“Gedin 125 deputatın yaxasından tutun ki, ay kişi...”
Vətən Müharibəsi dövründə və karantin günlərində ehtiyacı olan insanlara yardım etmə prosesində şou əhli də aktiv iştirak edib. Onlar gün ərzində qapı-qapı gəzərək, onlarla şəhid, qazi ailəsini sevindirib və bunu sosial şəbəkələrdə paylaşıblar. Bu hal birmənalı qarşılanmayıb, sosial şəbəkə istifadəçiləri onları bəzən tənqid atəşinə tutublar.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Flora Kərimova yardım edən məşhurları təhqir edənləri sərt şəkildə qınayıb:
“O gün Elçin Lənbəranski gileylənirdi ki, qazi ailəsinə kömək etsə də, tənqid və təhqir olunurdu. Dedi ki, axı mən nə pis iş gördüm ki, siz belə təpki verirsiniz, məni söyürsünüz? Yaxud Kamil Zeynallı. Öz hesabına şəhid ailələrinə, qazilərə yardım edib. Hambal kimi soyuducunu belinə yükləyən, evə kimi aparan Kamilə hansı vicdanın yiyəsi yaza bilər ki, bunu reklam üçün edir... Amma hey yazırlar. Bu adama 15 sutka həbs verirlər, amma övladına bildirmir, zəng edib deyir ki, e”zamiyyətdəyəm, gələcəm”. Bəs o uşaq böyüyüb hər şeyi başa düşəndə yaşadığı mühitə tüpürməzmi? Məgər Bu qədər şeyi Kamil populyarlıq üçün edir? Ayıb deyilmi sizə? Elçin Ləmbəranski bağrı çartlaya-çartlaya danışırdı, mənim ürəyim dözmədi, götürüb zəng etdim. Dedim, ay oğul, mən bu kütlənin adından səndən üzr istəyirəm. Mən Kamildən, Kamil kimilərdən qanmazların adından üzr istəyirəm. Belə olmaz! Siz belə edirsiniz ki, millət öz övladlarından aldığı xeyirdən də məhrum olsun?!”
Sənətçi bu tip şərhlərin insanları yardımdan çəkindirdiyini bildirib: “Siz bu basqı ilə insanları yaxşılıq etməyə tövbələtdirirsiniz. Görün nə qədər məşhur var ki, yardım edəndə deyirlər: “Qurban olum, mənim adımı çəkmə”. Bunu niyə edirlər? Söyülməmək üçün! Bilirlər ki, xeyriyyə işində adları hallansa, başlayacaqlar onları söyməyə...
Rəqsanə İsmayılovanı Vətən Müharibəsi vaxtı nə günə saldılar? Yazıq bir ailə qurub, həmin ailəni də ona çox gördülər. Utanmırsınız?! Niyə ölüb yerə girmirsiniz?! Niyə o qızı yardım etməyinə peşman etdiniz?! Niyə kimsə sizə görə etdiyi yardımları gizlətməlidir? Niyə Kamil Zeynallının yanında dayanıb, maddi yardım edən nər kişilər adlarını gizli saxlamalıdır?
Mən özüm Prezident təqaüdünün birinci, ikinci ayını qazilərə, şəhid ailələrinə verdim, amma o qədər tənqid, təhqir edildim ki...
Yardım edənləri tənqid etməklə təxribat aparırlar, xəbərləri yoxdur. 125 deputat var, nə sözünüz, tənqidiniz var, onlara deyin. Gedin həmin 125 nəfərin 5-nin yaxasından tutub deyin ki, ay kişi, ay xanım, sən burada niyə oturmusan?
Elə deputat var ki, xalq üçün özünü fəda edir, eləsi də var ki, təmsil etdiyi rayonun heç üzünü görməyib. İlahi, nə qədər yaltaq, qorxaq adamlar olar? Əgər siz 125 deputata sözünüzü çatdıra bilmirsinizsə, sosial şəbəkələrdə yardım edənləri niyə söyürsüznüz? İkiüzlüsünüz!”
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
4 fevral 2026 19:24
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- BİZİM VARİS ... Xalqa xidmət Allaha xidmətdir
29 yanvar 2026 20:42
- Daşaltı əməliyyatından 34 il ötür
25 yanvar 2026 11:56
- Rəşid Behbudovun qızı...RƏDD ETDİ
22 yanvar 2026 22:18
- Bacısı oğlundan keçmiş deputata ittiham: Ştutqartı əlimizdən alıb
21 yanvar 2026 16:58
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 2026 19:04
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
