Ata 6 aylıq övladını boğaraq öldürüd- Uşaq məndən deyildi
Bakıda 6 aylıq körpəsini boğaraq öldürən Vüsal Əliyev məhkəmədə verdiyi ifadəsi zamanı törətdiyi dəhşətli qətlin təfərrüatından danışıb.
“Kriminalqafqaz” məhkəmə materiallarına istinadən məlumat verir ki, 2020-ci ildə Vüsal Əliyevlə 7 ildir qeyri-rəsmi ər-arvad kimi yaşadığı Nurlananın (şərti ad) bir oğlu dünyaya gəlib. Amma V. Əliyev uşağın atasının özü olmadığını düşünərək Nurlana ilə mütəmadi mübahisələr edib. Hadisə baş verən gün, yəni 29 may 2021-ci ildə də onlar arasında mübahisə düşüb. Nurlana körpəni Vüsal Əliyevin yanında qoyaraq evdən çıxıb. Körpənin dayanmadan ağladığını görən Vüsal sağ əli ilə ağız və burnunu sıxaraq onu susdurmağa çalışıb. Nəticədə körpə boğularaq ölüb.
Nurlana ifadəsində bildirib ki, uşaq təzə doğulanda Vüsalla aralarında bu kimi mübahisələr olmayıb: “Ruzi təzə doğulanda Vüsal onun atası olmadığı ilə bağlı heç vaxt bir söz deməyib. Çünki buna səbəb də yox idi. Uşaq onun övladı idi. Hətta istintaq zamanı genetik ekspertiza keçirməklə uşağın atasının məhz Vüsal olması təsdiqlənib. Vüsal məni pul qazanmaq xətrinə pis yola vadar edib. Ona pul lazım olan kimi məni müştərilərlə görüşməyə göndərirdi. Elə hadisə günü də belə olmuşdu. Evə səhərə yaxın qayıdıb gördüm ki, oğlum Ruzi yatağında güclə nəfəs alır və ağzının ətrafında qançırlar var. Halbuki uşağı həmin gün çimizdirmişdim və onun yanında sağ-salamat qoyub getmişdim. Mən başa düşdüm ki, uşağı Vüsal boğub. Amma soruşanda dedi ki, guya Ruzi yemək yeyərkən boğulub”.
Nurlana artıq əri Vüsalı bağışladığını deyib: “Mən evə gələndə qapını Vüsal açdı, içkili idi. Uşağın nəfəsinin gəlmədiyini görəndə ona dedim ki, tez təcili yardım çağırsın. O çağırana qədər mən də Ruziyə süni nəfəs verdim. Amma uşaq artıq ölmüşdü. Bunu gələn tibb işçiləri də təsdiqlədi. Bundan sonra mən Vüsalla dalaşdım. Uşağımı niyə öldürdüyünü soruşdum. Həmin vaxt Vüsal yumruqla başıma, qoluma və sinəmə zərbələr vurdu. Bütün bunlara baxmayaraq, Vüsalı bağışlayıram və ondan heç bir tələbim yoxdur”.
Məhkəmədə ifadə verən Vüsal Əliyev deyib ki, Nurlana ilə 2014-cü ildə avtovağzalda xaçapuri satarkən tanış olub: “Sonra birlikdə yaşamağa başladıq, amma Nurlana mənə xəyanət edirdi. Buna görə də aramızda tez-tez dava-dalaş olurdu. Sonra mən rayona çıxıb getdim. Təxminən 4 ay orada qaldım. Bu müddət ərzində Nurlana tez-tez mənə zəng edib deyirdi ki, barışaq. Sonra mən yenidən şəhərə qayıtdım və Nurlana hamilə olduğunu dedi. Uzun müddət idi onu görmürdüm və düşündüm ki, uşağın atası mən deyiləm. Amma münasibətimiz korlanmasın deyə bir söz demədim”.
Vüsal Əliyev ifadəsində qeyd edib ki, uşaq anadan olandan sonra onun xəstə olduğunu biliblər, amma müalicəsi üçün maddi imkanları olmayıb: “Mən fəhlə işləyirdim, Nurlana da limon satırdı. Bəzən də gecələr "20 Yanvar" yolunda dayanıb müştərilərə cinsi xidmət göstərib pul qazanırdı. Nurlanaya deyirdim ki, “kliyentə” az get, mənə də diqqət göstər. Amma o, məni saymırdı. Elə hadisə günü də bəzənib evdən getməyə hazırlaşırdı, hara getdiyini soruşdum. O da dayısıgilə gedəcəyini dedi. Ona inanmadım və dalaşdıq. Sonra Nurlana dedi ki, kirayə pulunun vaxtı çatıb, pul lazımdır. Buna görə də müştəri yanına gedir. Mən də icazə verdim”.
Evdə körpə ilə tək qalan Vüsal uşaq yatarkən mağazaya gedib özünə içki aldığını deyib: “Pivəni soyuducuya qoydum ki, bir az sərinləsin. Özüm də çimib yatdım. Sonra uşaq qəfil oyanaraq ağlamağa başladı. Mən də Nurlananın hazırlayıb qoyduğu qabdakı yeməyi ona verdim. Uşaq bir az yeyəndən sonra qusmağa başladı. Uşağı sakitləşdirəndən sonra pivəni içdim. Sonra o yenə ağlamağa başladı və mən onu sakitləşdirmək üçün qucağıma alıb öz yanımda yatırtmaq istədim. Ruzini özümə sıxaraq yatmışam. Bilmədən uşağın boynunu sıxdığım üçün boğulub. Nurlana evə gələndə səsə oyandım. Həmin zaman uşağın ağır nəfəs aldığını gördüm. Təcili yardım çağırsam da, uşaq artıq ölmüşdü”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1992-ci il təvəllüdlü Vüsal Əliyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 2026 10:59
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 2026 19:05
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
