Toyda generalın qaynı qızı yoxa çıxdı...
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov və qurumun tərkibində idarə rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov və əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə dindirilmələri başlayıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən şəxslərdən biri Rahib Ağayev ifadə verib.
O, təqsirləndirilən 4 nəfərdən yalnız Elcan Abdullayevi şəxsən tanıdığını deyib: “Mən 1992-ci ildən müxtəlif hərbi hissələrdə sürücü kimi xidmət etmişəm. 2003-cü ildə hərbidən tərxis olunmuşam. General-leytenant Yaşar Aydəmirovun sürücüsü olmuşam.
Bir gün mənə özünü mayor Ruhlan Cəfərov kimi təqdim edən şəxsdən zəng gəldi. O, MTN-in Hərbi Əks-Kəşfiyyat Baş İdarəsindən zəng etdiyini bildirdi. O nömrədən 3 gün dalbadal zəng gəldi. Məsələni Yaşar Aydəmirova danışanda dedi ki, get, gör nə deyirlər. Mən ora gedəndə dedilər ki, sən hərbidə işləyən vaxt bir əsgərə saxta sənəd düzəltdirmisən. Guya ki, bir əsgər var, diplomunu ala bilməyib. Əslində ilyarım əsgərlik çəkməli imiş, amma mənim düzəltdiyim yardım sayəsində 1 il əsgərlik çəkib. Bildirdim ki, mənim bu işlə heç bir əlaqəm yoxdur. Dedilər ki, yaxşı, sənə bir ərizə yazdıracağıq, ona qol çək, sonra get. Ərizəni yazıb imzaladım ki, guya mən bu əmələ görə 1000 manat rüşvət almışam. Sonra Elcan Abdullayev dedi ki, gözlə, rəisə məlumat verim, gəlirəm. O geri qayıdanda əlində bir vərəq gətirdi. Orada yazılmışdı ki, 150 min dollar pul ödəməliyəm. Mən etiraz etdim, dedim, əgər bu əməli törətmişəmsə, prokurorluğa deyin, gəlib araşdırsın. Mənə dedilər ki, “bizim “podval”ımız da var, məhkəməmiz də, səni heç bu binadan çıxmağa qoymarıq”. Elcan Abdullayev dedi ki, “pulu ödəməsən, səni həbs edib vətən xaini elan edəcəyik”.
Zərərçəkən ifadəsində bildirib ki, general Yaşar Aydəmirovdan da kömək istəyib: “Məni şantaj elədilər. Məsələni general Aydəmirova danışdım, kömək istədim. Dedim ki, onlarla görüşsün, danışsın. Xeyri olmadı, bildirdi ki, deyiblərsə, pulu alacaqlar. Pulu toplamaqda 10 min dolları Aydəmirovun özü kömək etdi, 40 min dolları onun dediyi bir adam yardım elədi, qalanını da borc-xərc edib düzəldib verdim”.
Elcan Ağayev əvvəlcə Ruhlana 100 min dolları idarənin binasında, sonra da üç dəfə olmaqla şəhərdə 50 min dollar verdiyini deyib: “Bu hadisələr 2013-cü ildə baş verib. Həmin ərəfədə məni daim qara maşın izləyirdi. Evimə basqın edildi, qızıllar oğurlandı. Şikayət etsəm də, basqın edənlər tapılmadı. Övladımın toy günü restoranda tanımadığım adamlar görürdüm. Toya qonaq gələn general Aydəmirovun qaynı qızı birdən yoxa çıxdı, gecə saat 3-də tapıldı. Bütün bunlar təsadüf ola bilməzdi. Mənə təzyiqlər olurdu ki, pulu ödəyim”.
Zərərçəkmiş bildirib ki, yalnız 100 min dollar MTN əməkdaşlarına veriləndən sonra onlarla görüşüb: “Qorxumdan hər dəfə onlarla görüşəndə üstümdə diktofon aparırdım. Səs yazılarının hamısını məhkəməyə təqdim etmişəm. Evdə yoldaşıma demişdim ki, mənə nəsə olsa, səs yazılarına baxarsan. Məndən həmişə pulu Ruhlan Cəfərov götürürdü. Bir dəfə mənə dedi ki, məsələ mənlik deyil, “məni də sıxırlar, məcburam”. Mən ona dedim ki, mənimlə mülayim danışma, mənə nəsə deyəndə söyüşlə də deyə bilərsən. Çünki mən pul axtarmaqdan öz anamın qəbir daşını qoydura bilməmişəm. Anasının qəbir daşını qoydura bilməyən insan hər söyüşə layiqdir”.
Daha sonra qarşı tərəfin vəkilləri zərərçəkmişdən niyə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmədiyini soruşublar. O, qorxduğunu bildirib: “Vətən xaini elan edilib həbsə salınmaqdan qorxdum. Mən generala kimi müraciət etmişəm, kömək edə bilmirsə, daha nə edim?! Prezidentin çıxışından sonra qərara gəldim ki, müraciət edim. Elcangil pulun 58 min manatını qaytarıblar. Mənə dedilər ki, pulun qalanını get Aydəmirovdan al”.
Qeyd edək ki, məhkəmə prosesində adıçəkilən general-leytenant Yaşar Aydəmirov hərbi birlik komandiri olub, hazırda ehtiyatdadır.
Məhkəmə prosesi oktyabrın 14-də davam etdiriləcək.
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
4 fevral 2026 12:08
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
2 fevral 2026 20:34
- Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub - SƏBƏB
2 fevral 2026 14:33
- Bir qrup şəxsə 2026-cı il Gənclər üçün Prezident mükafatları verildi (SƏRƏNCAM)
31 yanvar 2026 11:23
- Həbsdə olan jurnalistin ailəsində növbəti faciə
28 yanvar 2026 19:15
- Vaqif Səmədoğlunun xanımı: Mən istəmədim ki, övladımız olsun
28 yanvar 2026 13:01
- Ramiz Mehdiyevin adı keçən 18 illik uşaq oğurluğu dosyesi yenidən açılır – DTX-dən cavab
27 yanvar 2026 21:29
- Generalın yerinə gələn Arzu Yusifova işdən çıxarıldı
25 yanvar 2026 21:48
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
06 fevral 01:30
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
05 fevral 22:49
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
04 fevral 11:04
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
03 fevral 21:57
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
03 fevral 21:39
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
03 fevral 19:15
- Azərbaycan və BƏƏ prezidentləri Sülh Qalxanı-2026 təlimini izlədi (FOTO)
03 fevral 18:54
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
03 fevral 14:03
- İcra məmurları belə geyinəcək (FOTO)
03 fevral 13:54
- Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?
03 fevral 13:46
- Prezident Məhəmməd Əbdülsalam ilə görüşdü
03 fevral 11:33
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
02 fevral 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
02 fevral 21:25
- İlham Əliyev Əbu-Dabiyə getdi (FOTO)
02 fevral 20:43
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
02 fevral 20:33
