"Məyyən məsələlər var, onlar mənmlə QƏBRƏ gedəcək”..)))
"Prokurorluq provokativ hərəkətlər etsə də, elə şeylər var ki, mənimlə qəbrə gedəcək”
Həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun işi üzrə məhkəmə prosesi dekzbrın 11-də də davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən budəfəki məhkəmə iclasında Eldar Həsənov bildirib ki, ona qarşı ittihamda – cinayət işinin materiallarında bir sıra təxribat xarakterli məsələlər yer alıb.
"Məyyən məsələlər var, onlar barədə danışmağım mümkün deyil. Hərçənd, o məsələlər provokativ olaraq ittihama salınıb. Onlar mənimlə qəbrə gedəcək”, – Eldar Həsənov bildirib.
Məhkəmə prosesində müzakirə mövzusu olan məsələlərdən biri də səfirliyə ayrılan vəsaitlərə qənaət olunmasıyla bağlıdır. Maliyyə Nazirliyinin nümayəndəsi əvvəlki məhkəmə iclaslarından birində demişdi ki, ümumiyyətlə, qanunda "qənaət” termini yoxdur. Sadəcə, xərclər üzrə "istifadə edilməyən maliyyə vəsaiti” var.
Nazirlik təmsilçisinin bu fikrinə budəfəki məhkəmə iclasında münasibət bildirən Eldar Həsənov hazırda Prezident İlham Əliyevin köməkçisi, o zaman isə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri olan Hikmət Hacıyevin müsahibəsini yada salıb: "Səfirlik olaraq, biz hər il qənaət edilmiş pulları Xarici İşlər Nazirliyinə qaytarırdıq. "Büdcə sistemi haqqında” qanunun 19.6 maddəsində birbaşa "qənaət” termini nəzərdə tutulub. Birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin ehtiyat fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər.
Məhkəmənin diqqətinə 2016-cı ildə Hikmət Hacıyevin verdiyi müsahibəni təqdim edirəm. Həmin vaxt Hikmət Hacıyev Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri idi. O deyirdi ki, "qlobal maliyyə-iqtisadi böhranın fəsadlarını nəzərə alaraq, digər dövlət orqanları kimi, Xarici İşlər Nazirliyi sistemində də büdcə vəsaitlərinə qənaət rejimi tətbiq edilir”. Büdcədən ayrılan vəsaitin büdcəyə qaytarılması qənaətdir. Bunun başqa adı yoxdu. Prokurorluq isə bunu yeyinti kimi yazıb. Mən səfirlikdə 3 nəfəri ixtisar etmişəm. Onların da vaxtı bitəndən sonra. Mən 3 dəfə vəsaitə qənaət edib, büdcəyə qaytarmışam. Elə ona görə də burada oturmuşam. Əgər qaytarmasaydım, indi burda oturmazdım…”
Daha sonra hakim məhkəməyə gəlməyən şahidlərin ifadələrini elan edib.
Bosniya və Herseqovinada yaşayan, səfirlik üçün alınmış binanın keçmiş sahibləri Mujo Ahmetspahiç və arvadı Sabaheta Ahmetspahicin ifadələri səsləndirilib. Onların hər ikisi ifadələrində Eldar Həsənovu tanımadıqlarını deyiblər.
Vəkillər bildirib ki, hər iki ifadə çox qısa və səthidir. Sarayevo Şəhər Prokurorluğunda aparılan dindirmədə müstəntiq Teymur Qarayev də iştirak edib. Amma nədənsə, şahidlərin heç birinə aydınlaşdırıcı bir sual da verilməyib.
Eldar Həsənov bu məsələyə belə münasibət bildirib: "Mən orada özbaşına olmamışam, dövlətin etibar etdiyi adam olmuşam, dövlətin maraqlarına xidmət etmişəm. Dövlətin sifarişlərini yerinə yetirmişəm. Müstəntiq isə heç nəyi araşdırmadan yeyinti yazıb. Guya mən elə orada oturub, bildiyimi eləmişəm. Sarayevo epizodu ilə bağlı istintaq vaxtı dəfələrlə Baş Prokurora və Prezidentin köməkçisi Hikmət Hacıyevə xidməti qeyd qaydasında müraciət etmişəm. Bu məsələnin ittihama salınmasının iki dövlət arasında münasibətlərə xələl gətirə biləcəyini çatdırmışam. Dövlət sirri olduğuna görə məktubu burada elan etmək istəmirəm. Həmin məktub iş materiallarında var, vaxtınız olanda ona baxarsınız. Bu məsələ haqda bundan artıq danışmaq istəmirəm”.
"Prokurorluq provokativ hərəkətlər etsə də, elə şeylər var ki, mənimlə qəbirə gedəcək. Mənə qarşı irəli sürülmüş qondarma ittihamlar məhkəmədə tamamilə çökdü. Mənim əleyhimə bir şahid ifadə verməyib. Mənə verilən ittihamlarla bağlı heç bir sübut, hansısa sənəddə imzam yoxdur. İstintaq vaxtı belə, əleyhimə ifadə almağa cəhd göstərilən şəxslər məhkəmədə bildirdilər ki, belə ifadə verməyiblər. Prokurorluq hər şeyi gözəl bilir. Məni danışdırmayın. Mən istəmirəm ki, hər şeyi danışım və siz də buna məcbur etməyin”, – keçmiş səfir deyib.
Baş Prokurorluğun İstintaq İdarəsində onun işi üzrə istintaqı aparan müstəntiqdən gileylənən Eldar Həsənov bildirib ki, səfirlik üçün alınan binanın sahibi olmuş iki qardaşın ifadələrini alsa da, onların həmin vəsaitləri necə almaları barədə dedikləri cinayət işinə əlavə etməyib:
"Evin sahibinin 2 qardaş olduğunu, pulun yarısının bir qardaşa, digərinin isə başqa qardaşa verildiyini niyə yazmayıb? Tək bu məsələyə görə müstəntiqi hüquq-mühafizə orqanlarından ən yaxşı halda xaric etmək lazımdı. Amma normal ölkədə, normal hüquq olan yerdə. Bu qədər qərəz, bu qədər qisas olarmı? Bu məhkəmədə müdafiə tərəfinin verdiyi vəsatətlərin heç biri təmin olunmadı. O cümlədən də əlavə şahidlərin dindirilməsi haqda vəsatət. Prokuror artıq çıxışa da hazırdır. Çıxarın sifariş verilən hökmü, bu məsələ bitsin…”.
Vəkil Cavad Cavadov Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasından xahiş edib ki, heç olmasa, 10 dekabrın Beynəlxalq İnsan Haqlarını Müdafiə Günü olduğunu nəzərə alıb, buna xatir bircə vəsatəti də olsa, təmin etsinlər.
Müdafiəçi yenidən həkim, professor Adil Qeybullanın müayinə üçün Edar Həsənovun yanına buraxılmasına icazə verilməsini istəyib. Müdafiəçi məhkəməyə Penitensiar Xidmətin Mətbuat xidmətinin açıqlamasını təqdim edib. Həmin açıqlamada göstərilib ki, Adil Qeybulla 1 aydan çoxdur həbsdə aclıq edən
Saleh Rüstəmovu müayinə etmək üçün onun saxlandığı Müalicə Müəssisəsinə buraxılıb: "Müalicə Müəssisəsində də ixtisaslı həkimlər var. Buna baxmayaraq, Adil müəlimi ora buraxıblar…”.
Keçmiş səfir də vəkilinin vəsatətinə münasibət bildirib. O deyib ki, 39 dərman qəbul edərək, məhkəməyə gəlir: "Mən qanunsuz həbs olunandan bu günə qədər təqsirsizliyimi şahid ifadələri, konkret faktlarla ortaya qoymuşuq. Amma mənə qarşı qərəz və qisas hələ də davam edir. Bilirəm ki, Azərbaycanda məhkəmə çökmüş vəziyyətdədir. Nazim Hikmət demişkən, dərdi dərd çəkən anlayar, dərd çəkməyən dərd anlamaz. Mən nə məhkəməyə, nə də dövlət ittihamçısına dərd arzulayıram. Dövlət ittihamçısı çavan adamdı. Verilmiş tapşırıq əsasında hansı cəzanı istəyirsə, buyursun. Amma məni sağlamlığımla bağlı məsələni qaldırmaqla məhkəməni yubatmaqda ittiham etməsin. O söz məni o qədər incidir ki…”.
Hakim Əfqan Hacıyev xatırladıb ki, əvvəlki məhkəmə iclasında da Adil Qeybullanın müayinə üçün Eldar Həsənovun yanına təcridxanaya buraxılması məsələsi qaldırılıb, ona hüquqi qiymət verilib: "Mən keçən dəfə dedim ki, Adil Qeybulla hərşeyşünasdır, siz də bunu reklam edib mətbuatda yazdırmısınız. Siz bu vəsatətdə xəstəlikləri açıqlamamısınız. Mən bilmirəm ki, Adil Qeybulla nə üzrə həkimdir. Onu da yazmamısınız vəsatətdə. Ona görə də vəsatət təmin olunmur”.
Eldar Həsənov:
- Haqsızlığa, ədalətsizliyə məruz qalan mənəm, siz niyə əsəbiləşirsiniz?
Hakim:
- Görmürsünüz, götürüb elan edib ki, hakim deyir: "Adil Qeybulla hərşeyşünasdı”. Siz onu elan edincə, vəsatətdə xəstəliyi, Adil Qeybullanın həkim kimi ixtisaslaşdığı sahəni yazardınız.
Eldar Həsənov:
- Hirslənməyin, xahiş edirəm. Ən çox mən hirslənməliyəm. Mənə kimi verirsiniz verin, əsas odur həkim verin, ağrılarım azalsın. Vəkil Cavad Cavadov daha bir vəsatətində isə məhkəmə iclas protokolları ilə tanış olmağı xahiş edib.
Hakim Əfqan Hacıyev bildirib ki, məhkəmə prosesi tam başa çatandan və hökm elan ediləndən sonra məhkəmə iclas protokolları ilə tanış olmaq olar.
Buna cavab olaraq, vəkil Cavad Cavadov xatırladıb ki, bu yanaşma eyni qanunun eyni məhkəmə binasında müxtəlif çür tətbiqi deməkdir. Çünki Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan başqa bir işdə – "İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun işində hakim Əli Məmmədov hələ proses tam başa çatmadan ona məhkəmə iclas protokolları ilə tanış olmağa şərait yaradıb.
Buna baxmayaraq, Əfqan Hacıyev fikrini dəyişməyib.
Eldar Həsənovun işi üzrə məhkəmə prosesi dekabrın 13-də davam edəcək.
Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib.
12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb.
Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.
Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir: "Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.(Meydan TV)
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 2024 11:42
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 2024 20:31
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- 2300 maaşım idi, ayda 15 min manat paket alırdım - Sabiq nazir
16 aprel 2024 09:45
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Zakir Fərəcovun işlətdiyi və aldadaraq, milyonlarını vermədiyi bir qrup iş adamı bir daha Prezidentə üz tutdu
13 aprel 2024 09:29
- Günəş "öləndə" nələr baş verəcək?
12 aprel 2024 21:03
- Onlar belə yetişdirilir... - Xüsusi təyinatlıların təlimindən
10 aprel 2024 11:25
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10