Polis şöbəsinin yanında narkotik əkən şəxs: “Bu işi mənə rəis təklif edib”

İsmayıllıda qonşusu ilə əlbir olub narkotik bitkilərin qanunsuz əkib-becərməklə məşğul olan ata və oğul bu işi etməkdə onlara polis əməkdaşının da kömək etdiyini bildirib və hadisənin təfərrüatlarını danışıblar.
“Kriminalqafqaz” məhkəmə materiallarına istinadən məlumat verir ki, Eşqin Hüseynov (soyad şərtidir) 2018-ci ildə meşədən topladığı yabanı çətənə bitkisinin toxumlarını özündə saxlayıb. 2020-ci ildə isə həmin toxumları rayonun Diyallı kəndindəki boş sahədə əkib. Bu işdə ona atası Vüqar və qonşusu Əlmurad da kömək edib. Onlar birlikdə boş torpaq sahəsindəki kol-kosu təmizləyərək həmin əraziyə narkotik tərkibli bitki əkiblər.
Təqsirləndirilən Eşqin Hüseynov öz ifadəsində bildirib ki, ona narkotik bitkilərin əkməsi təklifini İsmayıllı rayon Polis Şöbəsində sahə rəisi işləyən Mahir Nuralıyev edib: “Atamın bu işdə heç bir təqsiri yoxdur. İsmayıllı rayon Polis Şöbəsində sahə rəisi işləyən Mahir Nuralıyev mənə dedi ki, rəhbərlikdən ona etibar olunur və ortaq şəkildə narkotik tərkibli bitliklər əkə bilərik. Şərtə görə sonda ona 5000 manat pul verməli idim. Əvvəlcə onunla razılaşmadım. Amma sonra düşündüm ki, müalicəm üçün pul lazımdır. 2020-ci ilin martında Mahir mənə 300 manat verdi. Həmin pulun 270 manatını kabel, gübrə və motor almaq üçün, 30 manatını isə kafedə xərclədim. Həmin vaxt Mahir mənə toxum da verdi. Həmin toxumlardan 1000 ədədini yetişdirdim. Elə əkəcəyim torpağın yerini də Mahir mənə göstərdi. Düz polis şöbəsinin yanında yerləşən boş torpaq sahəsi idi. Həmin ərazini təmizləyib toxumları əkəndən sonra onları suvarmaq üçün kömək edəcək adam da lazım idi. Qonşum Əlmuraddan kömək istədim. Ona da dedim ki, işin əvəzində 1500-2000 manat pul verəcəm. Əlmurad da əvvəlcə razı olmadı. Sonra ona dedim ki, bu işdə Mahir də var. Ondan sonra razılaşdı”.
Məhkəmə iclasında ifadə verən İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi Mahir Nurəliyev bildirib ki, onun bu işdə iştirakı olmayıb: “Eşqinin tutulması barədə xəbəri televizorda gördüm. Eşqini əvvəlcədən tanıyırdım. Onunla telefonda danışıb, birlikdə çay içmişik. Münasibətimiz də yaxşı idi. Amma Eşqinə narkotik tərkibli çətənə bitkilərinin əkilməsi barədə heç bir söz deməmişəm. O həbs olandan sonra atası Vüqarla görüşdük və məndən xahiş etdi ki, Eşqinə kömək edim. Mən də Vüqara bildirdim ki, oğluna heç cürə kömək edə bilmərəm. O da məsuliyyətdən yayınmaq üçün öz ifadəsində mənim barəmdə belə sözlər deyib”.
Eqşinin atası da öz ifadəsində oğlunun sözlərini təsdiqləyərək bildirib ki, bu işlə bağlılığı olmayıb: “Mən kənddə fermada işləyirəm. 2020-ci ilin aprelində oğlum Eşqin mənə dedi ki, fermanın yaxınlığındakı meşəlik ərazidə narkotik vasitə olan çətənə bitkiləri əkib-becərəcək. Eşqin narkotik vasitə istifadəçisi olduğundan buna heç bir etiraz etmədim. Amma onun bəhs etdiyi əraziyə də getməmişəm. Oğlum mənə dedi ki, ona su matoru və işıq çəkmək üçün kabel lazımdır. Mən də onları alıb verdim. Bu işdə ona Əlmurad köməklik edib. Mənim heç nədən xəbərim olmayıb”.
Məhkəmə iclasında ifadə verən Əlmurad Məmmədov (soyad şərtidir) Eşqinin sözlərini təsdiqləyib. O, bildirib ki, Eşqinin atası Vüqarın bu məsələdən xəbəri yoxdur: "Pula ehtyacım olduğu üçün bu işi görmüşəm. Bağa baxmaq və oranı suvarmaq üçün 250 manat pul almışam. Eşqin bu işi mənə təklif edəndə əvvəlcə razılaşmamışdım, sonra razılaşdım. Səbəb xəstə olduğumdan pula olan ehtiyacım idi. Həm də Eşqin məni əmin etdi ki, əkmə işlərini özü edəcək. Mən sadəcə suvaracam. Vüqara gəldikdə isə, onun bu işdə əli olmayıb. Hətta Eşqinlə mən əraziyə gedib baxdıq, amma Vüqar bizimlə gəlmədi”.
Şəki Ağır Cinayətlər Məcəlləsinin hökmü ilə təqsirləndirilən Eşqin Hüseynov 6 il, atası Vüqar Hüseynov 4 il, Əlmurad Məmmədov isə 5 il müddətə azadlıqdan məhrum edilib.
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
4 iyul 2025 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
4 iyul 2025 19:44
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
4 iyul 2025 12:42
- Pezeşkian Xankəndiyə GƏLDİ
4 iyul 2025 10:19
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
4 iyul 2025 09:51
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
4 iyul 2025 09:31
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
4 iyul 2025 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
3 iyul 2025 23:58
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
3 iyul 2025 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
3 iyul 2025 19:43
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
03 iyul 02:06