75 yaşlı kişinin CİNAYƏT işi - GƏLİNİNİN DƏRİSİNİ SOYDU
32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır.
Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur.
Musavat.com İdris Məhərrəmovun törətdiyi dəhşətli cinayət əməlinin şok təfərrüatlarını əldə edib.
İstintaqla müəyyən edilib ki, İdris Məhərrəmov gəlini Banı Məhərrəmovanı başqa şəxslərlə münasibəti olmasına görə öldürüb.
Belə ki, İdris Məhərrəmovun oğlu ölkə xaricində olub. O, gəlininə sərbəst həyat tərzi sürməsinə görə bir neçə dəfə xəbərdarlıq edib və aralarında mübahisələr olub.
Sonuncu belə mübahisədə İdris Məhərrəmov gəlinini qətlə yetirib. İstintaq orqanı İdris Məhərrəmovun gəlinini necə öldürməsini müəyyən edib.
İ.Məhərrəmov Banı Məhərrəmova ilə aralarında yaranmış eyni məzmunlu növbəti mübahisədə onu öldürmək qərarına gəlib. Bunun üçün uyğun zaman seçib. Arvadının evdə olmamasından və azyaşlı nəvələrinin digər otaqda başlarının telefonla oynamağa qarışmasından istifadə edib.

“Gəlini Banı Məhərrəmovanın fiziki cəhətdən ondan qüvvətli olmasını düşünüb sonuncuya gücünün çatmayacağını ehtimal edib. Buna görə də çəkic götürərək Banı Məhərrəmovanın yataq otağına gedib. Arxa tərəfdən yaxınlaşıb, baş nahiyəsindən iki zərbə vurub.
Yerə yıxılan Banı İdris Məhərrəmova, “ata neyləmişəm ki, məni vurdun?”,- deyərək aman diləyib. Amma İdris Məhərrəmov buna əhəmiyyət verməyib.
O, Banı Məhərrəmovanı sürüyərək zirzəminin qarşısına gətirib. Burada isə ona 12 bıçaq zərbəsi vuraraq öldüyündən əmin olub”,- deyə istintaq materiallarında göstərilir. İ.Məhərrəmovun amansız rəftarı bununla da bitməyib.

O, Banı Məhərrəmovanın öldüyündən əmin olduqdan sonra balta ilə əvvəlcə meyitin baş nahiyəsini, dişlər və dillə birlikdə alt çənə sümüyünü, qulaq seyvanlarını, döş qəfəsi və qarının yuxarı 1/3-i olmaqla gövdəsini, dərialtı piy qatı ilə birlikdə qarın nahiyəsinin dərisini, bazu, said, əl və əl barmaqları ilə birlikdə sağ və sol yuxarı ətraflarını, çanaq sümüklərinin az bir hissəsi ilə birlikdə sağ və sol aşağı ətrafın budlarını, ayaq və ayaq barmaqları ilə birlikdə sağ və sol aşağı ətrafın baldırını, daxili orqanlarını, göz almalarını kəsib yerindən çıxarmaqla, meyiti hissələrə ayırıb. Qarın və üz nahiyəsinin dərisini soyub, daha sonra isə həmin hissələri bir neçə torbalara yığıb öz maşını ilə aparıb, Nəsimi rayonunda yol kənarındakı məişət tullantıları konteynerlərinə atıb.
İ.Məhərrəmovun meyit üzərində bu cür xüsusi amansızlıq göstərməsi, üz dərisini soymasında məqsədi meyitin kimə məxsus olmasını gizlətmək olub.
İstintaq zamanı dindirilən İ.Məhərrəmov mərhumla aralarındakı son dialoq haqda da ifadə verib. O deyib ki, ilk iki zərbədən sonra Banı ona “ata, nə etmişəm ki, məni vurdun?” deyib. İ.Məhərrəmov isə ona cavabında deyib ki, ailəmizi dağıtmısan, məni biabır etmisən. Ona görə də vurdum. Banı təkrar olaraq “ay ata, mən nə etmişəm ki, məni vurdun?”,- deyə İ.Məhərrəmovdan soruşub.
O isə cavabında,“bundan artıq nə edəcəksən? Sənə görə oğlum evdən çıxıb getdi, arvadım çıxıb getdi, qızlarım bizə gəlmir. Yadına gəlirmi, sənə demişdim ki, sən bu formada kimin evində olsan, səni boğub öldürərlər. Sən də demişdin ki, ona dux lazımdır. Bala, indi duxum yerinə gəldi”,- deyərək Banıya çoxsaylı zərbələr endirib, qətlə yetirib.

Cinayət işi materiallarından aydın olur ki, İ.Məhərrəmov meyiti torbalara yığaraq saat 20 radələrində zibil qutularına atıb.
Meyitin parçaları ətrafda olan insanlar tərəfindən müəyyən edilib və bu barədə polisə məlumat verilib.
Polis əməkdaşları əraziyə baxış keçirdikdən sonra nəzarət kameralarına da baxıblar. Müəyyən edilib ki, İ.Məhərrəmov şəxsi avtomobili ilə əraziyə gələrək meyitin parçalarını zibil qutusuna atıb.

İ.Məhərrəmov saxlanılıb və məhkəmə qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Bildirək ki, İ.Məhərrəmovu törətdiyi əmələ görə 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir. O, əməlini səmimi şəkildə etiraf edib və peşman olmadığını bildirib.
Qeyd edək ki, bu il yanvarın 27-də paytaxtın Nəsimi rayonu Ə.İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədinin olması barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşadıqları evdə qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qayınatası, Babək rayon sakini İ.Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Oxşar xəbərlər
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
1 mart 2026 13:56
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 2026 16:17
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 2026 18:57
Xəbər lenti
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
Video & Fotoqalereya
Video
Fotoqalereya
