Sovet KQB-sinin bütün dünyanı titrədən 3 ən mühüm əməliyyatı
Maraqlı17 noyabr 2021 21:12
SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin aktivində çox sayda çətin və mürəkkəb missiyalar olub ki, onların nəticəsi təkcə sovet dövlətinin deyil, bütün dünyanın necə görünəcəyini dəfələrlə müəyyənləşdirib. "Soyuq müharibə” və fövqəldövlətlər arasında şiddətli geosiyasi qarşıdurma illərində kəşfiyyatçıların görəcəkləri iş kifayət qədər idi. Uğurlu əməliyyatların heç də hamısı ictimaiyyətə açıqlanmırdı, lakin bəziləri bütün dünyada gurultu doğururdu.
Dövlət Təhlükəsizlik Komitəsinin SSRİ hüdudlarından kənarda keçirdiyi üç ən mühüm əməliyyatla bağlı məlumatları təqdim edirik.
"Qasırğa” əməliyyatı – Macar üsyanının DTK hesabına yatırılması
Söhbət Macarıstan üsyanını yatırmaq üçün DTK-nın məşhur əməliyyatından gedir. Bu əməliyyat 1956-cı il noyabrın 4-də səhər saat 6-da, noyabrın 3-ü axşam saatlarında DTK zabitlərinin Macarıstanın yeni müdafiə naziri Pal Malateri danışıqların gedişi zamanı həbs etməsindən sonra başlayıb.

Qiyamın yatırılması vəzifəsi Xüsusi Korpusun çiyinləri üzərinə qoyulur. Əməliyyatda ümumilikdə 15 tank, mexanikləşdirilmiş, atıcı və aviadiviziya, 7-ci və 31-ci hava-desant diviziyaları, həmçinin, dəmiryol briqadası iştirak edib.
Mühüm obyektləri ələ keçirmək üçün 150 hava-desant döyüşçüsü, zirehli kəşfiyyat-keşikçi maşını (rusca BRDM) və tanklar tərəfindən dəstəklənən xüsusi qruplar yaradılır. Hər bir belə dəstənin tərkibində hərəkətləri əlaqələndirən DTK zabitləri var idi. Onlar həmçinin, qiyamın yatırılması zamanı mühüm şəxslərin həbsi ilə də məşğul olurdular. Bir gündən də az vaxt ərzində Budapeşt nəzarət altına alınır və üsyankar hökumətin üzvləri Yuqoslaviya səfirliyinə sığınmağa məcbur olurlar.
Noyabrın 22-də, yerli vaxtla saat 18:30-da İmre Nad hökuməti üzvlərinin Sovet İttifaqının DTK əməkdaşları tərəfindən həbsi həyata keçirilib.
"Tukan” əməliyyatı

Sovet İttifaqı ona dost rejimləri dəstəkləməyə böyük diqqət yetirirdi. Belə ki, 1976-cı ildə sovet DTK-sı və Kuba xüsusi xidmət orqanı – DQİ (ispanca Dirección de Inteligenci) ilə birgə "Tukan” adlı əməliyyat keçirir. Bu əməliyyatın məqsədi Auqusto Pinoçet rejiminə münasibətdə "düzgün” ictimai rəyin formalaşmasından ibarət idi. Belə ki, o, öz növbəsində kommunist partiyasının Çilinin əsas düşməni olduğunu dəfələrlə bəyan etmişdi.
Keçmiş DTK zabiti Vasili Mitroxinin sözlərinə görə, "Tukan” əməliyyatının ideyası Yuri Andropova məxsus olub.
Əməliyyat iki məqsəd güdürdü. Birinci məqsəd KİV-də Pinoçetin mənfi obrazını yaratmaq, ikinci hüquq-müdafiə təşkilatlarını ölkə liderinə kənardan, əsasən də BMT-dən təzyiqlərə başlamağa sövq etmək idi. Nəticədə təkcə əməliyyatın başladığı 1976-cı ildə Amerikanın "Nyu York Tayms” qəzeti Çilidə insan haqları ilə bağlı 66 məqalə dərc edir. Həmçinin, sözügedən qəzetdə Kambocadakı "Qırmızı kxmerlər” rejimi haqqında dörd, Kubada insan haqları ilə bağlı cəmi üç məqalə çap olunur.
DTK həmçinin, sonralar da bir çox dünya jurnalisti tərəfindən dəfələrlə istinad edilən məktub uydurmağı bacarır. Məktubun Cənubi Amerika ölkələrində siyasi müxalifətin likvidasiyasında Mərkəzi Kəşfiyyat İdarəsinin iştirakının sübutu olduğu iddia edilirdi.
"Hizbullah” girovlarının azad edilməsi

Ayətulla Fədlallah
30 sentyabr 1985-ci ildə Beyrutda sovet səfirliyinin 4 əməkdaşı girov götürülür. Onlardan ikisi SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin kadr əməkdaşlarıdır. Bu ələkeçirməyə görə məsuliyyəti "Xaled bin əl-Valid qüvvələri” adlanan Livan qruplaşması öz üzərinə götürür. Bununla belə DTK müəyyən edə bilir ki, bu aksiyaya görə əslində "Hizbullah”ın şiə fundamentalistləri və FƏTH-in fələstinli fəalları məsuliyyət daşıyırlar. Girov götürmənin siyasi məqsədləri var idi.
DTK agentləri "Hizbullah”ın o vaxtkı dini lideri şeyx Fədlallahla görüşüb ona təzyiq göstərirlər. Xüsusilə, sovet kəşfiyyatçıları onu belə bir fikrə gətirirlər ki, girovlar azad edilməsə, "təsadüfi sovet raketləri” "təsadüfi şiə ziyarətgahlarına” düşməyə başlaya bilər. Paralel olaraq DTK əməkdaşları sovet vətəndaşlarının girov götürülməsində iştirak edən şəxslərin yaxın qohumlarını da həbs edirlər. Kütləvi psixoloji təzyiq öz bəhrəsini verir və sonda sovet diplomatları azadlığa çıxır. Bu əməliyyat olduqca rəvan və dəqiqliklə şəkildə həyata keçirilib.
Mənbə: Teleqraf.com
Oxşar xəbərlər
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
8 fevral 2026 13:24
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
6 fevral 2026 01:30
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 2026 11:37
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- BİZİM VARİS ... Xalqa xidmət Allaha xidmətdir
29 yanvar 2026 20:42
- Əkrəm Əylisli sükutu pozdu: Anarla görüşümün heç bir əhəmiyyəti yoxdur - MÜSAHİBƏ
28 yanvar 2026 14:18
- Daşaltı əməliyyatından 34 il ötür
25 yanvar 2026 11:56
Xəbər lenti
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
