Şirin haçandan “fars qızı” oldu, Sərdar Cəlaloğlu ?
Maraqlı16 sentyabr 2021 00:23
Tanınmış jurnalist və şair Əvəz Qurbanlı ADP sədri Sərdar Cəlaloğlunun "Şirin fars qızıdır” iddiasına faktlarla cavab verib.
NUH.az Ə.Qurbanlının fikirlərini olduğu kimi təqdim edirik:
"Sərdar müəllim inciməsin, belə təhrif olunmuş fikirlər, onu səsləndirən şəxsin kim olmasından asılı olmayaraq, müzakirə etdiyi məsələdən az məlumatlı olduğunu göstərməklə yanaşı, həm də bir məsuliyyətsizlik nümunəsi kimi ortaya çıxır. Belə fikirlərin tanınmış şəxs tərəfindən dilə gətirilməsi isə heç qəbuledilməzdir; çünki belə həssas məsələlər fərqinə varmadığımız ciddi təxribatlara yol aça bilər.
Ümumiyyətlə, belə mövzuları gündəmə gətirmək lazım deyil. Xüsusilə Nizami ilə bağlı. Çünki Nizami özündən sonra özü və əsərləri barədə demək olar ki, heç bir sual yeri qoymayıb; yetər ki, cavab axtaran şəxs onun yaradıcılığına və ümumilikdə Şərq ədəbiyyatına qismən də olsa, bələd olsun. Onda görəcəklər ki, istər Nizaminin öz milli mənsubiyyəti, istərsə də əsərlərindəki personajlarla bağlı mübahisə etmək mənasız işdir.
Böyük Nizami "Xosrov və Şirin" mənzuməsində Şirinin kim olduğunu dəqiq göstərir. Əsərdə Şirinin doğma bibisi olan Ərmən hökmdarı Məhinbanu bütün əlamətləri ilə bir azərbaycanlıdır. Xosrovun elçi düşdüyü qardaşı qızı Şirinə Məhinbanunun nəsihətindən isə onun milli mənsubiyyəti gün kimi aydın olur. Məhinbanu Şirinə öyüd verərkən deyir: "Özünü Xosrovun yanında ucuz tutma, əsil-nəsəbimizi onlarınkından aşağı hesab etmə. Çünki:
Gər u mahist, ma niz afitabim
Və gər Keyxosrovist, Əfrasiyabim.
Yəni, əgər o Aydırsa, biz Günəşik; və əgər o Keyxosrovdursa, biz də Əfrasiyabıq. Əfrasiyab, bildiyimiz kimi "Şahnamə”də Turan hökmdarı Alp Ər Tonqanın obrazıdır. Deməli, Ərmən hökmdarı özünü Alp Ər Tonqanın, Xosrovu isə fars Kəyanilərin xələfi hesab edir. Yəni Şirinin kim olduğunu Nizami bu qədər açıq və aydın göstərirsə, onda böyük şairə böhtan atmaq kimə gərəkdir?
Yaxud Sərdar müəllim iddia edir ki, guya "Şirin Xosrovun oğlu ilə sevişib, dədəsinə ərə gedib”. Bu, birmənalı olaraq təhrifdir. Halbuki əsərdə Xosrovun oğlu Şiruyə Şirinə aşiq olur, ancaq Şirin qətiyyən ona qarşılıq vermir; bununla belə, məsələnin çox da böyüməsindən ehtiyat edir. Şiruyənin Şirinə görə öz doğma atasını öldürməsindən sonra da Şirin Xosrova olan sevgisinə sadiq qalır. Taxtı ələ keçirmiş Şiruyəyə açıq etirazdan çəkindiyi üçün Şirinin onu aldatmaqdan başqa çarəsi qalmır: cənazə törənində gəlin kimi bəzənir və Xosrovun dəfn ediləcəyi türbədə gözlənilmədən xəncəri sinəsinə saplayaraq intihar edir... Bu ki əsl fədakarlıqdı! Belə bir yüksək eşq nümunəsi ortaya qoyan bir obraza necə böhtan atmaq olar? Yeri gəlmişkən, burada Şiruyə ilə Şirini müqayisə edin: analığına göz dikən və buna görə atasını öldürən əxlaqsız şahzadə hara, sevgisinə sadiq qalaraq çıxış yolunu intiharda görən Şirin hara? Bunlar tamamilə fərqli həyat tərzinin, fərqli düşüncə sistemlərinin təmsilçiləridir...
"Şirin” obrazının bəzi tanınmışların dili ilə "fars qızı”, yaxud "erməni qızı” kimi göstərilməsi təkcə Nizamiyə və onun ideallarına deyil, həm də milli-mədəni keçmişimizə qısqananların, hər fürsətdə tariximizi saxtalaşdırmağa cəhd edənlərin əlinə böyük bir kompromat verir. Bu, çox ciddi və həssas mövzudur. Ona görə də gərək hər kəs, xüsusilə, ictimai-siyasi fiqurlar belə məsələlərdə diqqətli olsunlar."
Oxşar xəbərlər
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 2026 11:36
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 2026 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 2026 22:40
- Fəzail Ağamalı vəfat etdi
9 fevral 2026 20:50
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
8 fevral 2026 12:25
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- İlham Əliyev Ərdoğana məktub göndərdi
5 fevral 2026 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
5 fevral 2026 14:16
Xəbər lenti
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya
