəsinə görə, dekabrın 29-da gündüz saatlarında yaşadığı məhəlləyə gedib: "Həmin vaxt Vəlinin arvadı Səidə məni küçədə gördü, bildirdi ki, bizimkilər evdədir, gəl onlarla görüş. Mən də Vəlinin evinə getdim. Evdə Vəlinin arvadı Səidə, qayınatası, qaynanası olub. Təxminən yarım saat ümumi mövzuda söhbət etmişik.
Səidə ilə münasibətlərimiz həmişə yaxşı olub. Onu özümə bacı kimi görmüşəm. Axşam saatlarında isə bibim oğlu Ramizlə evlərində görüşərək birlikdə spirtli içki qəbul etdik. Söhbət zamanı Vəlinin dedikləri barədə söhbət açıldı. Ramizdən Vəlinin ailə üzvlərim, yəni anam və bacım haqqında nalayiq ifadələr işlədib-işlətmədiyini soruşdum.
Ramiz Vəlinin ailə üzvlərim haqqında nalayiq ifadələr işlətməsi, anam və bacımla cinsi əlaqədə olması barədə danışdığını ağzından qaçırdı. Bundan çox qəzəbləndim".
"Qarşıma bacısı çıxdı"
Raul qeyd edib ki, gecə saat 1 radələrində Vəligilin evinə getməyi qərara alıb: "Darvazanın yanında hasara dırmaşdım və Səidənin yaşadığı evin həyətinə daxil oldum. Həyətə girməzdən əvvəl kurtkamı və ayaqqabımı darvazanın yaxınlığında çıxararaq dəmirə ilişdirdim. Evin ön hissəsinə keçərək birinci mərtəbədə olan otağa daxil oldum. Orada qarşıma Vəlinin bacısı çıxdı.
O mənə tez geri qayıtmağı tapşırdı, özü isə birinci mərtəbədəki otağa keçdi. Mən də oradan aralanaraq darvazaya tərəf getdim. Təxminən 5-7 dəqiqə gözlədikdən sonra ikinci mərtəbəyə qalxmaq fikrinə düşdüm.
Səidənin qayınatası, qaynanası mənim gəldiyimi eşitməsin deyə sakitcə yuxarı qalxdım və ikinci mərtəbədə olan qapını sakitcə döydüm".
"Kişi olduğumu sübut edəcəyimi bildirdim"
Raul bildirib ki, məqsədi Vəlinin arvadı ilə cinsi əlaqədə olmaqla deyilənlərin əvəzində kişi olduğunu, homoseksual olmadığını kənd əhalisinə sübuta yetirmək olub: "İkinci mərtəbədə qapını döydüm, heç kim açmadı. Aşağı düşərək pilləkənlərin kənarında olan dəmirin üstünə çıxıb pəncərəni açmağa çalışdım. Pəncərəni itələyərək içəri daxil oldum. Səidənin yatdığı otağın yerini əvvəlcədən bilməmişəm.
İkinci mərtəbədə 3 otaqdan yalnız ortadakında qırmızı rəngli gecə işığının yanılı olduğunu gördüm, həmin otağa tərəf getdim. İçəri girəndə Səidənin döşəmədə açılmış döşəyin üzərində yatdığını gördüm. Onun yanına keçərək uzandım. Səidə yuxudan oyandı və məni gördü. "Sən burada nə edirsən, Raul?" dedi.
Səidənin ağzından tutaraq qışqırıb kömək çağırmasına imkan vermədim. Ərinin Rusiyadan gəlib-gəlmədiyini soruşdum. O, gəlmədiyini bildirdi. Səidəyə mənimlə cinsi əlaqədə olacağını, Vəliyə kişi olduğumu sübut edəcəyimi bildirdim. Səidə mənə müqavimət göstərmək istədi. Əlimlə onun bədəninə və sifətinə zərbələr vurdum ki, mane olmasın. Sonra şalvarımı aşağı çəkərək Səidə ilə cinsi əlaqədə olmaq istədim".
"Paltarlarını çıxarmağa imkan vermədi"
Raul deyib ki, Səidə ona müqavimət göstərməyə çalışdığı üçün yorğan üzlüyü odun peçinə dəyərək müəyyən hissəsi yanıb: "Dərhal yorğan üzlüyünü söndürdüm. Səidənin əynində olan şortiki iki dəfə aşağı çəkməyə çalışdım, Səidə buna imkan vermədi. Əynində olan köynəyi qaldırmağa çalışsam da, buna da mane oldu.
Sərxoş olduğumdan daha da ehtiraslandım, Səidənin əynindəki koftanın boyun hissəsindən dartaraq cırmağa çalışdım. Onun boynundan və sifətindən öpməyə çalışdım. "Vəliyə hörmətin yoxdumu, bu nə hərəkətdir edirsən?" - dedi. Mən isə cavabımda "Vəlinin var-yoxunu..." - deyib nalayiq ifadələr işlətdim.
Bundan sonra Səidə otaqdan çıxaraq qaynatasını çağaracağını bildirdi. Səidənin paltarlarını çıxarmağıma imkan vermədiyini, otaqdan çıxaraq ailə üzvlərinə məlumat vermək üçün qaçdığını gördükdə onunla cinsi əlaqədə olmamağı, evdən çıxaraq qaçmağı qərara aldım.
Pəncərəyə vurulmuş ağ mələfəni aşağı çəkərək cırdım və pəncərəni açıb evdən qaçdım. Darvazanın yanına qoyduğum gödəkçəmi və ayaqqabılarımı götürüb nənəmgilə getdim".
"Polis şöbəsinə gəldim"
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt nənəsinin yaşadığı evin darvazası bağlı olub: "Buna görə hasardan tullanaraq həyətə düşdüm, evə gedib yatdım. Səhəri gün təxminən saat 9 radələrində evdən çıxdım və Qazax şəhərinə gəldim. Şəhərdə bazara getdim, müxtəlif yerlərdə gəzdim.
Mədəniyyət evinin yanında dükandan mobil telefon nömrəsi, 120 manata "Samsung" markalı mobil telefon aldım. Axşam saatlarında bibim oğlu Ramiz mənimlə əlaqə saxlayaraq polislər tərəfindən axtarıldığımı bildirdi. Təxminən saat 21 radələrində polis sahə rəisi ilə görüşdüm və birlikdə rayon polis şöbəsinə gəldim".
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Raul 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.(teleqraf.com)
Oxşar xəbərlər
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
1 may 2026 21:31
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
1 may 2026 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
1 may 2026 15:23
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 2026 21:52
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 2026 15:41
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 2026 22:57
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 2026 12:18
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 2026 10:03
- İlham Əliyev Sülh və Barışıq üçün Gernika mükafatı-na layiq görüldü
26 aprel 2026 16:27
Xəbər lenti
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
01 may 21:31
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
Video & Fotoqalereya
Video
Fotoqalereya
