- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
Eldar Mahmudovun 3 MİLYON TƏLƏB EDİR...
Reportaj17 noyabr 2021 17:29

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlan Şixəliyev və digərilərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Qaynarinfo xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə müttəhimlər kürsüsünə Mövlan Şıxəliyevlə yanaşı MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar.
Proses açıq elan olunsa da, faktiki olaraq qapalı keçirilir, media nümayəndələri qanunsuz olaraq iclasa buraxılmırlar.
Noyabrın 16-da baş tutan iclasdan öncə jurnalistlər qanunsuzluğa etiraz əlaməti olaraq Bakı Hərbi Məhkəməsinin önündə aksiya keçiriblər. Jurnalistlər üzərində "Mövlan Şıxəliyevlə komandasının məhkəməsini ictimaiyyətdən gizli keçirməyin!”, "MTN-çilərin açıq məhkəməsini qapalı bazara çevirməyin! Jurnalistləri məhkəməyə buraxın” sözləri yazılan plakatlar tutmaqla məhkəmənin qanunsuz qərarına etirazlarını bildiriblər. Məhkəmə binası önünə toplaşan zərərçəkənlər mətbuat nümayəndələri ilə həmrəylik nümayiş etdirərək aksiya bitənə kimi məhkəmə zalına daxil olmaqdan imtina ediblər.
Aksiyadan sonra zərərçəkənlər prosesə qatılıb. Hakim Elbəy Allahverdiyev sərbəst ifadə vermək üçün sözü zərərçəkənlərdən Hüseyn Səfərova verib.
"Mənə qarşı dəhşətli cinayət törədiblər”
Zərərçəkən deyib ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin daxilində yuva salmış mütəşəkkil cinayətkar quldur dəstənin qurbanıdır: "Bu gün təqsirləndirilən şəxs statusunda mühakimə olunan Mövlan Şıxəliyev, Vüsal Ələkbərov və digəriləri mənə qarşı dəhşətli cinayət törədiblər. 2008-ci ilin oktyabrında məni özlərinin uydurduqları cinayət işi üzrə qanunsuz olaraq girov götürüb, 67 gün MTN binasında, İstintaq İdarəsində saxlayıblar. Həmin müddətdə mən günboyu MTN-dəki müstəntiqlərin kabinetində oturub qohum-qardaşımın bu cinayətkar dəstənin məndən tələb etdiyi 3 milyon dolların toplanmasını gözləmişəm. O günlərdə yalnız gecələr təcridxanada kamerada yatırdım, səhər yuxudan ayılıb.
"Pulu verin, nazirin göstərişidir"
"Vüsal Ələkbərov və digərilərinin kabinetində girovluğumun bitəcəyi günü gözləyirdim. Mövlan Şıxəliyev o günlərdə 5 dəfə məni kabinetinə çağırtdırıb. Hər dəfə də pul tələb edirdi. Deyirdi ki, pulu düzəldin verin, nazirin göstərişidir ki, səni buraxaq. Nazir də bunların dəstələrinin başçısı Eldar Mahmudov idi.
Bu gün burada, məhkəmə salonundakı dəmir qəfəsdə Mövlan Şıxəliyevin yanında Eldar Mahmudov da əyləşməlidir. Mənə qarşı cinayətdən onun məlumatı olub. Bunu Mövlan Şıxəliyev təsdiq edə bilər. O, MTN-dəki kabinetində məndən pulu tələb edəndə Eldar Mahmudovun adından danışırdı. Deyirdi ki, nazir deyir 3 milyon versin, onu buraxaq.
Mövlan Şıxəliyevə deyirdim ki, qohum-qardaşım məndən tələb olunan pulu yığıb toplaya bilmir. Söhbətlərin birində də dedi ki, heç olmasa 2 milyon dollar verin, verməsən səni buraxmayacağıq. Qeyd etdiyim kimi, hər dəfə də "nazirin göstərişidir” deyirdi.
67 gün ərzində mənə hədə-qorxu gəlib, təzyiq göstərirdilər ki, pulu tez düzəldib verim. Gördülər ki, pulu düzəldə bilmirik, təklif etdilər ki, çox hissəsini ver, qalanını da səni azadlığa buraxandan sonra ödəyərsən. O günlərdə qohumlarım 1 milyon 650 min dollar düzəldib oğlum Rüstəmə vermişdilər. Oğlum həmin məbləği MTN-nin binası yaxınlığında, MTN poliklinikasının yanında Vüsal Ələkbərova verdi. Pulu aldılar, məni də bir neçə gün açıb buraxdılar.
Bu quldurlar məni girov götürəndə "Kapital Bank”ASC-nin "Tərəqqi” filialının müdiri vəzifəsində işləyirdim. 2008-ci ilin oktyabr ayının əvvəlindən məni tutub MTN-də saxlayırdılar. Həmin günlərdə Mövlan Şıxəliyev MTN-nin İstintaq Təcridxanasından şəxsən öz xidməti kabinetinə, həmçinin mütəşəkkil dəstənin üzvü Vüsal Ələkbərovun xidməti kabinetinə aparıb ən ciddi həddə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağımı deyirdilər. İstintaq təcridxanasında və gələcəkdə cəzaçəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağımı bildirib, hədə-qorxu gəlməklə pul tələb edirdilər.
Girovluqdan azad edilməm müqabilində məndən 1 milyon 650 min dollar aldılar. Hələ 350 min dolları verməyimi tapşırdılar. Dedilər ki, verməsən, səni də, oğlunu da həbs edəcəyik.
Bu gün qarşınızda müttəhim olaraq dayanan bu adamlar məni qanunsuz həbsdən, girovluqdan azad edilməyim üçün özlərinin düzüb-qoşduqları qondarma cinayət işi üzrə sübutları təkrar-təkrar saxtalaşdırıblar.
"Vüsal Ələkbərov mənə hədə-qorxu gəlir”
Bu gün sizin azadlıqda saxladığınız təqsirləndirilən Vüsal Ələkbərov mənə məhkəmə binası qarşısında hədə-qorxu gəlir. Bu adam mənə qarşı törədilən cinayətin icraçısıdır. Onun üzvü olduğu dəstənin mənə qarşı cinayətləri sənəd-sübutlarla təsdiqini tapır.
Girovda olduğum zaman, 15 dekabr 2008-ci il tarixdə saat 20 radələrində MTN-nin inzibati binasının arxa nəzarət-buraxılış məntəqəsinin yaxınlığında, Əjdər Xanbabayev küçəsi 3 saylı evin qarşısında Vüsal Ələkbərov oğlum Rüstəm Səfərovdan 1 milyon 650 min dollar məbləğində nağd pulu alıb. Həmin gün Vüsal Ələkbərov oğluma zəng edib, deyib ki, pulu götür gəl, səni gözləyirəm. Cinayət işinin içində dediklərimi sübut edən telefon danışıqlarının çıxarışı var. Mənim qanunsuz həbsdən azad edilməyimə qanuni görünüş yaratmaq məqsədi ilə həyat yoldaşımın guya zərərçəkənlərə tərəfimdən vurulmuş zərərin ödənməsi barədə ərizələr əlavə ediblər.
Oğlum Rüstəm Səfərova, qızlarım Səkinə Seyidovaya, Günay Məmmədovaya, tanışlarım Sabir Abbas oğlu Məmmədova, Nazim Abbas oğlu Məmmədova, Azər Şahin oğlu Hüseynova, İlham Səməd oğlu Mustafayevə, Tahir Həsən oğlu Kazımova vurulmuş ziyanı ödəməsi barədə 12-13 dekabr 2008-ci il tarixlərdə həqiqətə uyğun olmayan ərizələr yazdırıblar, işə əlavə ediblər. Bu birbaşa sübutların saxtalaşdırılmasıdır.
"Vüsal Ələkbərov həbs olunmalıdır..."
Bundan sonra məni azad etmək üçün MTN-ə həkim briqadası dəvət etdilər. Vüsal Ələkbərov Mövlan Şıxəliyevin göstərişi ilə həkimlərdən 16 dekabr 2008-ci il tarixli 297/KEŞ saylı rəy aldı ki, guya ağır xəstəyəm, buna görə barəmdə həbs qətimkan tədbiri dəyişdirdi.
3 gün sonra, 19 dekabr 2008-ci il tarixli qərarla Vüsal Ələkbərov məni girovluqdan azad etdi. Bu gün mən Vüsal Ələkbərovun həbsini tələb edirəm. Amma məni həbsə alan müstəntiqin həbsini tələb etmirəm. Çünki həmin müstəntiq bunların cinayətkar dəstəsinin üzvü deyil.
Generala hədiyyə tələbi
Mövlan Şıxəliyev Vüsal Ələkbərov vasitəsilə 2009-cu ilin aprel ayında MTN-nin inzibati binasının arxa nəzarət-buraxılış məntəqəsinin yaxınlığındakı 1 saylı evin qarşısında 350 min ABŞ dolları məbləğində nağd pulu oğlumla məndən aldı. Bu adamların gözləri doymurdu. 2009-cu ilin may ayında Vüsal Ələkbərov mənə zəng edib dedi ki, Mövlan müəllim general rütbəsi alıb, ona hədiyyə gətir. Mənə 2 "Vertu” telefon aldırdı. MTN-nin inzibati binasında, Vüsal Ələkbərovun xidməti otağında hər birinin dəyəri 6 min 500 manat olmaqla 2 "Vertu” telefonu ona verdim. Bir neçə ay sonra Vüsal Ələkbərov yenə də mənə zəng etdi ki, Mövlan müəllimin ad günüdür, ona bahalı hədiyyə gətir. Dəyəri 21 min dollar olan qızıl saatı aparıb Mövlan Şıxəliyevə kabinetində verdim.
Yenə əl çəkmədilər. Vüsal Ələkbərov zəng eləyib məndən ov silahı istədi. 2009-cu ilin yayında Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 164 saylı evin yaxınlığında Qələbə dairəsi adlanan ərazidə 800 manat dəyərində 856204 saylı "Churchill” markalı 12 mm kalibrli ov tüfəngini ona verdim. Həmin silahı mənim yanında qardaşına verdi.
Bu adamların tamahkarlığı sonsuzdur. Şəxsi marağa görə hakimiyyətdən, öz qulluq mövqelərindən hər cür sui-istifadə edirdilər. Milli Təhlükəsizlik Nazirliyinin kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması yadlarından çıxmışdı. Təki sərvət, pul qazansınlar deyə hər cür cinayət edirdilər.
Qarşısınızda olan təqsirləndirilənlər mənim və ailə üzvlərinin müflisləşməsi, psixi təsirlərə, külli miqdarda maddi və digər məhrumiyyətlərə məruz qalmağımıza səbəb olublar. Mən girovluqda qaldığım günlərdə keçirdiyim stress sonradan səhhətimdə özünü göstərdi. Ürəyimdə açıq əməliyyat aparılıb, gözüm əməliyyat olunub.
Mövlan Şıxəliyevi kim himayə edir?
Mənə qarşı cinayət törətmiş Vüsal Ələkbərov bu gün azadlıqda gəzir, mənə hədə-qorxu gəlir, meydan oxuyur. Deyir ki, "Mövlan müəllim filankəsin himayəsindədir. Bu məhkəmə ona cəza təyin edəcək, yuxarı məhkəmə də açıb buraxacaq. Özünüzü yorub bizdən şikayət etməyin. Məni Ali Məhkəmədən azad etdikləri kimi Mövlan müəllimi də azad edəcəklər". Sizdən xahiş edirəm ki, onun barəsində həbs qətimkan tədbiri seçməklə biz zərərçəkənlərə qarşı təzyiq-təsirlərinin qarşısını alasınız.
Hələlik bu qədər, məhkəmənin gedişində olduqca ciddi faktları açıqlayacağam".
Sərbəst ifadəsindən sonra zərərçəkən vəsatətlə çıxış edib. O, təqsirləndirilən şəxslərdən Vüsal Ələkbərovun həbsini tələb edib.
Hüseyn Səfərov bildirib ki, məhkəmə binası önündə Vüsal Ələkbərov ona təzyiq göstərir, hədə-qorxu gəlir: "Məndən ifadələrimdən imtina etməyi və ərizəmi geri götürməyi tələb edir, hədələyir. Geri götürməyəcəyim halda mənim üçün pis olacağını deyir. Xahiş edirəm ki, barəsində həbs qəti imkan tədbiri seçilsin, bizə qarşı zorakılığın, təzyiqlərinin qarşısı alınsın”.
Məhkəmə vəsatəti əvvəlcə yerindəcə müzakirə edib. Lakin qərar açıqlanmayıb. Qərara alınıb ki, proses 23 noyabr 11:00-a qədər təxirə salınsın. Zərərçəkənin vəsatətinə həmin gün münasibət bildiriləcək.
Xatırlatma
İttihama görə, Mövlan Şixəliyev və digər 3 nəfər mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib.
Mövlan Şıxəliyevə qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq dövründə həbs olunmayıblar.
Məhkəmə də ibtidai istintaq dövründə barələrində verilən qərarı dəyişməyib.
Odur ki, təqsirləndirilənlər məhkəmə binası qarşısında zərərçəkənlərə, mətbuat nümayəndələrinə təzyiq göstərməkdən çəkinmirlər.
Oxşar xəbərlər
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
2 iyul 2025 01:07
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
2 iyul 2025 00:53
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
2 iyul 2025 00:11
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
1 iyul 2025 22:48
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
1 iyul 2025 20:38
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
1 iyul 2025 15:18
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
1 iyul 2025 11:36
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
1 iyul 2025 00:29
- DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam
30 iyun 2025 23:59
- Veysəloğlu-nun elan etdiyi -Qida Təhlükəsizliyi Ayı- çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
30 iyun 2025 16:49
Xəbər lenti
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
02 iyul 01:07
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
02 iyul 00:48
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
02 iyul 00:10
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
01 iyul 23:27
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
01 iyul 22:47
- Cümşüdün toyu olacaqmış - Nişanlışından ürəkparçalayan məktub - FOTO
01 iyul 22:10
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
01 iyul 20:38
- Zelenski İlham Əliyevə başsağlığı verdi
01 iyul 20:18
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SİYAHI
01 iyul 19:04
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
01 iyul 18:42
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
01 iyul 16:20
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
01 iyul 15:39
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
01 iyul 15:18
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
01 iyul 13:57
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
01 iyul 13:34
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
01 iyul 11:36
- İlham Əliyev Ruanda Prezidentini təbrik edib
01 iyul 11:27
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
01 iyul 11:18
- Evdən döyülərək çıxarıldılar - Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI VİDEO
01 iyul 11:05
- DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
01 iyul 10:48
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
01 iyul 00:29
- DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam
30 iyun 23:55
- Ərdoğan Azərbaycana GƏLİR
30 iyun 22:58
- Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? – DOSYE
30 iyun 17:51
- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30 iyun 17:46
- Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı BUNKER: Harada yerləşir? (FOTO)
30 iyun 16:59
- Veysəloğlu-nun elan etdiyi -Qida Təhlükəsizliyi Ayı- çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
30 iyun 16:49
- Təyyarəmizi Qazaxıstan vurubmuş – Samir Vəliyev özünü rüsvay etdi
30 iyun 16:43
- İki İosifin və iki ittifaqın intriqası – Tito dirənməsə, Moskva və London Balkanı böləcəkmiş
30 iyun 16:26
- Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
30 iyun 16:19
Video & Fotoqalereya
Video
Fotoqalereya