 
  
 
 
 
  
 
			  
                                
                           
				   
							
							
							
						
                            
                                
                                    
                            
							
							
							
Abşeronda balıqçılar suitiləri niyə öldürür?
Dünya23 oktyabr 2021 21:41
                                         
  
Xəzərin Abşeron sahillərində bir neçə gün ərzində Qırmızı Kitaba daxil edilən 16 suiti cəsədi aşkarlanıb. Bu barədə eko-fəallar sosial şəbəkələrdə məlumat və görüntüləri yayıblar. Xəzər suitilərinin çoxsaylı ölümünün balıq ovu fəaliyyətinin nəticəsi olduğu güman edilir. Təxminlərə görə suitilər sintetik torlara və qarmaqlara keçərək ölürlər. Buna balıqçılıqda "by-catch” deyilir və nəsli kəsilmək üzrə olan dəniz canlılarının mühafizəsində ən çətin məsələlərdən biridir.
"Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh və  Nardaran sahillərində monitorinqlər keçirdik, cəmi 12 kilometrlik məsafədə 16 Xəzər suitisi leşi  aşkarlandı. Bir neçə suitinin bədənində qarmaq və kəndirlərin izi tapıldı, suitilərin bütün sahil boyunca ancaq tor qurulan çimərliklərdə və kompakt şəkildə tapılması onların balıqçılar tərəfindən öldürüldüyünü söyləməyə əsas verir. Torlar və nərəkimilərin tutulması üçün dənizin dibinə düzülmüş qarmaqlardan balıqlar çıxarılarkən, ölmüş suitilər lazımsız məhsul kimi dənizə atılır, sonra dalğalar onları vurub sahilə çıxarır. Cəsədlərə quşların və heyvanların  demək olar ki, toxunmaması  onların cəsədlərinin sahilə çıxmasından xeyli əvvəl öldüklərini deməyə əsas verir”,-həmin məlumatda deyilirdi.

Qeyd edək ki, Xəzər suitisi Xəzərin yeganə məməli heyvanıdır və dünyada ən kiçik suiti növüdür. 2008-ci ildən Beynəlxalq Təbiəti Qoruma Birliyi  (İUCN) bu heyvanların yox olma təhlükəsi daşıyan canlı statusu ilə beynəlxalq mühafizə altına alınmasına qərar verib və   Azərbaycanın Qırmızı Kitabına daxil edilib. Eko-aktivistlər problemin ciddiliyini nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyini qanunsuz balıq ovu alətləri və təcrübələri ilə mübarizəni gücləndirməyə, xüsusilə suitilərin miqrasiyası aylarında bu məsələyə diqqət ayırmağa çağırıblar.
AMEA-nın Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov virtualaz.org-a bildirib ki, monitorinq və araşdırmalar  hazırda Xəzərin ekosisteminin çox bərbad vəziyyətdə olduğunu sübut edir.

"Bir həftə əvvəl Xəzərin Pirşağı çimərliyində monitorinq apardıq və 10 suiti cəsədi ilə rastlaşdıq. Biz həmin ərazilərdə suitilərə balıqçılar tərəfindən zərər vurulduğunu müşahidə etdik. Suitilər  həqiqətən balıqçıların toruna düşüb”,-S.Süleymanov deyib.
Suitilər dənizin açıq hissəsində balıqlarla qidalanırlar. Mütəxəssisin sözlərinə görə, suitilər tora düşmüş balıqlardan daha çox istifadə edirlər və nəticədə  özləri də tora düşürlər. Amma balıqçılar suitilərə qarşı aqressiv davranırlar: "Ölmüş suitilərin bədəninin bir neçə yerində kəsici alətlərlə edilmiş dəliklər müşahidə etdik. Yəni balıqçılar heyvanları yaralayırlar, ölən ölür, ölməyən də qan itirə-itirə sahilə çıxır. Onların bəziləri yaxın vaxtlarda məhv olmuşdu”.

S.Süleymanov qeyd edib ki, balıqçılar icazə alıb balıq ovu ilə məşğul olurlar. Amma bu onlara Qırmızı Kitaba düşmüş suitiləri öldürmək, yaralamaq haqqı vermir: "Deyirlər ki, tədbir görüləcək, amma yenə də eyni vəziyyətlə qarşılaşırıq. Ay yarım-iki ay əvvəl Pirşağıda da suiti cəsədlərinə rast gəlmişdik”.
İnstitut əməkdaşı deyir ki, suitilər get-gedə azalır, demək olar ki, onların ehtiyatının  50-80 faizi tükənib.
"Təxminən 2 ay əvvəl Xəzərdə hərtərəfli tədqiqat apardıq. Dənizin orta və cənub ərazilərində müşahidələr zamanı cəmi 6 suitiyə rast gəldik, deməli, suitilər artıq tükənir. Suitilərin çoxalma səbəblərinin ortadan qalxması, Xəzərdə normadan artıq ov alətləri, qurma torların olması buna təsir edir. İndiki torlar sintetik materiallardan (jilka) hazırlanır, suiti tora düşəndə oradan çıxa bilmir. Bir az çırpınandan sonra bədəni zədələnir. Buna görə də bu cür torların ölkəyə gətirilməsinin qarşısını almaq lazımdır. Hətta nərə cinsli balıqların körpələri də o tora düşür, azad ola bilmir. Bu alət balıqları qəddarcasına məhv edir”,-S. Süleymanov deyib.

Mütəxəssis qeyd edib ki, son bir ayda aparılan müşahidələr Xəzərin ekosisteminin bərbad vəziyyətdə olduğunu söyləməyə əsas verir. Dəniz sahildən 400-500 metr çəkilib, səviyyəsi  1,5-1,7 metr aşağı düşüb. Bu o deməkdir ki, Xəzərdə keçici və yarımkeçici balıqların həyatına son qoyulur. Yarımkeçirici balıqlar Xəzərin sahillərində kürü tökürlər. Su çəkiləndən sonra bitkilər sahildə qalıb quruyur. "Yəni keçici və yarımkeçici balıqların vəziyyəti çox çətindir, onların kürü tökmə yeri yoxdur”,-həmsöhbətimiz bildirib.
O  deyir ki, iki həftə ərzində dənizdə araşdırma aparıblar, cəmi iki yerdə - Lənkəranda 10 metr dərinlikdə, Giləzi ərazisində 25 metr dərinlikdə tilova balıq düşüb: "2000-ci ildə elmi tədqiqat aparan zaman tilova 52 nərə cinsli balıq düşmüşdü. Bu il bir balıq düşdü, onun da uzunluğu 47 santimetr idi. (Elmi tədqiqat və ya araşdırma üçün tutulan Qırmızı Kitaba düşmüş balıq növü yenidən dənizə qaytarılır). Bu o deməkdir ki, balıq yoxdur. Gələn ayın əvvəlində yenə dənizə çıxacağıq ki, qış fəslində vəziyyətin necə olduğunu müşahidə edək”.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova isə bildirib ki, suiti cəsədlərinin aşkarlandığı ərazilərdə monitorinqlər keçirilib. Cəsədlərin üzərində xəsarət izləri, brokonyer torları, kəsici alətlərin yeri görünüb. Lakin suiti ölümlərini yalnız balıqçılıqla əlaqələndirmək doğru deyil. Çünki suitilər ilin bu dövründə şimal sahillərinə, Rusiya, Qazaxıstana miqrasiya eləməyə başlayır, yazda geri qayıdırlar. Miqrasiya edən zaman yaşlı fərdlər məhv ola bilir.
"Suitilərin balıqçı torlarına ilişməsi faktlarını müəyyən etmək üçün  Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən daimi reydlər keçirilir. Son dövrlərdə reydlər intensivləşdirilib. Ötən həftə Abşeron sahillərində reydlərə başlanılıb və balıqçılara məlumatlar verilib, Reydlərin Xəzərin digər ərazilərində də həyata keçirilməsi planlaşdırılır”, -A.Səmədova deyib.
Onun sözlərinə görə,  təkcə suitilər deyil, digər heyvanların ovlaması və ya heyvanlara zərər vurulması ilə bağlı qanunazidd faktlar aşkarlandığı halda cərimələr tətbiq olunur.
Cərimələr isə göründüyü kimi, Azərbaycanda, o cümlədən Xəzərdə ekosistemə ağır zərərin vurulmasının qarşısını ala bilmir...
Oxşar xəbərlər
                                - Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur...  - Videomüsahibə
                                            29 oktyabr 2025 10:59
- Fəzail Ağamalının gizlətdiyi  OĞLU   üzə çıxdı – BU ÖLKƏDƏ YAŞAYIRMIŞ 
                                            28 oktyabr 2025 13:03
- Şərhləri oxuyanda dəhşətə gəldim... - 50 yaşından sonra bloqer olan filoloq
                                            27 oktyabr 2025 10:24
- Abel Məhərrəmov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı - ŞOK TƏFƏRRÜAT  
                                            26 oktyabr 2025 21:35
- Qurultayda  DAVA düşdü, Fəzail Ağamalı  oğlu ilə ƏLBƏYAXA  OLDU...
                                            25 oktyabr 2025 16:25
- Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək... - MÜSAHİBƏ  
                                            25 oktyabr 2025 03:41
- Müəllimin qarşısına problem qoyuruq - işə qəbul üçün pul ödəməlisən  
                                            24 oktyabr 2025 23:36
- Rəsulzadəni öldürməkdən imtina etdiyi üçün ölüm əmri verilən qəhrəman 
                                            24 oktyabr 2025 00:04
- Mehdiyevin xanımı dövlətə olan borcunu niyə ödəmir? 
                                            23 oktyabr 2025 22:02
- Yazıçı Kəramət Böyükçöl və İlqar Məmmədov arasında qırğın - ÖLÜ -DİRİ SÖHBƏTİ DÜŞDÜ...
                                            21 oktyabr 2025 01:54
Xəbər lenti
                                - Milli Məclis Bəyanat qəbul etdi: Prezident və Birinci vitse-prezidentə məktub ünvanladı  
                                            31 oktyabr 12:29
- Elm və Təhsil Nazirliyində yoxlamalar başladı  
                                            31 oktyabr 11:46
- Milli Məclisin iclası başladı: 11 məsələyə baxılacaq
                                            31 oktyabr 11:18
- Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı
                                            31 oktyabr 11:07
- Ramiz Mehdiyevin  -barmağı-  ilə azadlıq: 8 milyonluq dələduzluq  -qəhrəman-ı Elnur İbrahimov həbsdən necə qurtuldu 
                                            31 oktyabr 00:39
- Ramiz Mehdiyevin yaxın adamı Mikayıl İsmayılovun Almaniyada 36 mənzili üzə çıxdı 
                                            30 oktyabr 23:58
- Dəfn olunan İTKİN - ŞƏHİDİN  anası: İndi RAHAT  ÖLƏ  BİLƏRƏM 
                                            30 oktyabr 22:01
- Ramiz Mehdiyevin gizli  -prinsi-  hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə  QUDASI       Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR 
                                            30 oktyabr 13:37
- Saxlanılan icra başçısının qızı hakim, bacısı oğlu nazir müşaviridir 
                                            30 oktyabr 13:20
- Jurnalist Vüqar Məmmədov saxlanıldı - Hurriyyet TV-də əməliyyat  
                                            30 oktyabr 13:10
- AZADLIQ  AŞIĞI  da  DANIŞDI: Ramiz Mehdiyev bağda mənə BİR  DƏFƏ...))  lmir...
                                            30 oktyabr 11:52
- DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı  SAXLANILDI  
                                            30 oktyabr 11:32
- NAR-ın   Çoox Şanslı  lotereyasının ilk avtomobil qalibi sükan arxasında
                                            30 oktyabr 11:26
- Ramiz Mehdiyevə verilən fəxri adlar, ordenlər silindi - Foto
                                            30 oktyabr 10:36
- Qubaya 10 sm qar yağdı (VİDEO)
                                            30 oktyabr 10:17
- BAKCELL   bu gün  Zeekr 001  hədiyyə edəcək - Son saatlar!
                                            30 oktyabr 00:42
- Prezident İlham Əliyev Rumıniya Senatının sədrini qəbul etdi (FOTO) 
                                            29 oktyabr 23:20
- Tamilla Əliyeva AQTA-da məsul vəzifəyə təyin edilib (AÇIQLAMA)
                                            29 oktyabr 22:32
- İlham Əliyevin Serbiyaya səfəri gözlənilir  
                                            29 oktyabr 14:08
- TƏBİB-in rəhbərliyi Gülnarə Muxtarovanın cəmiyyətimizə yüksək xidmətlərini nəzərə alacaqdır...
                                            29 oktyabr 13:57
- Vaşinqtonda Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşəcək
                                            29 oktyabr 11:24
- Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur...  - Videomüsahibə
                                            29 oktyabr 10:59
- General Mirzəyev 9 il azadlıqdan məhrum edildi 
                                            29 oktyabr 02:12
- Oğuz qoluna aid türk dilləri: qədim tayfalardan müasir xalqlara uzanan mədəni zəncir 
                                            29 oktyabr 01:19
- Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir 
                                            29 oktyabr 00:21
- İlham Əliyev Ərdoğanı TƏBRİK ETDİ
                                            28 oktyabr 21:58
- Dünyada ilk müsəlman qadın deputat - Pəri xanım Sofiyeva KİMDİR...
                                            28 oktyabr 21:32
- Prezident Horovlu kəndinin AÇILIŞINDA
                                            28 oktyabr 15:15
- Bu gün  QAÇAQ  SƏFİRƏ-nin   yaxın adamının məhkəməsidir 
                                            28 oktyabr 13:32
- Fəzail Ağamalının gizlətdiyi  OĞLU   üzə çıxdı – BU ÖLKƏDƏ YAŞAYIRMIŞ 
                                            28 oktyabr 13:03
Video & Fotoqalereya
                                Video
                                        
                                    Fotoqalereya
                                        
                                    
 
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                    