Qızını amansızlıqla öldürən ata meyidin yanında 2-3 saat ağladı
Bir neçə ay öncə 36 yaşlı Gülər Salamovanın bədəninə narkotik yeridərək öldürən atası Hacıağa Salamov (1998-ci ildə də adam öldürdüyü üçün həbsdə yatıb) məhkəmədə cinayət haqda danışıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində ailənin birgə yaşadığı evdə baş verib. Belə ki, əvvəllər qəsdən adam öldürmə və narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olunmuş 61 yaşlı H.Salamov qızının bədəninə heroin yeridib və daha sonra onu boğaraq öldürüb.
Məhkəmədə dindirilən H. Salamov ifadəsində bildirib ki, Gülər 2007-ci ildə qohumu Eldənizlə ailə həyatı qurub, həmin nikahdan 3 övladı olub: "Qızım ailə qurduqdan sonra əri ilə Rusiyaya gedib 6-7 il orada yaşadılar, 2015-2016-cı illərdə Azərbaycana qayıtdılar. 2018-ci ildə Gülərin əri Eldəniz yenidən işləmək üçün Rusiyaya getdi. Bundan sonra qızım ilə əri arasında problemlər yaşanmağa başladı. Hadisədən 1 il əvvəl qızım Maştağada yerləşən kursda rus dili müəllimi kimi işləməyə başladı. Bundan sonra, qızımın hərəkətlərində dəyişikliklər hiss etməyə başladım”.
H.Salamovun sözlərinə görə, son aylarda qızı uşaqlarına qayğı göstərməyib: “Evin işləri ilə də məşğul olmurdu. 2020-ci ilin noyabr ayında qızımın bir nəfərlə münasibət qurduğunu, aralarında sevgi münasibətləri olduğunu öyrəndim. Ona belə hərəkətlər etməməsini, evli olduğunu, 3 övladı olduğunu, onlara qayğı göstərməli olduğunu, qəsəbədə, kənddə yaşayan ailəmizi tanıyan şəxslərin qızım haqqında xoşagəlməz ifadələr işlətdiyini dəfələrlə dedim. Lakin qızım mənim sözlərimə qulaq asmayaraq öz həyatı olduğunu, istədiyi kimi yaşayacağını, hansı hərəkəti istəyirsə, edəcəyini dedi”.
H.Salamov qızına nəzarət etmək məqsədilə həyat yoldaşı və oğlu ilə birgə onun evinə köçdüyünü deyib: "Qızım kişilərlə danışmasın deyə telefonunu əlindən aldım. Ona telefon işlətməyi qadağan etdim. Sonra onu işdən çıxartdım. Bütün bu etdiklərimə baxmayaraq, 2021-ci ildə Gülər evdən qaçdı. Polisə məlumat verdim, qızı bir günə tapdılar. Ondan niyə evdən qaçdığını soruşdum, o da mənə qadağalardan bezdiyini dedi. Bundan sonra təxminən 19-20 martda qızım yenidən evdən qaçdı. Bir neçə gün evə gəlmədi. Bu dəfə polisə bu haqda məlumat vermədim. Martın 22-də yoldaşım zəng edərək Gülərin evə gələrək paltarlarını götürüb birdəfəlik çıxıb getmək istədiyini dedi. Təxminən saat 16-17 radələrində evə gəldim. Qızımla söhbət edərək nə səbəbə bu cür davrandığını soruşdum. Gülər cavabında mənə necə istəyirsə, elə də yaşacağını, heç kəsin ona qarışa bilməyəcəyini dedi”.
Ata bundan sonra qızını öldürmək qərarına gəlib: “Gülərin bədəninə narkotik yeritsəm, daha tez öləcəyini düşündüm. Həyətdəki tövlədən təxminən 1 qram çəkidə narkotiki çıxarıb alışqanla isidərək maye halına saldım. Mayeni şprisin içinə çəkib hazır vəziyyətə gətirdim. Sonra evə gəlib yoldaşıma qızımla ata-bala söhbət etmək istədiyimi, bizi tək qoymasını, Şüvəlanda yerləşən evimizə getməsini dedim. O gedəndən sonra Gülərlə evdə tək qaldıq. Mən qapını arxadan bağladım. Qonaq otağına keçib düzəltdiyim şprisi masanın üzərində olan süfrənin altına qoydum. Sonra isə qızımı qonaq otağına çağırdım. Qızım qonaq otağına gələndə ona sonuncu dəfə xəbərdarlıq edərək əxlaqsız davranışlardan çəkinməsini dedim. Lakin Gülər yenidən mənə nalayiq cavab verdi. Həmin vaxt mən qızın boğazından tutub qolunu burub süfrənin altında olan şprisi götürərək Gülərin sol qoluna vurdum. Gülər müqavimət göstərdiyi üçün şiprisi yarıya çatdıra bilmədim. Narkotik onun bədəninə yeridiyi üçün o, halsız vəziyyətə düşdü, sonra onu boğaraq öldürdüm”.
.jpg)
Hacıağa Salamov deyib ki, Güləri öldürdükdən sonra meyitini qonaq otağında yerləşən divanın üzərinə uzadıb: “Meyitin yanında 2-3 saat tək oturub ağladım. Sonra saat 22-23 radələrində “102”yə zəng edərək törətdiyim hadisə ilə bağlı məlumat verdim. Tutduğum hərəkətdən peşman olmuşam”.
Məhkəmədə ifadə verən G.Salamovanın rəfiqəsi N.C mərhuma daimi olaraq borca pul verdiyini deyib: “Biz Gülərlə sinif yoldaşı olmuşuq. Təxminən 2020-ci ilin fevral ayında Gülər İ.R ilə münasibət qurdu. Gülərə oğlanın onu həqiqətən sevmədiyini, münasibətini kəsməsini demişdim. Gülər mənə həmişə onu sevdiyini, ona görə ərindən boşanacağını deyirdi. Gülər mənə ərinin Bakıdan Rusiyaya gedən zaman ondan halallıq aldığını, orada başqa qadınla evləndiyini demişdi. O, hər dəfə məndən borca pul alırdı. Səbəbini soruşanda İ.R -nin pula ehtiyacı olduğunu deyirdi. Mən borca pul verirdim, amma deyirdim ki, İ.R-dan ayrılsın, çünki ondan istifadə etdiyini deyirdim.
Mənə İ.R-nin “Crowd” deyilən sistemdə pul oyunu oynadığını, qoyduğu pulların müqabilində faiz alacağını və nəticədə maddi imkanının yaxşılacağını, bütün tanışlarına əl tutacağını deyirdi. Ona dəfələrlə belə işlərlə məşğul olmamasını deyirdim. Mənə borcları yığıldı. Əvvəlcə, pulları vaxtında verirdi. Deyirdi ki, ona İ.R kömək edir. Sonra pulu verməməyə başladı. Mən də məcbur ailəsinə mənə pul borclu olduğunu dedim. Onlar da araşdıranda onun İ.R ilə münasibətləri olduğunu öyrəndilər.”
Gülər Salamovanın sevgilisi kimi təqdim edilən İ.R də ifadə verib. O, Gülərlə təsadüfən tanış olduqlarını deyib: “Taksi sürdüyüm vaxtlar Gülər mənim avtomobilimə minmişdi. Hazırda “Crowd” şirkətində menecer vəzifəsində işləyirəm. 2020-ci ilin may ayında Güləri Maştağa-Buzovna yolundan sifariş əsasında evlərinə apardım. Elə o vaxtdan aramızda münasibət yarandı. Gülər mənə ərindən boşandığını, 3 uşağı olduğunu, maddi imkanının yaxşı olmadığını, borcları olduğunu dedi. Mən də ona narahat olmamasını, ona maddi cəhətdən yardım edəcəyimə söz verdim. Hər ay ona yardım məqsədilə pul verirdim. Aramızda intim münasibət olmayıb. Gülərin ərindən boşanmadığını biləndə, ondan uzaqlaşdım. Bildiyim qədərilə N.C-yə 18 000 manat borcu var idi”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hacıağa Salamov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Hacıağa Salamov 1998-ci il adam öldürdüyü üçün 9 il cəza alıb, 2007-ci ildə amnistiyaya düşərək azadlığa çıxıb. 2013-cü ildə narkotik daşınmasına görə 1 il 6 ay cəza alıb, 2014-cü ildə məhkəmənin qərarı ilə vaxtından əvvəl azad olunub.
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
5 mart 2026 12:45
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
4 mart 2026 11:30
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
3 mart 2026 19:48
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
