Məhkəmə sədrindən Fikrət Məmmədova şikayət-VİDEO
Bir neçə gün əvvəl Qəbələ rayonu, Mirzəbəyli kənd sakini Tahir Hacıyevin rayon məhkəməsinin sədri Abbas Əliyevin qanunsuz hərəkətləri ilə bağlı Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova ünvanlanmış şikayətini oxuyanda cənab Abbas Əliyevin “persona”sına marağım yarandı.Marağın səbəbi nədir ?
Oxucunu çox yormadan qeyd edim ki, Qəbələ rayonu, Həmzəli kəndi ərazisində yerləşən, 1,9 ha torpaq sahəsi vətəndaşın ailəsinin tam mülkiyyətindədir və əlində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş, MA-0162112 №-li daşdan keçən ÇIXARIŞ var. Həmin torpaq sahəsi demək olar ki, ailənin yaşam mənbəyidir, yəni orada əkib-becərilənlə özlərini dolandırırlar.Ancaq həmin torpaq sahəsinin üzərindən qanunsuz olaraq sahibkar Tofiq Hacıyev adlı şəxsin xüsusi obyektinə - “fındıq zavodu” adlanan “Pərvanə” Kiçik Müəssisəsinə insan həyatı üçün hər an təhlükəli olan yüksəkgərginlikli elektrik naqilləri çəkilib və özbaşına olaraq 2 ədəd qəzalı elektrik dayaqları quraşdırılmaqla öz şəxsi mənafeləri üçün istifadə edilir. Və bununla da, vətəndaşın mülkiyyət hüququ demək olr ki, ayaq atında qalıb tapdalanır.Yəni, Tahir Hacıyevin ailəsinə məxsus, el arasında deyildiyi kimi, “haqqı-halal malı-mülkü” olan, qanunda isə “xüsusi mülkiyyət” adlanan və Konstitusiya ilə toxunulmazlıq zəmanəti verilən 1,9 ha qanuni torpaq sahəsinin 1/3 hissəsi, təxmimən 0,7 ha qanunsuz olaraq zəbt olunaraq, özbaşınalıqla istifadə edilir.Digər bir vacib məqam odur ki, insan həyatı üçün təhlükəli olan yüksəkgərginlikli elektrik xətti aparılan ərazinin altı (təxminən 4 m enində) və hər iki - sağ və sol tərəfə, ümumilikdə 15 metr məsafə mühafizə zolağı sayılır və həmin ərazidə heç bir iş görmək olmaz. İndi torpağın qanuni sahibi olan vətəndaş iddia ərizəsində məhkəmədən xahiş etmişdir ki, insan həyatı üçün hər an təhlükəli olan yüksəkgərginlikli elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik naqillərinin kəsilməsi və torpaq sahəsi üzərində cavabdehlər tərəfindən özbaşına quraşdırılmış iki ədəd qəzalı elektrik dayaqlarının çıxarılması və torpaq sahəsinin boşaldılması barədə iddiası təmin edilsin.
Qəbələ rayon məhkəməsinin sədri Abbas Əliyev isə 11.06.2021-ci il tarixli 2(025)-626/2021 saylı qətnamə ilə iddianı qanuna zidd olaraq təmin etməyib. Görəsən, hakim Abbas Əliyev başa düşmür ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Ümumiyyətlə, Azərbaycanda mülkiyyət toxunulmazdır. Axı, “fındıq zavodu” hansı qanunla başqasının xüsusi mülkiyyətindən özbaşına istifadə edir? Yaxşı “şəxsi fındıq zavodu”nun özbaşınalığını başa düşdük, bəs məhkəmə sədri Abbas Əliyev niyə buna göz yumur? Niyə bu barədə sənəd tələb etməyib və qətnamədə göstərməyib? Bəlkə, sərf etmir, ona görə? Axı, Abbas Əliyev Azərbaycan dövlətinin adından qərar çıxardır. Yəni məhkəmə-hüquq sistemi Abbas Əliyevin “dədəsinin fındıq zavodu” deyil eey!
Abbas Əliyevin nəzərinə çatdırmaq istəyirik ki, 2003-cü ildə hörmətli İlham Əliyev birinci dəfə ölkənin Prezidenti seçiləndə ilk müsahibəsində demişdir: “Biz mağara psixologiyası, feodal təfəkkürü düşüncəsi ilə heç nəyə nail ola bilmərik. ”Başa düşdünmü, cənab ədalət mühakiməsinin hakim Abbas Əliyev?
Cənab İlham Əliyev Ali Məhkəmənin yeni binasının açılışında qeyd etmişdi ki, bu bina Ədalət Sarayı olmalıdır. Abbas Əliyev, sən və sənin kimi hakimlər məhkəməni Ədalət Sarayına deyil e, məhkəmələri “özününküləşdirib güllü dərə”yə döndərmisiniz. Özün də feodal yox ee, ibtidai icma quruluşu psixologiyası ilə qərar verirsən. Bir sözlə, dövlətin verdiyi DAŞDAN KEÇƏN ÇIXARIŞ səndən keçmir, ay Abbas Əliyev.
Yuxarıda, yazının girişində əbəs yerə qeyd etmədim ki, sizin “persona”nıza maraq yarandı məndə. Niyə?
Siz 1990-cı ildə ADU-nun hüquq fakültəsini bitirdikdən sonra 8 il harada “papağı günə verməyiniz” özünüzə bəllidir. 1998-ci ildə “Güzdək” MMC-də hüquq təcrübəsi keçməyə başlamısınız. Yəni sizin hüquq anlayışınız daş karxanasından o tərəfə keçmir.
Abbas Əliyev, 2010-2018-ci illərdə Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin hakimi olarkən törətdiyin avtomobil qəzasının səs-küyü hələ də qulaqlardan getməyib.İdarə etdiyin avtomobillə Bakı şəhər Nobel prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq sahibkarın 10-TG-776 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin hərəkət istiqamətinə çıxaraq hər iki avtomobilin toqquşmasına səbəb olmuşdun. Hadisənin baş verməsi anını küçədə quraşdırılmış müşahidə videkameraları qeydə almışdır.
O zaman bütün media yazdı ki, Abbas Əliyev sahibkardan 19.000 manat pul tələb edir, guyaki maşına ciddi ziyan dəyib. Halbuki, video görüntülərdəndə görünürki, sürət həddi çox aşağı olmuşdur. Media onu da yazdı ki, hakim Abbas Əliyev sahibkara xəbər göndərmiş, “nə aşağı, nə yuxarı 7.000 manat ödə canın qurtarsın” demişdi. “Yoxsa bütün məhkəmə orqanları, polislər məni çox yaxşı taniyir və mənim həmkarlarımdır. Hara getsən söz mən deyən olacaqdır”.
Bir sözlə, Abbas Əliyev, özünə çox arxayın olub, Azərbaycan dövlətinin adından “fındıq-qoz” qərarlar qəbul etməklə məqsəd nədir? Yoxsa vətəndaşlarda haqlı narazılıq yaratmaqla, onu ölkəsindən-dövlətindən, onun qanunlarından incik salmaq? Bütün bunlara rəğmən, Qəbələ rayon Məhkəməsinin sədri Abbas Əliyevin qanuna zidd hərəkətləri barədə, ölkə rəhbərliyinə, aidiyyəti hüquq-mühafizə qurumlarına, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman), hüquq müdafiəçilərinə və digər bir sıra ictimai qurumlara müraciət edilmişdir. Vətəndaşa verilmiş yazılı cavablarda müraciətlərin nəzarətə götürülərək, qanuni tədbir görülməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərildiyi bildirilmişdir. Yəqin ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyanın sədri Ələddin Məcidov Abbas Əliyevin səhvini düzəldəcək və ölkəsinin vətəndaşının ailəsinə məxsus olan xüsusi mülkiyyətə dair pozulmuş hüquqlarını bərpa edəcək.Məsələ cəmiyyət üçün aktual olduğuna görə, mətbuatın gündəmində saxlanılır və Şəki Apellyasiya Məhkəməsinin də qərarının qanuna uyğun olub-olmaması ictimaiyyətə çatdırılacaqdır.
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 2026 01:40
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
