Rusiyadan Bakıya dəvət etdiyi sevgilisinin azyaşlı qızına təcavüz..
Rusiyada tanış olduğu qadını Bakıya dəvət edən, sonra onu aldadaraq geri göndərib 14 yaşlı qızını bağlı qapı arxasında saxlayaraq mütəmadi zorlayan şəxsə cəza verilib.
“Kriminalqafqaz” məhkəmə materiallarına istinadən xəbər verir ki, təqsirləndirilən şəxs Süleyman Mehmanov (ad və soyad şərtidir) əvvəllər qeyri-rəsmi nikahda olduğu Rusiya vətəndaşı Svetlananı (ad şərtidir) ailə quracağı vədi ilə aldadaraq pulunu mənimsəyib.
Daha sonra ona hədə-qorxu gələrək yetkinlik yaşına çatmayan qızına təcavüz edib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Süleyman Svetlananı onunla evlənəcəyinə inandıraraq Bakı şəhərinə dəvət edib. Qadın 14 yaşlı qızını və 1 yaşlı oğlunu götürərək 2017-ci ildə Azərbaycana gəlib. Süleyman onları kirayə götürdüyü evə gətirib. Daha sonra o, Svetlanaya bildirib ki, Moskva şəhərində guya ona məxsus böyük məbləğdə qiymətli kağızlar var. Svetlananı həmin qiymətli kağızları götürmək üçün Moskva şəhərinə gedəcəyi təqdirdə hava limanında tanışları tərəfindən qarşılanacağını və qısa müddətdə geri qayıdacağına inandırıb.
Svetlananı 2017-ci ildə tək hava limanından Moskvaya yola saldıqdan sonra yaşadığı mənzilə qayıdıb. Svetlananın yetkinlik yaşına çatmayan və köməksiz vəziyyətdə olan qızını zorlayaraq onunla təbii yolla cinsi əlaqədə olub. Bundan sonra Süleyman qıza anasını heç vaxt görməyəcəyi, eləcə də bir yaşlı qardaşını öldürüb, bu cinayətdə onu günahlandıracağı ilə hədələyib. Qızın köməksiz vəziyyətindən istifadə edib dəfələrlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub. Törətdiyi cinayəti ört-basdır etdirmək üçün uşaqların hər ikisini yaşadığı mənzildə bağlı qapı arxasında saxlayaraq azadlıqdan məhrum edib.
Həmin ərəfədə Svetlana Moskva şəhərində qarşılanmadığını və pulsuz qaldığını gördükdə Süleymana zəng edib. Süleyman qadına uşaqlarına qarşı zor tətbiq edəcəyi ilə hədə-qorxu gəlib və ondan tələb edib ki, Rusiyada işə düzəlib qazanmaqla və ya borc götürməklə xeyli miqdarda pul göndərsin. Bundan sonra Svetlana ona 3588 manat göndərib. Süleyman daha sonra Svetlanadan 5980 manat tələb edib.
Amma həmin ərəfədə Svetlananın qızı imkan taparaq internet vasitəsilə rəfiqəsinə zorlandığını və evdə bağlı qapı arxasında saxlanıldığını deyib. Bundan sonra Svetlana Bakıya gələrək polisə müraciət edib. Polis əməkdaşları Fövqalədə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə uşaqların saxlanıldığı mənzilin qapısını sındırıb içəri daxil olublar.
Barəsində cinayət işi başlanılan Süleyman Mehmanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 13 il müddətinə azadlıqdan məhrum edilib. S.Mehmanovun apellyasiya və kassasiya şikayətləri də təmin edilməyib və onun cəza müddəti dəyişdirilmədən saxlanılıb.
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
4 mart 2026 11:23
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 2026 21:07
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
