““Tərtər işi” araşdırılan zaman bir çox başlar gedəcək”
“O hadisələrin bir daha təftiş edilməsinə, istintaqdan yayınmağa müvəffəq olmuş xainlərin ifşa edilməsinə, eyni zamanda haqsız olaraq işgəncələrə məruz qalanların dairəsinin daha dəqiqliklə müəyyənləşdirilməsinə, qurunun oduna yaşların təsadüfən, yoxsa bilərəkdən yandırılıb yandırılmadığının üzə çıxarılmasına ehtiyac var”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Vahid Əhmədov Moderator.az-a "Tərtər işi" ilə bağlı danışarkən deyib. O bildirib ki, bu hadisələrin Aprel döyüşlərindən sonra baş verməsi təsadüf hesab oluna bilməz: “Görünən odur ki, əsas niyyət silahlı qüvvələrin onurğa sütununu qırmaq, onun döyüş ruhunu sarsıtmaq və torpaqları güc yolu ilə almaq iqtidarında olduğu həqiqətini ləkələmək olub. Son 4 ildə baş verənlər mediada, sosial şəbəkələrdə eninə boyuna dartışılanda bəlli oldu ki, həqiqətən də çox ağır cinayət törədilib. Və bu cinayətin ifşa edilməsi zamanı da çoxsaylı qanun pozuntularına yol verilib. Məhz ötən il ordumuz müqəddəs missiyanı şərəflə yerinə yetirdikdən sonra təkrar bu hadisələrin qaranlıq məqamlarına işıq salınması təşəbbüsü alqışlanmalıdır və heç şübhəsiz bu, Ali Baş Komandan İlham Əliyevin birbaşa siyasi iradəsindən qaynaqlanır. Görünür, son bir ildə Ermənistanla sərhəddə və Qarabağda baş verən insidentlər, eyni zamanda bizim bilmədiyimiz bəzi narahatedici məqamlar dövlət başçısını qayğılandırıb və o bu məsələnin daha dərindən araşdırılmasına göstəriş verib.
Təbii ki, istintaqın əsas vəzifəsi bu işi araşdırarkən hələ də ordunun içərisində maskalanmağa müvəffəq olmuş "5-ci kolon" təmsilçilərinin olub-olmadığını üzə çıxarmaqdır. Çünki indiki həssas dönəmdə bu ölüm-qalım məsələsidir və ordumuzun qüdrətini zəiflətmək niyyəti güdən çoxsaylı məkrli qüvvələrin mövcudluğu kimsəyə sirr deyil. İndidən münəccimlik edərək proqnoz verilməsi həm də istintaqın işinə maneə yaratmaq kimi qəbul edilə bilər. Amma mənə elə gəlir ki, bu hadisələr hərtərəfli araşdırılan zaman daha ciddi məqamlar üzə çıxarılacaq və bir çox başlar gedəcək. Çünki bu cür hadisələr zamanı cəzalandırılanların çevrəsi aşağı rütbəli zabitlərlə məhdudlaşdırılıb və məhz ordu rəhbərliyində bu sahəyə cavabdeh olan generallar nədənsə sudan quru çıxmağa müvəffəq olub. Ona görə də hesab edirəm ki, istintaq cəmiyyətin gözləntilərini doğruldacaq və günahkarlar ifşa ediləcək, millətin namusu hesab olunan ordumuz xainlərdən təmizlənəcək. Məncə, bu, Ali Baş Komandanın da istintaq qarşısında qoyduğu əsas vəzifələrdən biridir".
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
