Pianoçu Seymur Qurbanov:"Biznesin asan tərəfi demək olar ki, yoxdur"
Hər sahədə olduğu kimi, kiçik və orta biznes də günü-gündən inkişaf edir. Amma dayanıqlı biznes fəaliyyəti qurmaq o qədər də asan məsələ deyil. Çünki kifayət qədər rəqabətin və risklərin çox olduğu bir sahədən söhbət gedir. Bəlkə də məhz bu məqam biznesi daha maraqlı və rəngarəng edir. Təsadüfi deyil ki, çətinliklərə və risklərə baxmayaraq, öz biznesini qurmaq istəyənlərin sayı ildən ilə daha da artır.
Onlardan biri də həmsöhbətim Seymur Qurbanov dur. Deyir ki, sıfırdan nəyəsə başlamaq həmişə çətin olur: «Mənim kimi, öz işini qurmaq istəyən yüzlərlə gənc var. Biznesə başlamağın ən çətin tərəfi maddi məsələlərlə bağlıdır. Adicə, istədiyin formada ofis tapmaq belə, bəzən çox ciddi məsələyə çevrilir. Plazalardakı ofislərin aylıq kirayə haqqı kifayət qədər yüksəkdir. Bu qədər xərc çəkdikdən sonra bazarda özünə yer tuta biləcəyin də sual altında qalır. Bizdə insanlar biznes quranlara „alverçi“ kimi baxırlar. Valideynlər də çox vaxt gəncləri bu məsələdə dəstəkləmir. Hələ də sovet dövrünün təfəkkürü ilə, „aylıq maaşa dövlət işi olsun, bəsdir“ düşüncəsi qalmaqdadır. Bundan başqa, biznes qurmaq üçün bazarda rəqabət mühiti də istənilən səviyyədə deyil. Ona görə də, gənclərin çoxu biznesini onlayn formada idarə edir».
Birləşdirmək, korporasiya qurmaq və əlaqələndirmək
Bəs görəsən uğurlu biznesin sirri nədədir? Deyir ki, biznesə başlamaq üçün ən vacib şərt istək və məqsəddir. Həmçinin, sistemli fəaliyyət və resurs da vacib şərtlərdəndir. Resurs dedikdə təkcə maddi vəsait nəzərdə tutulmur. Bilik və bacarıq, qabiliyyət, təcrübə biznesin əsasını təşkil edir. Düşünür ki, biznes özlüyündə böyük bir yoldur. Kənardan nə qədər asan görünsə də, biznesin asan tərəfi demək olar ki, yoxdur: «Bəzən gənclər yetəri qədər istəkli olsalar da, sistemli fəaliyyət qura bilmirlər. Belə olduğu təqdirdə komanda qısa müddətdə dağılır. Biznes kifayət qədər məsuliyyətli və zəhmətli bir işdir. Öz biznesini quran hər kəs gecə-gündüz fikirləşməli, müxtəlif mexanizmləri özlüyündə müzakirə edib nəticə çıxarmalıdır. Hər şeydən əvvəl öz məqsədini konkret olaraq müəyyən etməlisən. Adətən gənclər məhz bu nöqtədə səhv edirlər. Mən özüm də bu səhvi etmişəm. Eyni anda bir neçə məqsədə fokuslanmaq olmaz. İkinci növbədə isə öz prinsiplərini müəyyən etməlisən. Sənin biznes ideyan çox güclü ola bilər, amma səbirli olmaq lazımdır. Qısa müddətdə böyük gəlirlər əldə edəcəyini düşünənlər səhvə yol verir. Gənclərin bir qismi biznesə, nəyisə alıb-satdıqdan sonra qazanılan gəlir kimi yanaşırlar. Biznes bu demək deyil. Yəni bu qayda ilə biznesi sadəcə, bir müddət davam etdirmək mümkündür. Bundan başqa daima düşünməli, bazarı araşdırmalısan. Birləşdirmək, korporasiya qurmaq və əlaqələndirmək lazımdır. Yalnız bu halda biznes rəqabətə davam gətirə bilər».
Biznes o qədər çətin məsələdir ki…
Mütəxəssis deyir ki, yol verilən əsas xətalardan biri də marketinq işinin düzgün qurulmamağıdır: «Biznes qurarkən onun, insanların hansı ehtiyaclarını qarşılayacağını əvvəlcədən müəyyən etmək lazımdır. „Bir az pulum var deyə, mən də biznesə atılım“ düşüncəsi ilə işə başlayanların sonu əvvəlcədən məlumdur. Marketinq təkcə böyük bizneslərdə deyil, eyni zamanda orta bizneslərdə də olduqca böyük əhəmiyyətə malikdir. Çünki marketinq təkcə tanıtım fəaliyyəti və satış demək deyil. Hətta biznes qurulmamışdan əvvəl marketinq işi başlamalıdır. Çünki marketinq bazar fəaliyyətidir. Alıcı da, satıcı da, məhsul da, pul da bazarda olur. Marketinq isə bazardan başlayır və davamlı fəaliyyətdir. Əvvəlcə bazarda tələbatı öyrənmək, bu tələbata uyğun, yaxud yeni məhsul təklif etmək və ona tələb yaratmaq marketinq işidir. Həmin məhsulun tanıtımı, qiymətləndirilməsi, tanıdılması, müştəri əlaqələri, müştəri məmnuniyyəti, satışı marketinq işinin əsasını təşkil edir. Əslində marketinq biznesin gəlir mənbəyidir. Belə demək olarsa, biznes funksiyaları arasında müştərilərlə əlaqədə olan yeganə funksiya məhz marketinqdir. Aydın məsələdir ki, biznesin gəlirini müştərilər təşkil edir. Bu məsələlərə diqqət etmədikdə nəticələr qaneedici olmur».
NUH.az
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 2026 22:01
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 2026 00:13
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 2026 18:23
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 2026 13:53
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 2026 16:33
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Türk-Azərbaycan diasporları küçələrə çıxdı: Nyu Yorkda Mamdaniyə qarşı etirazlar - FOTO
27 aprel 2026 10:19
- Putin -erməni soyqırımı-nı TANIDI - Müraciətin MƏTNİ
26 aprel 2026 01:21
- Güney azərbaycanlı siyasilər Berlində: Almaniya XİN-də mühüm görüş, Rza Pəhləviyə etirazlar - FOTO
24 aprel 2026 23:00
- Azərbaycan-Latviya münasibətlərinin strateji məzmun daşımasının perspektivləri - Deputat Əli Məsimli
23 aprel 2026 18:32
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
