Kamran Bağırov Əbdürrəhman Vəzirova nə deyib?
“Azərbaycana rəhbərliyə gəldikdən sonra məsuliyyətsiz qüvvələrin bütün gücləri ilə cəmiyyəti çalxalamaq, respublikanı zəiflətmək cəhdlərindən dəhşətli sarsıntı keçirdim. Tarixdə çox az nümunə var ki, təcavüzkar niyyətlər qarşısında qalmış xalq toparlanmadı, öz sıralarına bütün resursları birləşdirmədi. Təəssüf ki, Qarabağ münaqişəsi bizim xalqı birləşməsi üçün təyinedici leytmotiv olmadı. Ermənilərə qarşı bir yumruq kimi vahid cəbhədə çıxış etmək əvəzinə əlimiz açıq qaldı”.
Azpost.info bildirir ki, bu sözləri 1988-1990-cı illərdə Azərbaycana rəhbərlik etmiş Əbdürrəhman Vəzirov yazdığı “ Parterin ilk cərgəsində” memuar-kitabında yazıb.
Ə.Vəzirov kitabda Azərbaycana rəhbərlik etdiyi müddətlə bağlı maraqlı müşahidələrini qeyd edib:
“12 illik xarici ezamiyyətdən sonra Azərbaycana qayıtdıqdan sonra mən gördüm ki, respublikanın Kommunist partiyasının nufuzu necə ciddi şəkildə zədələnib, mövqeləri zəifləyib. Partiya sıralarında xeyli sayda karyeristlər, təsadüfi adamlar var idi”-deyə Vəzirov yazıb.
O, özünün sələfi olmuş Kamran Bağırovla bağlı bəzi məqamlara toxunub. Ə.Vəzirov yazıb ki, Azərbaycanda siyasi rəhbərlikdə olanların vəzifədən getdikdən sonra unudulması və yaxın ətrafının onlardan uzaq qaçması tendensiyası onu həmişə kədərləndirib.
Bu baxımdan Vəzirov Kamran Bağırovla bağlı xatirəsini yada salıb: “21 may 1988-ci ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Plenumu Kamran Bağırovun birinci katib vəzifəsindən azad olunması barədə xahişini nəzərə aldı və vəzifədən azad etdi. Ona Moskvada 3 otaqlı mənzil və ittifaq əhəmiyyətli təqaüdçü statusu verildi.
Plenumdan sonra Kamran Bağırov mənə dedi: “Səni birinci katib seçdikləri üçün mən Moskvaya köçmək istəmirəm. Əgər hazırkı tərkibdən kimsə başqası rəhbər seçilsəydi mən hökmən çıxıb gedərdim”.
Bir dəfə köməkçim Sahib Quliyev Kamran Bağırovun ad günü ilə bağlı mənə məlumat verdi. Mən Bağırova zəng vurdum və təbrik etdim. O mənə təşəkkür edərək dedi ki, səndən başqa heç kim mənə təbrik üçün zəng vurmayıb. Bu məndə çox xoşagəlməz ovqat yaratdı”.

Ə.Vəzirov Kamran Bağırovun vəzifədən getməsi ilə bağlı yazdığı müraciəti də dərc edib. “Dağlıq Qarabağda və Sumqayıtda baş vermiş məlum hadisələrlə əlaqadar etiraf edirəm ki, mən respublikanın partiya təşkilatına rəhbərlik etməyə mənəvi cəhətdən haqqım çatmır. Baş vermiş hadisələrdə öz məsuliyyətimi yaxşı başa düşürəm”-deyə K.Bağırov yazıb. Bu ərizə Rusiya dövlət sosial-siyasi tarix arxivində saxlanılır.(N17, opis 157, iş N 1447)
Vəzirov analoji münasibətin mərhum Heydər Əliyevə də göstərildiyindən təəssüflə yazıb: “Heydər Əliyev Sov İKP-nin Siyasi Bürosunun tərkibindən və SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsindən çıxarıldıqda bunu bayram kimi qarşılayanlar az olmadı, qurbanlar kəsirdilər. Dünənki yaxınlar, əl buyruqçuları öz sabiq himayədarından tələsik imtina edirdilər. Heydər Əliyev xatırlayırdı: “1987-ci ildə mən istefaya gedəndə əhatəmdə olan adamların əksəriyyəti məni unutdular və mən tək-tənha qaldım”.
Ə.Vəzirov birinci katib kimi vaxtilə Azərbaycana başçılıq etmiş İmam Mustafayevlə əlaqə saxladığını bildirib: “Mərkəzi Komitənin birinci katibi kimi ilk günlərdə Azərbaycanın sabiq rəhbəri olmuş İmam Mustafayev zəng vurdu. Məni ziyarət etmək istədiyini dedi. Mən komsomolda işləyən zaman necə ehtiramla onun kabinetinə daxil olmağımı, Mustafayevin ölkə üçün etdiyi yaxşı işləri xatırladım. Qərara gəldim ki, özüm onu ziyarət edim. Axşam həyat yoldaşımla İmam Mustafayevin bağına getdik, bu onun üçün sürpriz oldu.
Digər görüşlərimiz də oldu. Mərkəzi Komitənin kənd təsərrüfatı ilə bağlı Plenumuna hazırlıq görəndə İmam Mustafayevə məruzənin layihəsini göndərdim. Onun necə ruh yüksəkliyi ilə buna reaksiya verdiyini gördüm. “30 il bu günü gözləmişəm”-deyə o, Plenumun tribunasından çıxışında dedi”.

1920-1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının birinci katibi işləmiş 15 şəxsdən 14-cü olduğunu vurğulayan Vəzirov yazıb ki, adamlar onlardan bir çoxunu xatırlamır, onların gördüyü işlər unudulur.
“Bir yapon atalar sözü var: “Sənin bəhrəli albalı bağına çoxlu adam gəlib bol məhsulu tərifləyir. Amma əsl xeyirxahların ağacdan yarpaqlar töküləndə bağa gələnlərdir”-deyə Vəzirov pritçanı xatırladıb.
Əbdürrəhman Vəzirov 1988-90-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi postunda çalışıb. Onun zamanı Qarabağ münaqişəsinin kəskinləşdiyi illər kimi yadda qalıb. Ölkədə yaranmış siyasi böhran sovet ordusunun yanvarın 20-də Bakıya qanlı müdaxiləsi ilə nəticələnib. Bundan sonra Ə.Vəzirov vəzifəsindən azad edilib və Moskvaya qaçıb.
90 yaşlı Ə.Vəzirov hazırda Rusiyada yaşayır. SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri rütbəsini daşıyır.
Azpost.info

- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
1 mart 2026 21:47
- Trampdan İrana hücumla bağlı ilk - Açıqlama
28 fevral 2026 15:14
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Prezident iranlı naziri qəbul etdi
23 fevral 2026 17:17
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
