“Akkord”un Qazaxıstanda, Gürcüstanda və Azərbaycanda subpodratçıları aldatmasının gizlinləri
“Akkord” tikinti şirkətinin Qazaxıstanda subpodratçısı olmuş Marat Unqarov ala bilmədiyini iddia etdiyi pullar üçün Azərbaycan hakimiyyətinə müraciət edib.
O, BBC News Azərbaycancaya deyib ki, 40 kilometrlik yol tikintisi üçün tender əldə etmiş Azərbaycan şirkəti “Spik Akkord” 2 ildir ki, onlara olan borcunu ödəmir. Axmetxan Timurbay oğlu da Akkorddan pulunu ala bilməyənlərdəndir. O, digər yoldaşlarından fərqli olaraq, əməyinin qarşılığını ala bilmədiyi üçün “Akkord”la yollarını daha tez ayırıb. Akkord təkcə ölkə xaricində deyil, ölkə daxilində də subpodratçılara görülən işlərə görə pulları ödəməkdən yayınır. Uzun müddət Azərbaycanda ən böyük tikinti layihələrinin icrasını həyata keçirərək, dövlət büdcəsindən milyardlarla manat pay alan, paytaxtda və iri şəhərlərdə çoxlu sayda yaşayış kompleksləri, qeyri-yaşayış binaları tikib sataraq külli miqdarda qazanc götürən, ancaq gördüyü işlərin bir çoxu keyfiyyətsiz çıxdığı üçün bazardakı mövqelərini itirən “Akkord” Şirkətlər Qrupu nüfuzunu yenidən özünə qaytarmaq uğrunda hərəkətə keçib. Bir qədər əvvəl bu əsnada Bakupost.az maraqlı yazı yaymışdı. Məlum olurdu ki, Ağstafa-Qırmızı Körpü avtomobil yolunun çəkilişi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin elan etdiyi “Akkord” şirkəti “ən cəlbedici” təkliflə iştirak edib və tenderi qazanıb. Daha sonra isə yolun tikintisinin icrasına başlanılıb. Ancaq şirkətin işə başlayandan az sonra öz öhtenderdədəliklərini pozduğu bildirilir. Belə ki, yol tikintisi tenderini qazanmaq üçün “Akkord” SHB, “Elit”, “United”, “Projekt Centr” kimi şirkətləri də subpodratçı kimi işə cəlb edib. Onlar da üzərlərinə düşən işi həyata keçirməyə başlayıblar. Ancaq bir müddətdən sonra subpodratçılara gördükləri işlərin müqabilində ödəniş dayandırılıb. Hazırda “Akkord” subpodratçı şirkətlərə pul ödəməkdən tamamilə imtina edir. Şirkətin rəhbərliyinə yeni gətirilən, vaxtilə vergi cinayətlərində adı hallanan Vüqar Süleymanov ən müxtəlif bəhanələrlə, bəzən isə təhdidlərlə bağladıqları müqavilələrin şərtlərinə əməl etmir. Sayt məlumatlı mənbəyə istinadən yazıb ki, “Akkord” rəhbərliyi ilə ən ciddi qalmaqal Türkiyənin HDS şirkəti arasında yaranıb: “”Akkord" HDS şirkətindən tikinti materialları sifariş edib və Türkiyə şirkəti də ilkin materialları göndərib. Ancaq göndərilən malın dəyəri - 200 min avro ödənilmədiyindən, HDS materialların ardının göndərilməsini dayandırıb". Məlumata görə, “Akkord”un özündə də ciddi problemlər yaşanır. Belə ki, şirkət əməkdaşları 4 aydır əməkhaqqı ala bilmir. Ancaq bütün bunlara baxmayaraq, şirkət rəhbərliyinin heç nədən çəkinmədiyi, hətta hər kəsə hədə-qorxu gəldiyi vurğulanır. Qeyd edək ki, bir müddət öncə “Akkord”un eyni variantı Gürcüstanda da tətbiq etdiyi haqda məlumat yayılmışdı. Belə ki, Gürcüstanda bir sıra layihələr həyata keçirən şirkətin fəaliyyətindəki qanunsuzluqlar şikayətlər əsasında bu ölkənin hüquq-mühafizə və məhkəmə orqanlarının araşdırma mövzusu olmuşdu. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, “Akkord” tenderdə iştirak və sənədlərin qaydaya salınması üçün M.Avalişvili və N.Natsvlişvili adlı şəxslərlə konsaltinq müqaviləsi imzalayıb. “Bu şəxslər öz qrupları ilə lazımi işləri görüb, ”Akkord" 145 milyon larilik 2 tenderi qazanıb. Müqaviləyə uyğun olaraq, konsultantlara ödənilməli olan 1 milyon 450 min larinin (tenderdə udulan məbləğin 1%-i) verilməsindən imtina edilib. Əvəzində “Akkord” Bakının Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, guya öz əməkdaşı, Biznes İnkişaf Şöbəsinin müdiri Elmir Babayevin konsaltinqlərlə müqaviləyə imza atmaq hüququnun olmadığını bildirərək, onlarla müqaviləyə xitam verdirməyə nail olmuşdu" - məlumatda bildirilirdi. Ancaq Tiflis Şəhər Məhkəməsinin Mülki Kollegiyası Nəsimi Rayon Məhkəməsinin qərarını tanımamış və prosesi davam etdirmişdi. İndi isə vəziyyət bir qədər fərqlidir. Bütün məhkəmə prosesləri Azərbaycanda keçirilir və burada “Akkord” rəhbərliyinin hansısa məhkəmədən qərar almaqda, onu “tanıtdırmaqda” problem yaşamayacağını düşünməyə əsas verir. Qeyd edək ki, uzun illərdir “Akkord” şirkətinin gerçək sahibi kimi sabiq baş prokuror Zakir Qaralovun adı çəkilir. Vəzifəsindən azad edildikdən sonra Qaralovun şəxsən şirkətin idarəetməsini həyata keçirməyə başladığı bildirilir. İddia edilir ki, “Akkord”un rəhbərliyi məhz Zakir Qaralovun keçmiş statusu və hazırkı əlaqələrinə güvənərək, subpodratçıları məhkəməyə verəcəyi, müqavilələrinin ləğv ediləcəyi, hətta bu vaxta qədər ödənilən məbləği geri tələb edəcəyi ilə təhdid edib. “Yeni Müsavat”
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 2026 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 2026 15:07
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 2026 12:04
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 2026 15:41
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 2026 16:33
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 2026 09:53
- Yusif Vəzir Çəmənzəminli AXC-ni Ukraynada təmsil edən ilk səfir olub - Deputat Əli Məsimli
27 aprel 2026 00:00
- Azərbaycada məşhur icra başçısı vəfat etdi
26 aprel 2026 23:50
- Daşkəsənlə Gədəbəyə qar yağır
25 aprel 2026 15:06
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
