“Space”in keçmiş diktoru: “Aldadılmaq və meymun kimi ortalıqda..."
– Famil bəy, “Space” radiosuna gəlişiniz və ilk təəssüratlar necə oldu?
– Mən “Space” radiosuna 2004-cü ilin aprel ayında gəlmişəm. Bir gün tanınmış radio aparıcısı, dostum Anar mənə zəng vurub dedi ki, bəs burda “Xəbər” aparıcısı axtarılır, gəl özünü sına”. Xəbər aparıcısı olmaq xəyalım idi və tərəddüdsüz razılaşdım. Radioda işlədiyim illər ərzində bir çox sənət xadimləri – müğənnilər, şair və yazıçılar, həmkarlar səsimi çox bəyəndiklərini dilə gətirdilər, təriflədilər. Heç bir neqativ fikir səsləndirən olmadı. Kollektivlə də mehriban dolandım, çörəyimi yarı böldüm, ailə kimi… 19 il bir igidin ömrüdür, elə igid kimi işlədim, gecikən maaşla, verilməyən “premiya”larla və s.
– Bəs niyə uzaqlaşdınız?
– Nə mən, nə də iş yoldaşlarım öz xoşlarıyla radiodan uzaqlaşmayıb. Müşfiq Hətəmov rəhbər təyin olunduqdan sonra bütün kollektivin ürəyinə ümid toxumları səpildi. Çünki, ilk işlərindən biri radionun qapısını tanımaq və açmaq olmuşdu. Vaqif Mustafayev bir dəfə də olsun radioya gəlməmişdi. Bu bizim üçün yenilik hesab olunurdu. Müşfiq müəllimi çoxdan – Bakı Mədəni Maarif Texnikumunda müəllim işlədiyimiz vaxtlardan tanıyırdım. Zəhmətkeş və qətiyyətli insan olduğunu bilirdim. Kollektivimizi inandırmağa çalışırdım ki, bu adam “Space”in itirilmiş sanbalını, sevgisini geriyə qaytara biləcək. Çünki, yabançı sahədən gəlməmişdi. Digər tərəfdən də, vaxtında ala bilmədiyimiz maaşların aqibətiylə bağlı ümidverici addımlar atacağını demişdi. Bəli, şeytanın qıçı qırıldı, maaşımızın müəyyən bir qismi ödənməyə başladı. Amma…
– Amma nə?
– Günlərin birində televiziyadan bizə xəbər göndərildi ki, bəs “hamı bir nəfər kimi “işdən çıxarılması üçün” rəhbərliyə ərizə yazıb təqdim etsin. Məsələ sorğu-sualsız icra olunsun.” Bütün kollektiv çaşqın vəziyyətdə idi. Suallarımıza cavab almaq üçün Müşfiq Hətəmova müraciət etdik. O da öz növbəsində açıqlama verdi ki, radionun bütün səlahiyyətləri “Pro Media Group” şirkətinə ötürülüb və şirkət kimlə istəsə, onunla da əməkdaşlığı davam etdirəcək. “Pro Media Group” şirkətinin rəhbəri Cavid Nemətzadə ilə də görüşdük. O da özünə sərf edən və əvvəldən hazırlanmış beş-altı cümləsini deyib getdi…
Müşfiq Hətəmov
– Hazırkı “Space” radiosunun efiri necədir, xoşunuza gəlir?
– Üstünlük musiqiyə verilib, bu alqışlanası məqamdır. Arada maraqlı məlumatlar, maarifləndirici rubrikalar səsləndirilir. Yəni gəvəzəlik yoxdur. Dinləyicini bezdirən efir deyil. Mən də hansısa radioya rəhbər təyin olunsaydım, oxşar efir səbəti tərtib edərdim.
– Bəs televiziya?
– Düzü, “Space” televiziyasının “rebrending”dən sonrakı vəziyyəti mənim gözləntilərimi bir o qədər də doğrultmadı. Mən daha kütləvi, daha miqyaslı layihələr gözləyirdim. Təbii ki, yaxşı televiziyaya yaxşı yatırımlar da lazımdır. Görünən isə budur ki, şirkətlər “Space TV” ilə işləməyə bir o qədər də həvəs göstərmirlər. Yaxşı ki, Vaqif Mustafaevdən qalma “Banu” verilişini saxlayıblar. Az-çox region üzrə “yeyilən” layihədir. Yeni rəhbərlik fikirləşdi ki, ordan-burdan yığıb gətirdiyi aparıcılar “inqilabi” dönüş edəcəklər. Lakin, bu gün biz bunun tam əksini görürük. “Space” televiziyasında “həsrətlə” yolu gözlənilən veriliş mövcud deyil. Büdcə mən bildiyim qədəriylə boşdur. Boş olmasaydı, televiziyanın mənə olan 8 aylıq əmək haqqı borcu ödənilərdi. Nəinki mənə, mənimlə bir yerdə işdən uzaqlaşdırılan iş yoldaşlarıma da…
– Üfüqlərdə nə görünür?
– Mənim 43 yaşım var. Hal-hazırda demək olar ki, heç harda iş tapa bilməmişəm. Bu gedişlə tapa biləcəyim də sual altındadır. Mənim nə ağlıma gələrdi ki, işdən çıxarılacam. İşimdə xətaya yol vermişdim? Yox. Tələffüzümdə problem var idi? Yox. Rüşvət və intriqalara bulaşmışdım? Yox. Aldadılmaq və meymun kimi ortalıqda oynadılmaq adamı sarsıdır. Bu gün mənimlə birlikdə işdən çıxarılan uşaqlar işsiz-gücsüz oturublar evdə və xəcalətlərindən ailələrinin üzünə baxa bilmirlər. Eləsi var ki, bütün külfətə “Space”in vaxtında verə bilmədiyi qəpik-quruş maaşla baxırdı. Bu insanların taleyi necə olacaq? Öz canımızın hayında deyilik, hərəmizin öhdəliyində kimlərsə var. Mən Müşfiq müəllimlə sanballı maaş davasına çıxmamışdım. 350 manat maaş alırdım, onu vaxtlı-vaxtında versəydilər, bəsim idi.
– Başqa media orqanlarına müraciət etmisiniz?
– Mən özümü istedadsız adam hesab etmirəm. Amma bugünkü platforma istedad axtarışında deyil. Atalar demiş “bic deyiləm, bicin dilini anlamıram.” Azərbaycan dilində normal danışa və yaza bilməyən insanlardan fenomen düzəldib, qaldırıb qoyublar dağın başına. Hansı ali gerçəyin izinə düşməliyəm mən? Hərə bir “bazar” yaradıb, keçib oturub “tərəzi”nin arxasında. Bu gün hər şey “bazar”a xidmət edir. Fitri istedad, intellekt, fərqli düşüncə – bunlar “bazar”a lazım deyil. “Sabun”umuz yoxdur, çimə bilmirik…
– Kimdir müqəssir?
– Yəqin valideynlərim. Məndən bazar adamı “düzəldə” bilməyiblər. Bir də ki, öhdəsindən heç cür gələ bilmədiyim vicdanım.
KivNews.com
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47


