Buzovna yolunda daha 1 piyada vuruldu -Sakinlər yolu bağladı -VİDEO
Axşam saatlarında Xəzər rayonu, Buzovna yolunun Şağan -1 Təzə Sahə Massivi hissəsində daha bir piyada vurulub. Hadisə yerində olan Bizimxeber.az-ın əməkdaşlarının verdiyi məlumata görə, "Toyota" markalı avtomobil piyada keçidi olmayan yüksək sürətli yolu keçən massiv sakinini vurub.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım avtomobili geç gəldiyi üçün vurulan piyada sakinlərin və qonşuların köməyi ilə elə onu vuran avtomobilə qoyularaq xəstəxanaya aparılıb. Piyada yolda dünyasını dəyişib.

Massiv sakinləri bildirib ki, uzun illərdir oxşar hadisələr baş verir və aidiyyatı qurumlara bu ərazdə keçid tikilməsi barədə edilən müraciətlərə heç bir müsbət çavab verilmir: "İki gündə iki ölüm hadisəsi baş verir. Hər ay bir neçə piyada vurulur, ölür. Uşaqları məktəbə, bağçaya qorxa -qorxa aparıb gətiririk. Ötən gün başqa bir piyada bu ərazidə vuruldu və dünyasını dəyişib. Bu gün də biri. Bu ərazidə piyada keçidi qurulmalıdır. Bizim və övladlarımızın həyatı təhlükədədir" deyə etiraz edən sakinlər bildiriblər.

Hadisə yerinə toplanan Şağan 1 Massiv sakinləri keçid tələbiylə yolu bağlamaq qərarına gəliblər. Buzovndan şəhər istiqamətində hərəkət edən avtomobillər saatlarla yolda gözləməli olub. Hətta sakinlərlə sürücülər arasında xırda konfliktlər müşahidə olunub. Bütün bunlara baxmayaraq, sakinlər yolu açmayıb və aidiyyatı qurumların nümayəndələrinin gəlməsini tələb ediblər.
"Bu ərazidə keçid olmadığı üçün son bir ildə onlarla piyada vurulub, dünyasını dəyişib" deyən sakin aidiyyatı qurumların nümayəndələri gəlmədikcə yolu açmayacaqlarını deyib: "Dəfələrlə rayon icra başçısına, bələdiyyə sədrinə müraciət etmişik. Ümumiyyətlə, qulaq asan, dinləyən yoxdur. İndi yolu bağlamışıq, 1 saatdan çoxdur yol bağlıdır, rayon rəhbərliyindən yenə kimsə gəlib bir söz demir, dinləmir, problemi nəzarətə götürmür".
Bir saat sonra əraziyə cəlb edilən polislər sakinlərlə profilaktik danışıqlar aparıblar, problemi aidiyyatı qurumların diqqətinə çatdırdıqlarını bildiriblər. Sakinlər Xəzər rayon İcra Hakimiyyəti başçısını, Bələdiyyə sədrini əraziyə gəlməsini tələb etsələr də, gələn olmayıb.
Sonda sakinlər arasında bir neçə gündən sonra yenidən yolu bağlamaq barədə razılıq əldə olunub və yol açılıb. Massiv sakinləri bildiriblər ki, qısa vaxt ərazidə keçid problemi həll edilməsə yolu yenə bağlayacaqlar.
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
6 fevral 2026 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
5 fevral 2026 22:49
- İlham Əliyev Ərdoğana məktub göndərdi
5 fevral 2026 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
5 fevral 2026 14:16
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Ərdoğandan İlham Əliyevə təbrik
4 fevral 2026 23:29
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
4 fevral 2026 18:27
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
4 fevral 2026 11:19
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
4 fevral 2026 11:04
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
06 fevral 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
05 fevral 22:49
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
04 fevral 11:04
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
03 fevral 21:57
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
03 fevral 21:39
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
03 fevral 19:15
- Azərbaycan və BƏƏ prezidentləri Sülh Qalxanı-2026 təlimini izlədi (FOTO)
03 fevral 18:54
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
03 fevral 14:03
- İcra məmurları belə geyinəcək (FOTO)
03 fevral 13:54
- Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?
03 fevral 13:46
- Prezident Məhəmməd Əbdülsalam ilə görüşdü
03 fevral 11:33
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
02 fevral 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
02 fevral 21:25
- İlham Əliyev Əbu-Dabiyə getdi (FOTO)
02 fevral 20:43
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
02 fevral 20:33
