- Pakistanlı MBA tələbələri ULDUZ şokolad fabrikində istehsalat turunda iştirak ediblər
- Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək - ŞAD XƏBƏR
- Tiflis qarışdı: İqtidarla müxalifət əlbəyaxa döyüşə çıxdı
- NAR ilin ən uğurlu abituriyentlərini mükafatlandırdı - Fotolar
- Ukraynada əsir düşən Ruslan Mustafayev dəhşətli şeylır anlatdı - ŞOK TƏFƏRRÜATLAR BU VİDEODA
Azərbaycanda yüksək vəzifə tutan xanımlar (SİYAHI)
Müsahibə25 sentyabr 2021 12:14

Bu gün ölkədə əsas postlardan bir çoxuna qadınlar rəhbərlik edir.
İxtisasca həkim, müəllim, hüquqşünas olan bu qadınlar ölkənin mühüm orqanlarında əsas vəzifələri tuturlar.
Qaynarinfo həmin qurumların xanım rəhbərlərinin siyahısını təqdim edir:
Ölkənin birinci xanımı Mehriban Əliyeva ixtisasca həkimdir. O, 1982-ci ildə Bakı şəhəri 23 nömrəli tam orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. O, 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
Mehriban Əliyeva 2005-ci ildə "Eftanaziya və təbabətdə humanizm problemi" mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olmaqla bərabər, həm də Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, UNESCO və ISESCO-nun xoşməramlı səfiridir.
Mehriban Əliyeva 1988–1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
Aktiv ictimai fəaliyyətə 1995-ci ildə hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan-İrs" jurnalını təsis edib.
O, 2004-cü il 10 maydan Heydər Əliyev Fondunun prezidentidir.
2004-cü il 28 dekabrda Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23106 səs) və 94,49% (31797 səs) səs toplayaraq deputat seçilib. Mehriban Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 21 fevral 2017-ci ildən etibarən Azərbaycan Respublikasının Birinci vitse-prezidentidir.

Sahibə Qafarova ixtisasca müəllimdir. O, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunun Rus dili və ədəbiyyatı fakültəsini (Bakı Slavyan Universiteti) və Azərbaycan Pedaqoji Dillər İnstitunun İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib. Sahibə Qafarova Azərbaycan Respublikasının Milli Məclisinin IV, V, VI çağırışında deputat, 2020-ci ildən isə Milli Məclisinin Sədridir. Sahibə Qafarova filologiya elmləri doktoru, professordur. O, ilk əmək fəaliyyətinə isə 1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim olaraq başlayıb.
Daha sonra, 1981–2020-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (Bakı Slavyan Universiteti) laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışıb. 2004–2020-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində (2010–2020-ci illərdə ictimai əsaslarla) işləyib. 2006–2007-ci illərdə ABŞ Dövlət Departamentinin "Fulbrayt Skolarşip" proqramı çərçivəsində Miçiqan Universitetinin Qadınlar və Gender Araşdırmaları İnstitutunda çalışıb.
2013–2015-ci illərdə Avropa Şurası Parlament Assambleyasının Gender bərabərliyi və Rasizm və ksenofobiyaya qarşı alt komitələrinə rəhbərlik edib.
2015–2017 Avropa Şurası Parlament Assambleyasının "Zorakılıqdan azad qadınlar" parlament şəbəkənin siyasi əlaqələndiricisi, Qadınlara qarşı zorakılıqla mübarizə üzrə Baş məruzəçisi, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri vəzifəsində çalışıb, Büro üzvü olub.
2018–2020-ci illərdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.
Hazırda MDB-nin Parlamentlərarası Assambleyasında və Türkdilli Ölkələrin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin rəhbəridir.

Səbinə Əliyeva ixtisasca hüquqşünasdır. O, 1996-cı ildə Bakı şəhəri Nəsimi rayonu 8 №-li tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. 1996–2000-ci illərdə Bakı Dövlət Universitetində "Hüquq fakültəsin"də oxuyaraq universiteti fərqlənmə diplomu ilə başa vurub. 2000–2002-ci illərdə Bakı Dövlət Universitetində Hüquq fakültəsində magistratura səviyyəsində təhsilini Dövlət hüququ ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2009–2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasında Beynəlxalq münasibətlər ixtisası üzrə əlavə ali təhsil alıb.
2016-cı ildə "Beynəlxalq hüquq və İnsan hüquqları" ixtisası üzrə dissertasiya işini müdafiə edərək, hüquq elmləri üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsi alıb.
Səbinə Əliyeva Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilidir. O, bu vəzifəyə 30 noyabr 2019-cu ildə sələfi Elmira Süleymanovanın yerinə təyin edilib. Səbinə Əliyeva bu vəzifəyə qədər 2000-ci ildən Azərbaycan Konstitusiya Məhkəməsində çalışıb. 2015-ci isə ildən Aparat rəhbərinin müavini kimi fəaliyyət göstərib.

Məleykə Abbaszadə ixtisasca riyaziyyatçıdır. O, 1970-ci ildə Bakı şəhərində orta məktəbi bitirib M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin həmin ildə yaradılmış hesablama riyaziyyatı və kibernetika fakültəsinə daxil olub. 1975-ci ildə universiteti bitirib Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna baş laborant vəzifəsinə təyin edilib. 1975-1977-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində akademik N.N.Moiseyevin şöbəsində tədqiqatçı-stajor işləyib, 1977-1987-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildə Kiyev şəhərində Ukrayna Elmlər Akademiyası V.M.Qluşkov adına Kibernetika İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 1987-1989-cu illərdə Bakı Müəllimləri Təkmilləşdirmə İnstitutunda hesablama texnikası və informatika tədrisi metodikası şöbəsinin müdiri vəzifəsində, 1989-cu ildən M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan "İstedad" assosiasiyası sədrinin birinci müavini seçilərək 1994-cü ilin avqust ayına qədər bu vəzifədə işləyib.12 aprel 2016-cı ildən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədridir. O buna qədər isə 1994-2000-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini, 2000-2016-cı illərdə isə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri olub.

Bahar Muradova ixtisasca müəllim və hüquqşünasdır. 1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib. 1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1989–1992-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992–1993-cü illərdə "Qayğı" Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib.
2000-2019-cu illərdə Azərbaycan Milli Məclisinin II-III-IV-V çağırış üzvü, 2005-2019-cu illərdə Azərbaycan Milli Məclisinin sədrinin müavini olub. 12 mart 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Mehriban Vəliyeva ixtisasca filoloqdur. O, Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Filologiya üzrə fəlsəfə doktorudur. Təhsil naziri Emin Əmrullayevin əmri ilə 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. O bu vəzifədə Məhəbbət Vəliyevanı əvəz edib. 1989-cu ildən pedaqoji fəaliyyətə başlayan Mehriban Vəliyeva Bakı şəhəri 278 nömrəli tam orta məktəbdə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində və Akademik Zərifə Əliyeva adına liseydə işləyib. 2014-2020-ci illərdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.

İradə Gülməmmədova da ixtisasca həkimdir. O, 1979-cu ildən 1985-ci ilə qədər N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya ixtisası üzrə ali təhsil alıb.1986-cı ildə Bakı şəhər 6 saylı uşaq xəstəxanasında pediatr-interna olaraq çalışıb. 1986-cı ildən 1995-ci ilə qədər Balakən rayon xəstəxanasında pediatr-neonotaloq olaraq fəaliyyətini davam etdirib.
1995–2006-cı illərdə Abşeron rayon uşaq poliklinikasının baş həkimi, 2006–2014-cü illərdə Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini, 2014–2015-ci illərdə isə birinci müavini vəzifələrində çalışıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Abşeron rayonunun icra başçısı vəzifəsinə təyin edilib.

Oxşar xəbərlər
- Pakistanlı MBA tələbələri ULDUZ şokolad fabrikində istehsalat turunda iştirak ediblər
9 sentyabr 2025 21:19
- Azərbaycanın çinli əsgəri: O, niyə ordumuzda xidmət edir? (FOTO/VİDEO)
9 sentyabr 2025 13:13
- Camaat ƏT ALA BİLMİR, çox bahadır - VİDEO
9 sentyabr 2025 10:14
- Şəhid anaları, onlara qarşı vicdansızlıq edən vəzifə sahibləri və….
8 sentyabr 2025 22:11
- Bəylə gəlin restorana ATLA GƏLDİ - Bakıda maraqlı hadisə
8 sentyabr 2025 01:27
- Azərbaycanda ət bahalaşdı
7 sentyabr 2025 12:34
- Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik - MÜHÜM AÇIQLAMA
7 sentyabr 2025 11:28
- Azərbaycanlıların gözündə dost və düşmən ölkələr: Rusiya düşmən siyahısında lider oldu, dost isə...
7 sentyabr 2025 01:10
- AZAL təyyarəsinin vurulmasında bu generalın rolu olub - sensasion faktlar yayıldı
6 sentyabr 2025 22:36
- İlin sonunadək amnistiya gözlənilir ?
6 sentyabr 2025 14:49
Xəbər lenti
- Məhkəmə Qabil Məmmədovla bağlı QƏRAR VERDİ
09 sentyabr 22:48
- Pakistanlı MBA tələbələri ULDUZ şokolad fabrikində istehsalat turunda iştirak ediblər
09 sentyabr 21:13
- Məktəb direktoru qızına görə işdən çıxdı: Mənə bibi deyirdi
09 sentyabr 20:53
- Azərbaycanın çinli əsgəri: O, niyə ordumuzda xidmət edir? (FOTO/VİDEO)
09 sentyabr 13:13
- Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı - 235 MİLYON
09 sentyabr 13:03
- 23 saat 43 dəqiqə - suverenliyimizin tam bərpasının ikinci ili...
09 sentyabr 10:52
- Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək - ŞAD XƏBƏR
09 sentyabr 10:30
- Masazırdakı duz gölünə kanalizasiya suyu axıdılır
09 sentyabr 10:22
- Camaat ƏT ALA BİLMİR, çox bahadır - VİDEO
09 sentyabr 10:14
- Prezident forum iştirakçılarına müraciət etdi
09 sentyabr 10:02
- Tiflis qarışdı: İqtidarla müxalifət əlbəyaxa döyüşə çıxdı
09 sentyabr 00:25
- Şəhid anaları, onlara qarşı vicdansızlıq edən vəzifə sahibləri və….
08 sentyabr 22:11
- Santuş AFFA-dan təzminat tələb edir – ŞOK MƏBLƏĞ
08 sentyabr 19:42
- Atam son nəfəsinə qədər qardaşım Çingizi pis vərdişlərdən uzaqlaşdıra bilmədi - FOTO
08 sentyabr 19:20
- İlham Əliyevin Astanaya səfəri hazırlanır
08 sentyabr 18:54
- NAR ilin ən uğurlu abituriyentlərini mükafatlandırdı - Fotolar
08 sentyabr 18:48
- Prezident həmkarlarını təbrik etdi - Yenilənib
08 sentyabr 18:22
- Lalə Şövkət uzun fasilədən sonra danışdı: Düşünmürdüm ki...
08 sentyabr 17:41
- Ukraynada əsir düşən Ruslan Mustafayev dəhşətli şeylır anlatdı - ŞOK TƏFƏRRÜATLAR BU VİDEODA
08 sentyabr 08:11
- Bəylə gəlin restorana ATLA GƏLDİ - Bakıda maraqlı hadisə
08 sentyabr 01:27
- Ağ Evdən Rusiya üçün bəd xəbər: Sabahdan başlanır...
08 sentyabr 00:23
- Urmiya gölü tamamilə quruyub
08 sentyabr 00:08
- Varlılar niyə pullarını İsveçrə banklarında saxlayır?
07 sentyabr 22:23
- Tramp Qazaxıstan prezidenti Tokayevlə möhtəşəm söhbət apardığını dedi
07 sentyabr 22:15
- Azərbaycan diaspora rəhbəri deputatlığa gedir – Rusiyada görünməmiş hadisə
07 sentyabr 21:47
- Alim Qasımov villasını satır - Qiyməti 5 MİLYON
07 sentyabr 21:28
- İkinci Qarabağ savaşının qəhrəmanı yaşamaq üçün İŞ TAPA BİLMİR
07 sentyabr 14:11
- Azərbaycanda ət bahalaşdı
07 sentyabr 12:34
- Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik - MÜHÜM AÇIQLAMA
07 sentyabr 11:28
- Gələn həftə Türkiyə və Ermənistan rəsmiləri görüşəcək
07 sentyabr 11:17
Video & Fotoqalereya
Video
Fotoqalereya