Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı Andrea KƏRİMLİ
Hadisə18 sentyabr 2021 00:17
Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea” qəzetində "Ən seksual qız” seçildikdə mətbuatın diqqətini çəkir. Bundan sonra ikinci yeri tutduğu "Miss Playboy” müsabiqəsinə qatılır. Amma arzusu həmişə televiziyada işləmək idi. Bir gün bu arzusuna çatır. Özünü yalnız modellik karyerasına həsr etmək üçün bu işdən imtina etsə də, yenidən qayıdacaqdı.
Andrea Mantea məşhur azərbaycanlı əsilli rumıniyalı və ispaniyalı model, teleaparıcı və müğənnidir. O, həm də Rumıniyada gözəllik yarışmasının qalibi olaraq, bu ölkənin yeni tarixinin ən gözəl qadınları sırasına adını yazıdırıb.
Azərbaycanlı atanın qızı
Andrea Mantea 1986-cı il sentyabrın 20-də Rumıniyanın Buxarest şəhərində anadan olub. Əsl adı Andrea Kərimlidir. Bioqrafiyasında atasının adı haqda məlumat olmasa da, azərbaycanlı olduğu bildirilir.
Buxarestdə Sfantul Pantelimon Liseyini bitirib. Eyni zamanda, Buxarest Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin məzunudur.
Andrea modellik karyerasına yeniyetmə yaşlarından başlayıb və bir neçə gözəllik müsabiqəsinin qalibi olub.
Son şam yeməyi
Andrea Manteanın ilk iş yeri doqquzuncu sinifdə oxuyarkən Buxarestdə işlədiyi bir restoran idi. Müştərilərdən biri onun nə qədər gözəl olduğunu görüb fiziki keyfiyyətlərindən istifadə etməyi təklif etdikdən sonra bu, onu modellərin dünyası ilə tanış edir. Beləliklə, Andrea moda kastinqlərində görünməyə başlayır. Bu təklifdən sonra İspaniyaya gedəndə heç 18 yaşı yoxdu.
Madridin striptiz və ya gecə klublarında ofisiant və rəqqasə işlədiyi vaxt məşhur ispan iş adamı Fransosko Roiqlə tanış olur. Andrea modelyer Pako Rabannonu Roiq vasitəsilə tanıyır. Rabanno ilə işləməyə başlayan gənc model tez-tez ispan jurnallarının üz qabığında görünməyə başlayır.
"Qaynar nəşrlər”
Andrea ilk dəfə 2006-cı ildə "Promotor” jurnalı üçün foto çəkdirib. Bundan bir neçə ay ərzində "Miss Playboy” yarışmasına qatılıb, ikinci yeri tutub. Bundan sonra məşhur "Libertatea” qəzetinin müsabiqəsində "Ən seksual qız” seçilib. Bu, Rumıniyanın ən gözəl qızlarından bəzilərinin bədənlərini tez-tez nümayiş etdirdiyi yerdir.
Andrea məşhur Hyu Hefnerin malikanəsində təşkil edilmiş "Playboy” təqvimi üçün seçilib. Həmin gecə çəkilən fotoları 2009-cu ildə Ukraynada "Playboy”un "qaynar nəşrlər” seriyasının başlanğıcı olub.
Geofiziklə tanışlıq
İyirmi yaşında İspaniyada məşhur geofizik Mioar Mantea ilə tanış olur və soyadını dəyişdirərək onunla evlənir. Bir müddət sonra ispan film rejissoru Pedro Almodovarla tanış olur və onun ekran əsərlərinə dəvət almağa başlayır. Aktrisa olmaq qərarı vermişdi. Almodovarın filmlərindən birində italyan fahişəsi obrazını canlandırır.
İspaniyada "ulduz”u parıldamağa başlayanda Rumıniyadan gəlirli təklif alır və ora köçür, həyat yoldaşı işi üçün Almaniyaya gedir.
Andrea Mantea "Maxim”, "Vogue”, "Fanatik” və digər məşhur nəşrlər üçün model kimi kamera qarşısına keçib. Bir neçə dəfə bu jurnalların üz qabıqlarında görünüb. 2008-ci ilin avqust ayında "Pleyboy qızı” seçilib. Andrea Mantea bir neçə dəfə Fransa, Braziliya və Ukraynada kamera qarşısında pozalar verib və həmin ölkələrdə müxtəlif jurnallarda fotoları dərc olunub. 2011-ci ildə növbəti dəfə "Playboy” üçün soyunub.
Karyerasında musiqiyə də yer ayıran Andrea 2009-cu ildə Rumıniyada ilk musiqi albomunu buraxıb.
Canlı yayımda aşiq olmaq
Andrea Mantea bu gün Rumıniyada ən məşhur teleaparıcılardan biridir.
2005-ci ildə müxbir olaraq işlədiyi "Kiss” TV-də televiziya karyerasına başlayıb. Bundan sonra "Antena 1”də yayımlanan şou proqramın aparıcılarından biri olur. Mediadakı ilk uğurları onu Rumıniyanın ən reytinqli telekanalları və proqramları üçün qapıları üzünə açıb. Heç bir jurnalistika təhsili olmayan Andreanın televiziya karyerasında Türkiyənin məşhur "D” telekanalı da var.
Andrea 2014-cü ildə "Antena 1”də aparıcısı olduğu şou proqramının yayımı zamanı oğlu Davidin atası olan Kristian Mitreyaya aşiq olur. İkisi arasında qarışıq sevgi var idi. Onun sözlərinə görə, aralarındakı davalar hamiləliyinin altıncı ayında olanda başlayıb. Münasibətlərin getdikcə mürəkkəbləşdiyini görən Andrea onunla münasibətlərinə son qoyub.
O, bu gün də Rumıniyanın ən gözəl "ulduz”larından biri sayılır.
Mənbə: Teleqraf.com
Oxşar xəbərlər
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 2026 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
5 fevral 2026 14:16
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
Xəbər lenti
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
Video & Fotoqalereya
Video
Fotoqalereya
